Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə66/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   62   63   64   65   66   67   68   69   ...   108
kitab20100401060824470

Paruyr
(e r.əv. VII əsr). V əsr erməni 
tarixçisi Moisey Xorenskin in əsərində ermən icə ―skaordi‖, yəni 
“sak oğlu” 
adlandırılır və ermən i çarı kimi qeyd edilir (23). Türkcə bar – ―var‖, ―ö züdür‖ və 
ur
– ―varis‖, ―övlad‖ sözlərindən (addakı 
“y”
səsi qədim ermən i dilində əlavə 
olmaq etibarilə türkcə
“ur”
sözünün ermənicə ―
uyr”
kimi tələ füzündən və 
yazılışından irəli gəlir) ibarətdir.
Paruyrun etnik mənsubiyyətcə sak olmasını təsdiq edən başqa fakt da var. 
Moisey Xorenasi yazır ki, Paruyr Mid iya çarı Kiaksarın Asuriyanın paytaxtı 
Nineva şəhərinin tutmasında iştirak etmişdir. Deməli, Paruyr Kiaksarın müttəfiqi 
idi. Başqa mənbələrdən məlu mdur ki, Ninevanın er. əv. 612-ci ildə tutulmasında 
Kia ksara ermən ilər yo x (o va xt hələ ―e rməni‖ adı yo x idi), məh z skiflər kö mək 
etmişlər. (Mid iyalıların və sakların zərbəsinə davam gətirməyən Asur çarı Sinşar – 
İşkun özünü hərəmxanası və xəzinəsi ilə b irlikdə yandırmışdı). Əslində ―skiflər‖ 
dedikdə sakla r nəzərdə tutulmalıdır, çünki Moisey Xo renski Paruyru
“sak oğlu” 
adlandırır. (Acınacaqlısı budur ki, bütün bu tarixi hadis ələr A zərbaycan tarixində 
öz əksini tap mamışdır).
S k u n h a (e r. əv. 521-c i il). Farsların hakimiyyətinə qarşı üsyan 
qaldırmış Orta Asiya sakların ın başçısının adı. Eskunay adının q ədim fars dilinə 
uyğunlaşdırılmış (başda
“e”
səsinin düşməsi və ortada 
“h”
səsinin əlavəsi ilə) 
formasıdır. ―Eskun‖ sözü və 
“ay” 
şəkilçisindən ibarətdir. Türkcə 
e s
– ―ağıl‖, ― zəka‖
və bir sıra qədim türk şə xs adları üçün s əciyyəvi 
qun, k un
– ―knyaz‖ sözlərinə 
ayrılır.
S i 
r a k. (er.əv. 513-cü il) . II əsrin antik müəllifi Poliyen yazır ki, (Poliyen, hərbi 
fəndlər, XII, 12) İran şahı I Da ra Orta Asiyada yaşayan sakların ü zərinə g izli hərbi 
səfərə hazırlaşdıqda Sirak adlı b ir sak ö zünü q əsdən xəncərlə bir neçə yerdən 
yaralamış, İran ordusunun düşərgəsinə gələrək guya saklardan incid iyini söyləmiş 
və farslara qulluq et məyə, fa rsların saklar üzə rinə gedən yola bə lədçilik et məyə 
hazır olduğunu demişdir. Farslar ona inan mış, Sirak is ə fars ordusunu qəsdən 
susuz səhraya aparmışdır. Sira kın onları a ldatdığın ı başa düşmüş farslar onu əzabla
öldürmüşlər. Beləliklə, ö zünü qurban verməklə Sirak sakların farslarla müharibəyə 
hazırlaş mağına vaxt qazandırmışdır. Gü man ki, Sirakın adı türkmənşəli 
çirak
– 
―ağıllı‖ (160, III, 2, 2123) sözü ilə bağlıdır.
T a n a y. Ön
Asiyada bir sak çarının adı (Po mpey Troq, I, I, 4). Türk dillərindəki 
tan (q)
– 
―valehedici‖, ―möcü zəli‖, ―heyrətli‖ (100, 532) sözündən və ―ay‖ şəkilçindəndir. 
Bə lkə də bu ad qədim türk dillə rindəki 
tonq
– ―dan yeri‖, ―sübh çağı‖ (uşağın 
dünyaya gəlməsin in sübh olması, yaxud uşağın dan söküləndə doğulması; məsələn, 
qazaxlarda, başqırdlarda Tantuar ş əxs adı ―dan vaxtı doğuldu‖ mənasındadır) 
sözündəndir. İbn əl Əsir IX əsrdə (1029 –cü ildə) Orta Asiyadan Azərbaycana 
gəlmiş oğuzların başçılarından birinin Tana adlandığın ı ya zır. ( Oxucu qırğı z 
yazıçısı Çingiz Aytmatovun ―Əlvida, Gü lsarı‖ əsərin in qəhrəmanının Tanabay 
adlandığını xatırlayar).
İ ş p a k a y. 


116 
Mannada sak çarının adı (101, № 65). Türkcə 
eş, iş
– ―dost‖, ―həmdə m‖ (160, I, 2, 
1545) və 
bok a
– ―pəhləvan‖, ―qüvvətli‖, ―qolu zorlu‖, ―bahadır‖, ―döyüşkən‖ (100) 
sözlərindəndir.
T o m i r i s. (er. əv. 530-cu il) 
Orta Asiyada sakla rda (bəzi mənbələrdə sakla rın bir qolu olmuş massagetlərdə) 
qadın xaqanın adı (Herodot, I, 205). İran şahı Kirlə döyüşdə qalib gəlmiş, başını 
kəsdirərə k qanla doldurulmuş tuluğa salmışdır (M ə lu mdur ki, tu luq və dağar 
düzəldilməsi türk tayfaları üçün səciyyəvidir). To mir (To mar sözünün yunanca 
təhrifi) adından və qədim yunan dilində şə xs adlarına ə lavə olun muş – 
“is”
adlıq 
hal şəkilçisindən ibarətdir (Bunu er.əv. II əsr müəllifi Poliyenin bu adı Tamir kimi 
yazması da göstərir). Ad türkcə 
tomar
– ―qızıl boyunbağı‖, ―hamay ıl‖ , ―boyundan 
asılan tilsim‖ sözündəndir. To moris etnik mənsubiyyətcə türkdür, sak qızıdır, lakin 
bilavasitə Azə rbaycanla bağlı deyil, ona görə ki, onun başçılıq etdiy i saklar (ya xud 
sakların bir hissəsinin adı olan massagetlər) Orta Asiyada yaşayırdı.
S p a r q a p i t. (er. əv. 530 –cu il, To mirisin oğlunun 
adı) . Esbiro kbit ad ının yunanca yazılışına görə təhrifidir. Türkcə 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin