Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə34/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   30   31   32   33   34   35   36   37   ...   108
kitab20100401060824470

 
§ 2 Madaylar 
 
 
 
 
 
 
 
 
Azərbaycanlıların türkmənşəli ulu əcdadla rından biri də madaylardır. 
Assur mənbələ rində Maday və Matay kimi bu etnosun adı ilk dəfə e r. əv 843-cü 
ildə çəkilir. Maday və Matay müəyyən bir etnosun həqiqi və köklü ad ıdır. Alban 
tarixçisi Musa Kalan katlı da bu xalqın adını məhz ―Maday‖ kimi yazmışdır 
(―Alban tarixi‖, I kitab 2-ci fəsil). Er. əv. 519-cu ilə aid Bisütun qaya yazısının 
mixi ə lifba ilə farsca mətnində Mada (sonda ―y‖ s əsini ifadə edən mixi işarə yo x 
idi) kimid ir. 
Qədim yunanlar bu xa lqın adını Medo, lat ınlar M ido kimi t ə ləffü z 
etdiklə rinə və belə də yazdıq larına görə, Maday etnosunun və onun adı ilə
adlanmış Maday ölkəsinin adı tarixə təhrif o lun muş şəkildə ―Midiya‖ kimi daxil 
olmuşdur. Azərbaycan tarixçilərindən heç kim bu tarixi haqsızlığa qarşı çıxmamış 
və 
Maday adını bərpa etməyə təşəbbüs göstərməmişdir. Azərbaycan 
tarixşünaslığında da Maday yanlış olaraq İran mənşəli etnos sayıldığ ına görə, 
midiyalılara nəsə ögey münasibət vardır. Maday, Matay etnosunun er. əv. IX əsrə 
(dəqiqi er. əv. 835-c i il) a id asur mənbələrində farslarla (Parsua, Parsu maş) eyni 
vaxtda çəkilməsi əsasən belə bir uydurma fikir yaran mışdır ki, onların hər ikisi A ri 
mənşəli id i və guya er. əv. II min illiyin sonlarında İran əra zisinə gəlmişlə r (48). 
Əslində aşağıda görəcəyik ki, Maday etnosu türkmənşəlid ir və onun pars (ərəbcə 
forması fars) etnosu ilə heç bir genetik qohumluğu barədə söhbət ola bilməz.
İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki 
Qızıl-Üzən) çayın ın hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr 
qanlı toqquşmalardan sonra, er. əv. 673-cü ildə öz dövlətini yaratmışdır. Er. əv. 
612-c i ildə çar Kiaksarın va xtında Maday dövləti türkmənşəli skiflə rin kö məy i ilə
təcavüzkar Asur dövlətinə son qoymuş, əra zisin i ö zünə qatmış və bu münasibətlə 
tarixdə ilk dəfə ikibaşlı qartal e mb le mini yarat mışdır (Tə xminən iyirmi əsr sonra 
ikibaşlı qartal rəs mi Vizantiyada yenidən ortaya çıxmış və III İvan dövründə 
Rusiyaya da keçmişdir). Paytaxtı Akbatan (indiki Həmədan ərazisində) adlan mış 
bu dövlət Yaxın Şərq ö lkələrin in tarixində böyük rol oynamışdır: Maday dövləti er. 
əv. 624-cü ildə farsların ölkəsini tutmuş, qəsbkar Asuriya və Urartu dövlətlərinə də 
həmişəlik son qoymuş və impe riyaya çevrilmişdir. Eradan əvvəl 550-ci ildə yerli 
sülalə süqut etmiş və hakimiyyət farslara keçmişdir.


66 
Mannadan sonra Azərbaycan əra zisində ikinci dövlət quru mudur. 
Yu xarıda dedik ki, tarixşünaslıqda hakim başına görə mid iyalılar Ari mənşəli 
olmaqla er. əv. II minilliy in a xırlarında ya Orta Asiya, ya Qafqa z t ə rəfdən İran 
yaylasına gəlib məskunlaşmışlar (88, 340). Buna görə də Maday etnonimin i və 
Midiya tayfalarının adların ı, Manna və Midiya ərazisində bəzi toponimləri və şəxs 
adların ın ―Avesta‖, qədim hind və qədim fars dilləri əsasında izahına təşəbbüs 
göstərilmişdir. Aşağıda biz əvvəlcə iranşünasların etimolog iyalarını, sonra öz 
fikirlərimizi ve rəcəyik. Burada təkcə onu qeyd edək ki, Maday etnoniminin qədim 
hind dilindəki 
madhu-
―kefləndirici‖ (nəşələndirici içki (mənşəcə ―baldan 
düzəldilmiş içki‖) sözündən (88,181) ibarət olması fikrin i b iz rədd edirik. 
Maday (Matay) əvvəlcə türkmənşəli müstəqil bir böyük tayfanın, sonra 
tayfa ittifaqın ın və er. əv. 673-cü ildən dövlətin və ölkənin adıdır. Deməli, Maday 
həm etnonim, hə m də etnotoponimdir.M idiya dövləti yaranandan sonra Maday 
etnonimi bu dövlətin əhatə etdiyi ərazidə həm madayların, həm də başqa dillərdə 
danışan tayfaların ü mu miləşdirilmiş ―midiyalı‖ adına çevrilmişdir. 
Son araşdırmalar Maday, Matay etnosunun iranmənşəli yo x, Altay, yaxud 
türkmənşəli olduğunu göstərmişdir (85,274). Bu fikir azərbaycanlıların mənşəyi 
haqqında konsepsiyamızın təməl daşlarından birid ir. Maday etnik adını 
daşıyanların türkmənşəli o lması fikrini təsdiqləyən faktlardan biri indiyədək 
Qazaxıstanda 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin