129
Albanlar və Atropatenlilər
§1 Albanlar
Alban etnosunun adı ilk dəfə er. əv. 331-ci ildə İran ordusu ilə
Makedoniyalı İskəndərin ordusu arasında baş vermiş Qavqamel döyüşü ilə
əlaqədar olaraq II əsr müəllifi Arrian tərəfindən çəkilir.
Deyilir ki, İran ordusunda
albanlar da vardı (Arrian, II, 2, 4). Başqa mənbədə isə Alban çarının İskəndərə iki
it göndərməsi qeyd olunur. Bu məlu mat göstərir ki, artıq er. əv. IV əsrdə alban
etnosu və onun dövlət qurumu vardı. Er. əv. I əsrdə baş vermiş hadis ələrlə ə laqədar
bu etnosun məskun olduğu ölkə yunan və latın mənbələrində eranın əvvəllə rindən
başlayaraq ―Albaniya‖ adlanır. Albaniya indi Dağıstana mənsub Samur –
Dərbəndarası bölgə, indi Ermənistana aid Göyçə və Zəngəzur bölgələri da xil
olmaqla indiki Şimali Azərbaycan ərazisi əhatə edirdi. Lakin Azərbaycanın Kür
çayının Arazla b irləşdiyi yerdən Xəzərə qədərki h issəsindən cənubdakı in zibati
rayonların (Saatlı, Sab irabad,
Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı,
Lənkə ran, Le rik və Astara rayonları) əra zisi və Na xçıvan qədimdə M idiyaya, e r. əv.
IV əsrdən eranın VII əsrinə qədər Atropatenaya mə xsus idi.Albaniya dövləti
təxminən min il ö mü r sürmüş və ərəb işğalı nəticəsində VIII əsrdə süqut etmişdir.
Albanların e r. əv. I əsrdən qabaqkı siyasi və etnik tarixi zil qaranlıqdır.
Arxeoloji qazıntılar nəticəsində aşkar olun muş maddi – mədəniyyət nümunələri
əsasında Albaniya ərazisində siyasi və etnik tarix məsələrini izləmək olmu r.
Albaniyada əhali mü xtəlif dillə rdə (I əsr müəllifi Strabona görə 26 dildə)
danışırdı. Ona görə mənbələrdə ―alban‖ etnonimi iki mənada işlənir: b irincisi,
Albaniya ölkəsində yaşadıqlarına görə bütün tayfaların
ü mumi
adı kimi;
ikincisi,
bu tayfalardan birinin
k onk ret
etnik adı kimi, ö zünü adlandırması kimi. De mə li,
Albaniyada özünü ―Alban‖ adlandıran bir tayfa yaşayırdı. Özlüyünd ə aydındır ki,
bu tayfa ölkədə aparıcı ro la malik idi. Əks halda ö lkə onun adı ilə A lbaniya
adlanmazdı və sözsüz ki, çarlıq edən sülalə də bu tayfadan id i. Azərbaycan
tarixşünaslığında albanların etnik mənsubiyyəti haqqında fikir
mü xtəlifliy inin əsas
səbəbi də məsələn in məh z bu cəhətinin indiyədək nəzərə a lın ma ması ilə bağlıdır.
Ümu mi mənada ―alban‖ ad lanan digər tayfaların hərəsinin də etnik ad ı vardı.
Albaniyada əhalinin etnik mənsubiyyəti haqqında aydın təsəvvürə malik olmaq
üçün bu xalqın tərkib hissələri olan tayfaların ayrı – ayrılıqda adları və onların
etnik mənsubiyyətləri müəyyən edilmə lidir. La kin bu prob le m son vaxt lara q ədər
araşdırılmamış halda qalmışdı. A.Q.Şanid ze (177, 37), Q.A.Melikişvili (134, 405),
İ.M.Dyakonov (102, 283), K.V. Trever (171, 306), S. T.Yeremyan (108, 306),
A.P.Novoseltsev (150, 41), Q. A.Klimov (116, 97) v ə Azə rbaycan tədqiqatçıları
İ.H.Əliyev, F.Məmmədova və b. albanlarının hamısını, o sıradan alban tayfasının
özünün də Qafqazdilli, yaxud Dağıstandilli (ləzg idilli) saymaqla məsələnin həll
130
olunduğunu hesab edirdilər. Araşdırmalarımız isə göstərdi ki, albanların,
yaxud
Albaniya tayfalarının hamısı yo x, yalnız bir hiss əsi, əsasən Dağıstanla həmsərhəd
bölgələrdə yaşayan Dağıstandilli,
alban
etnik adını daşıyanlar, yəni alban tayfası
və daha bir neçə tayfa türkdilli id i (ba x: 85).
Dağıstandilli tayfalar indiki udinlərin, ləzg ilərin, avarların, saxurların,
xınalıq lıların, qrızlıların və buduqluların əcdadları id i. Lakin ləzg ilərin, avarların
və saxurların əsas hissəsi indiki Dağıstanda yaşayırdı. Dağıstan is ə bütünlükdə
Albaniyaya aid deyildi. Albaniyada yaşayan Dağıstandilli yaxud ləzg idilli tayfalar
köklü, yerli idilər, lakin onların yaşadıqları bölgələrin ayrı – ayrılıqda dəqiq coğrafi
koordinatları məlu m deyil. Albaniyada yaşayan ləzg idilli etnosların qədim adları
indiyədək müəyyən edilmə mişdi. İlk dəfə b iz onla rın adla rın ı aydın laşdırmış və
erkən orta əsrlərdə tarixlə ri barədə mənbələrdə ki pəra kəndə məlu mat ları
sistemə
salmışıq (85).
Albaniyanın şimal – qərbində, Dağıstan və Gürcüstan ilə sərhəd bölgədə
bir tayfa V əsrdən başlayaraq gürcü mənbələrində
her
, onun yaşadığı mahal Hereti
adlanır. Gürcü tədqiqatçıları bu tayfanın ümu mi mənada albanlar olduqlarını
təsdiqləyirlər. Müəyyən etmişik ki, He rlə r indiki Dağıstandilli qrızla rın və
haputluların ulu əcdadlarıdır, onlar ö zlərinə indi də
“hər”
deyirlər (85).
Alban tarixçisi Musa Kalankatlın ın ―Alban tarixi‖ əsərində Albaniyanın
şimal – qərbində bir əyalət Xeni adlandırılır. Müəyyən etmişik ki, Xınalıq kəndin in
adı həmin əyalətin adın ı əks etdirir, lakin xınalıq ların ulu əcdadları V əsrə aid b ir
mənbədə a lbanlarda b ir tayfanın ad ı kimi qeyd etdiyi
Dostları ilə paylaş: