Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası Azərbaycan sözünün mənşəyi



Yüklə 90,58 Kb.
səhifə1/9
tarix05.06.2023
ölçüsü90,58 Kb.
#125026
  1   2   3   4   5   6   7   8   9
Azərb. adı, Dövlət rəmzləri


Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası


Azərbaycan sözünün mənşəyi
Azərbaycan coğrafi addır. Azərbaycan adı bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. "Azər"-od, atəş deməkdir. Əbədi yanar od qədim zamanlardan paytaxt Bakının yerləşdiyi Abşeron yarımadasının simvolu hesab olunub. Çünki bu ərazidə təbii olaraq yanan məşəllər var. Təbiətdəki bu möcüzələrdən biri də Abşeron yarımadasında Məhəmmədi kəndindəki "Yanar dağ"dır. Suraxanıda isə heç vaxt sönməyən odun üzərində "Atəşgah" adlı qədim abidə var. Bu fenomen Azərbaycanın dünyada "Odlar Yurdu" kimi tanınmağına səbəb olub.
Digər tərəfdən isə Azərbaycan ərazisində qədim zamanlardan yaşayan türksoylu "Azər" tayfalarının adından götürülmüşdür. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər"-yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türkdilli qəbilənin adından əmələ gəlib.
Azərbaycanın ərazisi arxeoloqlar üçün zəngin bir mənbədir. Qarabağda Azıx mağarasında aparılan qazıntılar Azərbaycanda 2 milyon il əvvəl insan sivilizasiyasının izlərini aşkar edib. Aşel dövründən olan, Azıxantrop kimi tanınan insan çənəsi Azərbaycan ərazisində erkən insan məskunlaşmasının olduğunu deməyə əsas verir. Məhz bu tapıntı Azərbaycanı Avropada erkən insanın yaşayış xəritəsinə daxil etmişdir.
Azərbaycan sözünün mənşəyi mövzusunda fərqli tarixi mənbələrdən əldə olunmuş müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır.
Orta əsr ərəb coğrafişünasları fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir. Ərəb coğrafiyaşünası və səyyahı Yaqut əl-Həməvi yazırdı: "Bəziləri güman edir ki, Azər pəhləvi dilində "atəş", bayqan isə "keşikçi" və ya "atəş mühafizəçisi" deməkdir və beləliklə, söz "atəş məbədi" və ya "atəş mühafizəçisi" deməkdir, hansı ki, həqiqətə uyğundur, çünki bu ərazidə atəş məbədləri çox olub."
XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Azərbaycan sözünün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirir.  Babək Abbasilər xilafətinə qarşı xürrəmilərin üsyanına rəhbərlik etmişdir. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: "Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir, hansı ki, ərəblər Azər-Babəcan kimi tələffüz edir və "Babəkin atəşi" deməkdir. Hər halda, bizə məlum olduğu qədərilə, atəşpərəstlik hal-hazırda Azərbaycan adlandırılan ərazidə zühur edib."


Farsca yozumlar:
Atarbadkan (an-tar-bad-kan) “mağlar yurdu”, “atəşpərəstlər ölkəsi”
Atarpatqan (atar-büt-qan) “tanrı odunun bulağı”, “od tanrısının yeri”
Azərbaykan (azər-baykan) “od evi”, “od qoruyucusu” (Yaqut əl-Həməvi)
Adərbadkan (adər-abadqan) “odla abadlaşmış ölkə (yaxud torpaq)

Türkcə yozumlar:
Azərbayqan (azər-bayqan) “böyüklərin/bayların uca yeri”
Adirpati (andir-pat-i) “dağlı-təpəli düzən yer”, “dağ silsiləsi düzəni”
Azərbayqan (az-ər-bay-qan) “uğurlu, yaxşıistər Günəş, varlı ata”
Azəribayqan (az əri-bayqan?) “azəri yurdu”
Azərbiqan (az-ər-bi-qan) “azər boylarının ölkəsi”

Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir.


Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşir. Paytaxtı Bakı şəhəridir. Ölkə gözəl və zəngin təbiəti ilə seçilir. Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı, Şuşa, Ağdam kimi bölgələrin bir-birindən fərqli əsrarəngiz flora və faunası var.
Azərbaycanda dövlətçilik tarixinin isə beş min illik yaşı var. Bu ərazidə ilk dövlətlər bizim eradan əvvəl 4-3-cü minilliklərdə yaranıb.
Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalan xalça naxışları bizə çox şeylərdən xəbər verir. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa gəlmək, onu qarış-qarış gəzmək, onunla və xalqı ilə yaxından tanış olmaq gərəkdir.




Yüklə 90,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin