Azərbaycan-Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev



Yüklə 287,88 Kb.
səhifə2/19
tarix28.12.2021
ölçüsü287,88 Kb.
#12156
1   2   3   4   5   6   7   8   9   ...   19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

martın 29-da Misir Ərəb Respublikası Müdafiə Nazirliyi 

Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim 

Məhəmməd İbrahimini qəbul edib.

2

3

8

3

5

Prezident İlham Əliyev Misir Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanını qəbul edib

Gələcəyin fizioterapevtləri 

üçün seminar

31 Mart azərbaycanlıların soyqırımı günüdür!


http://www.amu.edu.az

31 mart  2016-cı il

2

 Soyqırımı qurbanlarının xatirəsi 



bir dəqiqəlik sükutla yad edildikdən 

sonra gündəlikdə duran məsələlər 

diqqətə çatdırıldı.  “Azərbaycan Tibb 

Universitetində 2015- ci il ərzində 

yerinə yetirilən elmi tədqiqat işlərinin 

vəziyyəti və qarşıda duran vəzifələr” 

barədə elmi işlər üzrə prorektor

professor İbrahim İsayevin hesabatı 

dinlənildi. 

Elmdə  qabaqcıl  texnologiyaların,  in-

novasiya  sistemlərinin  tətbiqi  və  onların 

elmi  əsaslar  üzərində  formalaşdırılması-

nın  müasir  dünyada  sivil  inkişaf  yolunu 

müəyyənləşdirdiyini  vurğulayan  İ.İsayev 

qeyd  etdi  ki,  elmin  müxtəlif  sahələri  üzrə 

tədqiqatların  səmərəliliyinin  artırılma-

sı,  zamanın  tələb  etdiyi  sürətli  inkişaf 

tempinə  uyğun  islahatların  aparılması  və 

Azərbaycan  elminin  dünya  səviyyəsində 

layiqincə  təmsil  olunması    yeni  dövrün 

əsas çağırışlarıdır.

İqtisadi kapitalı insan kapitalına çevirmək 

devizini  irəli  sürən  Azərbaycan  Res-

publikasının  Prezidenti  İlham  Əliyevin 

dəstəyi  ilə  Azərbaycan  Tibb  Universiteti-

nin  klinikalarının  tam  gücü  ilə  fəaliyyətə 

başlamasına, 

maddi-texniki 

bazası-

nın  güclənməsinə  diqqət  yönəldən  na-

tiq  bildirdi  ki,  universitetdə  aparılan 

elmi  tədqiqatların  müasir  standartlar 

səviyyəsinə  çatdırılması,  elmin  informa-

siya  təminatının  gücləndirilməsi,  qrant 

maliyyələşdirilməsinin  tətbiqi,  beynəlxalq 

elmi əlaqələrin dərinləşdirilməsi sahəsində 

tədbirlər davam etdirilir.

ATU-nun  təsisçisi  olduğu  «Azərbaycan 

Əczaçılıq  və  farmakoterapiya  jurnalı»nın 

(2012-2014-cü  illər  üçün  impakt  faktor 

0,122) ilk dəfə olaraq tibb elmləri sahəsində 

ciddi  inkişaf  etməkdə  olan  jurnal  kimi 

«SCOPUS»  mükafatı  Azərbaycan-2016» 

nominasiyanın  qalibi  olduğunu  söyləyən 

məruzəçi  kadr  potensialına  da  toxundu: 

“2016-cı  il  yanvar  ayının  əvvəlinə  olan 

məlumata  əsasən,  Azərbaycan  Tibb 

Universitetində  1360  nəfər  çalışır.  Onlar-

dan  1243-ü  professor-müəllim  heyətidir, 

həmçinin  4 nəfər Rusiya Tibb Elmlər Aka-

de miyasının  akademiki,  1  nəfər  müxbir 

üzvüdür.  4  nəfər  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  həqiqi,  6  nəfər  müxbir 

üzvüdür.  4  nəfər  Dövlət  Mükafatı  Laurea-

tı, 28 nəfər əməkdar elm xadimi, 46 nəfər 

əməkdar həkim, 39 nəfər əməkdar müəllim, 

2 nəfər əməkdar bədən tərbiyəsi və idman 

xadimi, 2 nəfər fəxri bədən tərbiyəsi və id-

man işçisi, 1 nəfər əməkdar jurnalist, 163 

nəfər  elmlər  doktoru,  833  nəfər  fəlsəfə 

doktoru, 127 nəfər professor, 310 nəfər isə 

dosentdir”.

2015-ci 

ildə 


Azərbaycan 

Tibb 


Universitetində  “Əhalinin  sağlamlığının 

qorunması”  haqqında  Azərbaycan  Res-

publikası  Qanununa  əsasən  təbabət  və 

əczaçılıq sahəsində 3 istiqamətin, 9 prob-

lem  üzrə  64  elmi-tədqiqat  işinin  yerinə 

yetirildiyini  deyən  prorektor  54  mövzunun 

tamamlandığını,  10  mövzu  üzrə  elmi  işin 

isə davam etdiyini şura üzvlərinin nəzərinə 

çatdırdı.                                                                                                                              

Onu da bildirdi ki, 2015-ci ildə Azərbaycan 

Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzi, 

farmakoqnoziya və botanika, biokimya, da-

xili xəstəliklər kafedraları və “Sağlam nəsil” 

Tibbi  Elmi-Tədqiqat  Mərkəzi    Azərbaycan 

Respublikası  Prezidenti  yanında  Elmin 

İnkişafı  Fondu  tərəfindən  dəstəklənən 

layihələr üzrə  işlər aparıblar.                                                                        

Bundan  əlavə,  Universitet  ali  təhsil 

sahəsində  Avropa  İttifaqı,  Mərkəzi  və 

Şərqi  Avropa  ölkələri  ilə  Şərqi  Asiya 

ölkələri  arasında  əməkdaşlıq  üzrə  TEM-

PUS  TASİS  proqramına  görə  Transav-

ropa  əməkdaşlığının  üzvüdür.  Layihədə 

Azərbaycan  universitetlərinin  tələbə  və 

əməkdaşlarının  xarici  ölkələrdə  təcrübə 

keçməsi nəzərdə tutulur. 

“Ali məktəblərin əsas məqsədi keyfiyyətli 

təhsil vermək, beynəlxalq təhsil sisteminə 

inteqrasiya olunmaq və dünya universitetləri 

reytinqində  mümkün  qədər  yüksək  ran-

qa  nail  olmaqdır”  –  deyən  prorektor  bu 

nöqteyi-nəzərdən  ATU-nun  Beynəlxalq 

Universitetlər  Reyestrinə  daxil  edilməsi, 

Qara Dəniz hövzəsi ölkələri universitetləri 

şəbəkəsi  çərçivəsində  özünəməxsus  yer 

tutması,    Avropa  universitetləri  sırasında 

tam  hüquqlu  üzv  seçilməsi,  beynəlxalq 

proqramlarda  iştirak  etməsini  universite-

mizin getdikcə artan nüfuzunun göstəricisi 

kimi dəyərləndirdi.  

ATU-nun  beynəlxalq  əlaqələrinin  də 

günün  tələbləri  səviyyəsində  qurulduğu-

nu  diqqətə  çatdıran  İ.İsayev    hazırda  bu 

təhsil  və  elm  ocağının  dünyanın  97-ə  ya-

xın  nüfuzlu  ali  təhsil  müəssisəsi  ilə  sıx 

əməkdaşlıq etdiyini, bir sıra universitetlərlə 

fəal tələbə və mütəxəssis mübadiləsi apar-

dığını  söylədi:  “Tibb  Universitetində  kadr 

hazır lığı bir neçə istiqamətdə həyata keçiri-

lir. Belə ki, tələbə və mütəxəssislər qısa və 

uzunmüddətli  təcrübə  keçmək  üçün  dün-

yanın  tanınmış  klinikalarına  göndərilirlər. 

Digər  bir  yol  tanınmış  mütəxəssislərin 

ölkəmizə  dəvət  olunmasıdır.  Bunun 

səmərəliliyi xarici ölkələrdən Azərbaycana 

gələn  mütəxəssislərin  həm  çoxlu  in-

san  auditoriyasını  cəlb  etmək,  həm  də 

gələn  mütəxəssislərin  təcrübəsini  onlarla 

bölüşdürməkdən ibarətdir. 

Azərbaycan  tibb  elminin  müasir  dünya 

tibb elminə inteqrasiyasında universitetimi-

zin alimlərinin inkişaf etmiş ölkələrin aparıcı 

elmi mərkəzlərinə dəvət olunması və belə 

ölkələrdə keçirilən konfrans və simpozium-

lara dəvət almaları mühüm əhəmiyyət kəsb 

edir. 2015-ci ildə xarici ölkələrdə keçirilən 

99 müxtəlif elmi konfrans, konqres və sim-

poziumlarda  ATU-nun  156  əməkdaşı  işti-

rak etmişdir”. 

2015-ci  ildə  elmi-tədqiqat  işlərinin 

nəticələrinin  13  monoqrafiya  və  kitabda, 

16  dərslikdə,  41  dərs  vəsaitində,  2  kitab-

ça və sorğu ədəbiyyatında, 5 elmi əsərlər 

məcmuəsində,    1209  elmi  işdə  (399  elmi 

iş xaricdə, 810 elmi iş respublikamızda), 17 

metodik  tövsiyədə,  1  ixtiraya  Azərbaycan 

Resublikasının  patentində,  7  müsbət  qə-

rar da (xaricdə) öz əksini tapdığını bildirən 

prorektor 2015-ci ildə Universitetin əmək-

daşları  tərəfindən  dünyanın  nüfuzlu  elmi 

jurnallarında  60  məqalənin  dərc  edildiyini 

də vurğuladı.

İxtisaslı mütəxəssislərin hazırlanmasında 

tələbə elmi işlərinin çox mühüm əhəmiyyət 

daşıdığını  deyən  İ.İsayev  qeyd  etdi  ki, 

6-7  noyabr  2015-ci  il  tarixində    ATU-nun 

təşkilatçılığı  ilə  tələbə  və  gənc  həkimlər 

üçün II Beynəlxalq Tibb Konqresi keçirildi. 

Bu konqres dunyanın bir çox ölkələrindən 

olan  professor,  həkim  və  tibb  tələbələrini  

bir araya gətirdi. Ümumilikdə 9 professor, 

24-ə  yaxın  gənc  həkim  və  tibb  tələbəsi 

konqresdə  çıxış  etmişdir.  Belə  tədbirlər 

dünyanın  müxtəlıf  universitetlərində  təhsil 

alan tibb tələbələri nin və dünyanın aparıcı 

klinikalarında çalışan həkimlərin bir-birləri 

ilə fikir mübadiləsi aparması, öz biliklərini 

bölüşməsi üçün çox gözəl fürsətdir. 

İş  planına  uyğun  olaraq  cərrahiyyə,  pe-

diatriya, stomatologiya, onkologiya, mikro-

biologiya,  histologiya,  əczaçılıq,  genetika, 

tibbi statistika üzrə işini davam etdirən  II 

Beynəlxalq Tİbb Konqresi dövlət mətbuatı 

və  televiziya  kanalları  vasitəsilə  işıqlandı-

rılmışdır. 

ATU-nun 


Əsaslı 

kitabxanasınının 

fəaliyyətinə də toxunan prorektor  elektron 

kitabxananın yaradılması işinin hal-hazırda 

mövcud  beynəlxalq  elektron  nəşrlərinin 

oxuculara  təqdim  olunması  formasında 

həyata keçirildiyini bildirdi. 

İ.İsayev çıxışının sonunda xalqımızın sağ-

lamlığı keşiyində dayanmaq kimi humanist 

bir vəzifə sahibi olduqlarını heç vaxt unut-

mayan universitet əməkdaşlarının bundan 

sonra  da  yorulmadan  səhiyyənin  inkişa-

fına,  yeni  tibb  mütəxəssislərinin  hazırlan-

masına  layiqincə  xidmət  göstərəcəklərinə 

əminliyini vurğuladı.

Məruzə  ətrafında  çıxış  edən  Elmi 

Tədqiqat  Mərkəzinin  direktoru,  professor 

Qalib  Qarayev,  uşaq  cərrahiyyəsi  kafed-

rasının  müdiri,  professor  Çingiz  Quliyev, 

II  uşaq  xəstəlikləri  kafedrasının  müdiri, 

professor  Amalya  Əyyubova,  Məhkəmə 

təbabəti  kafedrasının  müdiri,  professor 

Mənsur  Bünyatov,  terapevtik  stomatolo-

giya  kafedrasının  müdiri,  professor  Ağa 

Paşayev və fizioterapiya kafedrasının mü-

diri,  professor  Əlişir  Musayev  hesabatı 

qənaətbəxş  qiymətləndirdilər.  Universite-

tin  elmi  istiqamətdəki  uğurları  ilə  bərabər 

mövcud  problemlərdən  və  problemlərin 

həlli yollarından da söhbət açdılar.

Müzakirələrə  yekun  vuran  professor 

S.Əliyev  elmi  tədqiqatlar  aparmaq  üçün 

universitetdə hər cür şəraitin yaradıldığını 

vurğulayaraq bildirdi ki, universitet klinika-

larında diaqnostika üçün lazım olan aparat-

lar və şərait ən müasir səviyyədədir. Dün-

yanın o yeri yoxdur ki, ən müasir aparatlar 

gətirilməsin.  Klinikalarımızda  xəstələr  də 

kifayət  qədərdir.  Nəticələrə  uyğun  ildə 

yüzlərlə dissertasiya hazırlamaq mümkün-

dür. 

Son  10  ildə  akademik  Əhliman 



Əmiraslanovun  təməl  fənlərinə  xüsusi 

diqqət  ayırdığını,  çatışmazlıqların  aradan 

qaldırıldığını  deyən  universitet  rəhbəri  ar-

tıq bu kafedralarda maddi-texniki bazanın 

qaydasında olduğunu söylədi. 

Universitetdə  bütün  işlərin  ilk  növbədə  

tədrislə  bağlılığını  önə  çəkən  S.Əliyev 

xüsusilə  yuxarı  kurslarda  tədris  aparan 

kafedralarda vəziyyətin çox pis olduğunu, 

əgər belə davam edərsə radikal tədbirlərin 

görüləcəyini diqqətə çatdırdı. 

Beynəlxalq 

qrantların 

alınması 

məsələsinə də toxunan S.Əliyev 15 il bun-

dan  qabaq  qonşu  Gürcüstana  səfəri  za-

manı  oradakı  həmkarlarının  yüzlərlə  xa-

rici  qrant  udduğundan  təəccübləndiyini, 

eyni zamanda təəssüfləndiyini dilə gətirdi: 

“Bizdə o vaxt xarici qrant udmaq haqqında 

söhbət  belə  getmirdi.  Günahı  özümüzdə 

axtarmalıyıq.  Onlar  əlaqə  yaratmağı  ba-

carır,  hər  il  universitetə  milyonlarla  pul 

gətirirlər.    Bizim  çox  istedadlı,  bacarıqlı 

alimlərimiz var. Ancaq öz potensialımızdan 

lazımınca istifadə edə bilmirik.”

O, uzun illərdir fəaliyyət göstərən bəzi ka-

fedralarda  Azərbaycan  dilində  dərsliklərin 

yazılmamasını da ciddi tənqid etdi. Tədrisin 

3 dildə aparılmasına rəğmən dərsliklərin də 

proqrama uyğun olaraq 3 dildə hazırlanma-

sının zəruriliyini vurğulayan S.Əliyev sonda 

Səhiyyə  naziri  Oqtay  Şirəliyevin  tövsiyəsi 

ilə bir qrup əməkdaşımızın bir həftəlik, 5-10 

günlük regionlara ezam olunacağı barədə 

şura üzvlərinə məlumat verdi.

Böyük  Elmi  Şura  müsabiqə  məsələlərini 

həll etməklə öz işini yekunlaşdırdı.

 


Yüklə 287,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin