Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə72/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   68   69   70   71   72   73   74   75   ...   108
kitab20100401060824470

su 
―su‖ və ―
uni
‖ şəkilçisindən ibarətdir. (bax: И. И. Мещанинов. 
Аннотированный словарь урартско го языка. с. 264, 265). Urartu d ilin ə aid ―su‖ 
sözü ermən i dilində ―
sov
‖ kimi qalmışdır və deməli, Göyçə gölünün ermən icə adı 
olan ―Sevan‖hidronimi məh z Urartu dilindəki ―su‖ sözündəndir. Beləliklə, Urartu 


124 
dilində ―Su-ini‖ (Göyçə gölü və onun ətraf əra zisi) ilə e rmən ilə rin Sisakana verdiyi 
Syuni (əslində ―Si-uni‖ ) mü xtə lif mənşəli, la kin zahirən o xşar adlard ır, çünki 
birincisində ―su‖ (göl, su), ikincisində Si (etnonim) ko mponentləri iştirak edir. 
Aydın oldu ki, Sisakan toponimi ermənicə deyil və həm də bu adda 
İran mənşəli ―kan şəkilçisi yo xdur. ―Alban tarixi‖ndə qeyd olunur ki, bu adı farslar 
deyirlər. Buradan belə nəticə çıxır ki, Sisakan adında ―an‖ ş əkilçisi farscadır.
Sakların məskunlaşdığı bu bölgədə Si sülaləsinin hakimiyyəti er. əv. 
başlanmışdır. Çünki eramızın I əsrin in 60-cı illərində Albaniyada hakimiyyətə 
keçmiş Ərən (ermənicə yazılışda Aran və Eran) ―Alban tarixi‖ndə yazıld ığına görə 
məh z Sisak süla ləsindən idi. Eranın əvvəllərində Ermən istan Parfiya dövlətin in 
tərkib inə da xil edildikdən sonra Parfiya çarı öz qardaşı Va larşakı Ermənistana çar 
göndərmiş. Valarşak isə Albaniyaya Sisak nəslindən Aran (Ərən) adlı bir nəfəri çar 
təyin etmişdi. Bu radan aydın olur ki, Sisak sülaləsi I əsrdə artıq tanın mış hakim 
sülalə id i. Ərən şəxs adının türkcə olması Sisak sülaləsinin türkmənşəli olduğunu 
göstərən tutarlı faktlardan birid ir. Sisak sülaləsindən Ərəndən sonrakı çarların 
adları məlu m deyil və ona görə də bu sülalədən o lan hökmdarların Albaniyada 
hakimiyyətdə olduqları müddətin şəcərəsi bilin mir. La kin görünür, onların 
hakimiyyəti IV əsrdən bu yana keçmir. V əsr e rməni tarixç isi Yegişe (Eq işe, V 
fəsil) a lbanlarda çar nəslinin Qnuni adlandığ ını ya zmışdır (451-ci ildə Sasanilərə
qarşı üsyanda iştirak edən Alban hakimi Vahan bu nəsildən idi). Qnuni 
etnonimindəki ―uni‖ sözü qədim ermən icə ya zılışda əlavə olun muş, əslən urartu 
dilinə mənsub şəkilç idir. Eht ima l ki, ermən icə yazılışda təhrifə uğra mış ―qn‖ sözü 
məh z ― Qun‖ ―hun‖ kimi bərpa o luna bilər və de mə li, hakimiyyətdə hun mənşəli 
sülalənin olması ehtimal ed ilə b ilər. Həmin hun sülaləsi isə eranın əvvəllərindən 
Albaniyanın şimal-şərqində yaşamaqda olan maskutlardan id i. Təsadüfi deyil ki
Alban çarı Vaçe hakimiyyətdən əl çəkd ikdə məhz Maskut əyalətinə getmişdi. 
IV əsrdə bütün albanlarla b irlikdə Sisakan əhalisi də xristian dinini qəbul 
etmişdi. Bu sülalənin nümayəndələri ―Saklı‖ (ərəb mənbələrində ―Səhl‖) ləqəbini 
daşıyırdılar. ―Səhl‖ (yəni Sisak) sülaləsinin ən məşhur nümayəndəsi Səhl ibn 
Sunbat idi. O, Babə ki tutub ərəblərə vermişdi. Səhl Sunbatın qalası Şəki idi. 
Ərəblərin Azərbaycanı işğal etməsindən sonra Sisakanın xristian hakimləri ―məlik‖ 
adlanırdılar. Səhl ibn Sunbat da məlik id i və ―Kitabi Dədə Qorqud‖da Şöklü Məlik 
(―Şəkili Məlik‖ adının təhrifi) ehtimal ki, məh z Şəki hakimi Səhl Sunbatdır. Qeyd 
edilmə lidir ki, Bə zz qalasın ın hakimi, xürrə milə rin başçısı Cav idan da ərəb 
mənbələ rində Cavidan ibn Səhlə k adlan mışdır. Cavidanın qəbrin in Zəngəzurda Pir-
Davidan adı ilə indiyədək qalması da bununla bağlıdır. IX əsr ərəb coğrafiyaçısı 
İbn Xordadbeh Muğanın hakimin in Şəklə olduğunu yazır (I, 16). 
Sisakan Alban çarlığı daxilində müstəqil xanədanı olan əyalət idi. Əhalisi 
albanlarla etnik mənsubiyyətcə eyni olduğuna görə Sisakan A lbaniya ilə daha sıx 
münasibətlərdə idi. A lban tarixçisi Musa Kalankatlı Syunidən maldarların öz 
heyvan sürülərini Kür və Araz sahillərindəki q ışlaqlara gətirdiklərini yazmışdır 


125 
(―Alban tarixi‖, II kitab, 26-cı fəsil). 
Sisakanda hakimiyyətdə olmuş sülalənin bütün hakimlərin in adları 
ardıcıllıq la məlu m deyil. Xristianlığın qəbulundan sonra ―Bib liya‖dan keçmə adlar 
geniş yayılsa da, sülalənin bəzi çarlarının adları türkcədir. On ların bəziləri ilə 
oxucunu tanış edək. 
P i s a k. Sa k nəslindən hakim adı (Favst Buzand, III kitab, 20-c i fəsil). 
Türkcə 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin