Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə53/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   49   50   51   52   53   54   55   56   ...   108
kitab20100401060824470

ənə

―ana‖ və 
ini –
―kiç ik qardaş‖ sözlərindəndir. Gü man ki, ananın kiçik qardaşı (kiç ik 
dayı) mənasındadır. Qədim türklərdə quruluşca Anaxun (ana və 
qun
– ―knyaz‖ 
sözlərindən) şəxs adı ilə müqayisə olunur.
V a
y a- V a b i l. Qədim türkcə 
bay –
―varlı‖ sözü və Vabil (ba x Vabil) 
ko mponentindən ibarətdir. 
X e y x e. Atarlinin oğlu. Ehtimal ki, əslində Keyeke şəxs adının təhrif 
formasıdır. Naməlu m mənalı ―key‖ və qədim türkcə 
ek e
– ―ağa‖ sözlərindəndir. 
Monqollarda XIII əsrdə Çingiz xanın nəslindən Key xa -tu şəxs adı ilə müqayisə 
olunur.
B a z u. Türkcə 
bazuq
– ―yoğun‖, ―dolu bədənli‖ sözündəndir. Albanlarda
çar Bazuk (―Alban tarixi‖, I kitab 15-ci fəsil), hunlarda Am-Bazu k (58, 64) şəxs 
adları ilə müqayisə olunur. 
Ş a t i b a r z a n. Şu mercə 
şat 
―məxsus olan‖, 
bar
―parıltı‖, ― ziya‖, ―par-
par‖ və 
sanq 
―başçı‖, ―ilkin‖, ―ən b irinci‖, ―kahin‖ sözlərindən ibarətdir. Ad 
―parıldayan başçıya (yəni, Allaha, yaxud kahinə) məxsus olan‖ mənasındadır. 
Antik müəllif Ovid iy Qara dənizin şimal çöllərində Eqis adlı bir kaspinin
adını çəkir. Adın sonundakı ―s‖ şəkilçisi latın dilində adlıq hal şəkilçisi olduğuna 
görə, ehtimal ki, bu ad qədim türkcə 
eqe, ek e, ək ə, ak a 
– ―ağa‖ sözündəndir. 
Deyilənlər kaspilə rin türkdilli etnos olmasına şübhə yeri qoymur. 
Herodotun
 
Əhəmənilərin XI satraplığ ında qeyd etdiyi Pavsik tayfasının 
adı yəqin ki, təhrifə məru z qalmış etnonimdir. Qeyd edilməlidir ki, antik müəllif 
Pomponi Mela (Po mponi Me la, III, 5, 39) Xə zə rin cənub qərbində (bu ə razi hə min 
satraplığa daxil id i) mard ların qonşuluğunda yaşayan bir tayfanın adın ı Pestik, 
Pliniy isə Peçik kimi yazır ki, bu da Herodotun qeyd etdiyi Pavsik adı ilə eynidir. 
Yerli tə ləffü z formasını müəyyən etmə k olmadığı üçün bu tayfanın etnik 
mənsubiyyəti haqqında fikir yürüt mək çətindir. Bəlkə də qədim peçeneklə rin 
mənbələ rdə çə kilmiş paçkank, paçanik, peçenk, becnə və s. adlarından birin in 
təhrifidir. Orta Asiyada qədimdə Pasiak etnonimi məlu mdur.
Herodotun qeyd etdiyi Da reyt etnonimi də şübhəsiz təhrif olun muş halda 
bizə çat mışdır. Bəlkə də asur mənbələrində taurlay, ya xud tavrlay kimi qeyd 
olunmuş tayfanın adı ilə müqayisə oluna bilər. 
Pantimat tayfasını tədqiqatçılar İrandilli hesab edirlər (102). Onların
fikrincə, etnonimin b irinci ko mponenti İran mənşəli 
panti
―beş‖ sözündən ibarətdir. 
Əslində bu etnonim 
aban 
və 
mat
ko mponentlərinə ayrılır. Etnonimin ― mat‖ 
ko mponenti Qa ra dənizin şimal sahillərində və Şima li Qafqa zda qədim tayfala rın 
adları üçün xarakterikd ir: sarmat, savromat, yaksamat və s. Bu söz qədim türk 
tayfaların ın adlarında da var. Konstantin Baqryanorodnıy (X əsr) peçeneklərin 
içərisində Boro-To lmat tayfasının adını çəkir (26). XIX əsrdə Sib irdə teleutlarda 


95 
Ak-tumat və Kara-Tu mat (teleutla rda), telengit lərdə (te lenqutlarda) Almat, 
altaylarda Sari-Almat, başqırdla rda Yormat və s. tayfa lar məlu mdur (124, 50). 
Pantimat etnoniminin ―pant‖ hiss əsi qədim türkmənşəli Abant tayfasının adını əks 
etdirir. Bu tayfa er. əvvəl Şima li Qa fqazda qa rqarla rın içə risində mə lu mdur. Eran ın 
ilk əsrlə rində qarqarlar Albaniyanın qədim tayfalarından biri id i. A lbaniyanın həm 
şimal-qərb ində, həm də Arsakda erkən orta əsrlərdə iki mahal Abant adlanırdı. 
―Alban tarixi‖ndə şimal - qərbdəki Abant mahalı er.əv. I əsrdə antik mənbələrdə 
Abant çayının adı kimi çəkilir və deyilir ki, həmin çay sahilində Alban ordusu ilə 
Qney Pompeyin ordusu arasında döyüş baş vermişdir. Bəzi tədqiqatçılar Abant 
çayını indiki Elciginçay (Qax rayonu) ilə lokalizə edirlər. Deməli, hələ eradan 
əvvəl Albaniyada abant adlı tayfa yaşayırdı. Pantimat etnonimind ən görünür ki, bu 
tayfa Mannada da məskun idi və onu Herodot Pantimat kimi qeyd etmişdir. Hə min 
tayfanın türkmənşəli o lmasına ,şübhə yoxdur.
Herodot Əhəmənilərin XVI əyalətində saqarti, saranq, tamane, uti və miki 
tayfaların ın adlarını çəkir (Herodot, III, 93). Bu əyalət indiki Cənubi A zərbaycanın 
şimal- şərq hissəsini- Xəzərin cənub – qərbini və Şimali A zərbaycanın cənub – 
şərqini əhatə edirdi.
Mik tayfasının etnik mənsubiyyəti aydın deyil. Muk formasında bu 
tayfanın adını ilk dəfə Hekatey (er. əv. VI əsr) çəkmişdir. Onun məlu matında 
―mu klər – Araza qədər‖ (Hekatey, fraq mentlər, 170) ifadəsi vardır. Miklərin 
yerləşdikləri əra zinin koordinatlarını müəyyən etmək üçün iki fakt var: b irincisi, 
onların saqartilərlə qonşuluqda yerləşməsi. Saqarti (asur mənbələrində Zikertu) 
Atropatenanın şimal ərazisi ilə lo kalizə edilir (137). Bu əyalət indiki Ərdəbil – 
Manna bölgəsi ilə lo kalizə edilir. Şübhəsiz, bu bölgədə İran mənşəli əhali (indiki 
talışların və g ilə klərin ulu əcdadları, sonrakı parsilər və b.) yaşayırdı. Lakin Saqarti 
adı altında təkcə İrandilli əhalini say maq olmaz. Saqarti toponimin in özü d ə 
İran mənşəli deyil, çünki bu toponimdə qədim türkcə art – ―dağlıq ərazi‖ sözü 
vardır.Saqarti əyalətində türk utilər də yaşayırdı və əyalətin mərkəzi Parta şəhəri də 
türkcə id i. Məhz utilərin cənubdan şimala gəlməsi ilə A lbaniyada indiki Bərdə 
bölgəsində Uti mahalı yaran mışdı. İkincisi, miklərin utilərlə yanaşı yaşaması. 
Aşağıda deyəcəyik ki, utilər Xəzər dənizinin cənub – qərb sahilində məskun id ilər. 
Buradan aydın olur ki, maq (muq) etnonimi ilə mik etnonimi mü xtəlif tayfa 
adlarıd ır. Lakin E.A.Qrantovski və İ.H.Əliyev Muğan toponimini muqlarla yo x, 
mik (mu k) etnonimi ilə ə laqələndirmişlər.Onla r bunu əsas tuturlar ki, Təbəri (IX 
əsr) və Yaqut Həməv i (XIII əsr) bu toponimi Mukan kimi yazmışlar. Lakin Yaqut 
Hə məvi qeyd edir ki, yerli əhali bu adı ―Muğan‖ kimi tələ ffü z ed ir (32, 31). M ik 
etnonimi Talış- Lənkəran bölgəsində Miki və Mikolan toponimlərində qaldığ ına 
görə Muğan məhz muq larla bağlıdır. Bizcə, miklər talışların əcdadlarındandır.
Bu əyalətdə He rodotun qeyd etdiyi digər etnos tamanedir (Herodot, III, 
92). Bu etnosun etnik mənsubiyyəti haqqında dəqiq fikir deyilmə mişdir. Sö zlə rdə 
a-u
əvəzlən məsinə görə bu tayfanı Sib irdə yaşayan türk xalq larında Tu man 


96 
tayfasının adı ilə eyni o lduğunu söyləmək o lar.Tü rk dillərində 
m-b
əvə zlən məsi 
əsasında bu etnonimi həm də başqırdlarda, qazaxlarda və qırğızlarda Taban 
tayfasının adı ilə (124) müqayisə etmək olar. 
Herodotun qeyd etdiyi Saranq tayfası diqqəti cəlb edir.Fikrimizcə, bu 
tayfanın adındakı ―q‖səsi ―nq‖ qovuşuq səsinə aiddir. Saran ko mponenti Şaruan, 
Şarvan etnoniminin Herodot, yaxud məlu matçısı tərəfindən təhrif o lunmuş 
formasıdır. Herodot yazır ki, saranqlar iki yerdə yaşayırlar: Orta Asiyada və 
Midiyada.
Orta Asiyada bu tayfa Türkmənistan ərazisində Şarvan və Sır –Dərya 
kənarında Sauran toponimlə rində iz qoymuşdur. Qeyd et mək la zımd ır ki, 
türkmənlərdə indi də Şarvan ad lı tayfa vard ır. Sır – Dəryanın aşağı axınında Sauran 
toponimi erkən o rta əsrlə rdən mə lu mdur. Bu adı Mah mud Qaşqari də çəkir. Orta 
Asiyada qədim Şirvanqala (və Şe ma xa qala ) adlı qala lar haqqında S.P.Tolstov 
yazmışdır (170, 23).
Midiyada yaşayan saranqların dəqiq lokalizəsi çətindir.Herodot qeyd edir 
ki, saranqlar qirkanlara (gurganlara) yaxındır. (Herodot, III, 92). Bununla əlaqədar 
olaraq İranda, Xəzərin cənub – şərqində indiki Şirvan mahalının və onun mərkəzi 
Şirvan şəhərinin adı diqqəti cəlb edir. Onun adını Məsudi ( X əsr) Sirvan, 
Əbdürrəşid Bakuvi (XIV əsr) Şirvan kimi qeyd edirlər. Keçən əsrin 70 – ci 
illərində B. Dorn Gurganda Bib i – Şirvan adlı qədim şəhər xa rabalığın ı aşkar 
etmişdir (B. Dorn. Kacпий. Спб., 1875, с. 81). Həmin xarabalıq gu man ki, IX əsr 
müəllifi İbn Xordadbehin Gurganda qeyd etdiyi Şirriz (katiblərin səhvi ü zündən 
―Şiruan‖ adın ın təhrifi sayılmalıdır) şəhərinin qalıqlarıd ır. Hazırda Gurganda 
Şirvan adlı şəhər vard ır. Bir ço x əsərimizdə b iz Şirvan tayfasının türkmənşəli 
olduğunu demiş və Gurgandakı Şirvanı qeyd etmişdik (bax: 85). 1992- ci ilin 
avqustunda bu s ətirlərin müəllifi Gu rganın Şirvan ş əhərində olmuşdu. Şəhərin 
əhalisi təmiz türkdür və hətta topladığımız etnoqrafik material göstərdi ki, 
Azərbaycandakı Şirvan bölgəsinin toy adətləri hə min Şirvanın toy adətləri ilə üst – 
üstə düşürOnlar özlərin i türk sayırlar və dilləri Azərbaycan dilin in, demək olar ki, 
eynidir.
Herodot saranqlardan danışanda bir maraqlı fikir əlavə edir: ―Onların o x 
və mızraqları mid iyalılarındır‖ (Herodot, VII, 67). Yu xa rıda biz silahla rına görə 
midiyalıların farslardan fərq lən məsi haqqında Herodotun məlu matın ı da vermişdik. 
De mə li, hər ha lda saranqlar etnik mənsubiyyətcə mid iyalıla ra ya xın idilər.
Lakin şaranlar- şarvanlar Midiya vaxtında səpələnmişlər. Mənbəyini 
İranın Zaqroş dağlarından alan Diyəngə (bu çayın adı naməlu m ―di‖ və türk 
dillərində 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin