Qitə
|
Asiya / qismən Avropa
|
Region
|
Qafqaz
|
Koordinatlar
|
40°30′ şm. e., 47°30′ ş. u.
|
Sahə
|
112 (sahəsinə görə yeri)
86 600 km²
99,5 %
su: 0,5 %
|
Sahil xəttinin uzunluğu
|
təxminən 955 km
|
Sərhədlər
|
Ümumi 2649 km:
Türkiyə 15 km
Rusiya 391 km
Gürcüstan 471 km
İran 765 km
Ermənistan 1007 km
|
Ən yüksək nöqtə
|
Bazardüzü (4466 m)
|
Ən alçaq nöqtə
|
Xəzər dənizi (–28 m)
|
Ən böyük çay
|
Kür (1515 km)
|
Ən böyük göl
|
Mingəçevir su anbarı (604 km²)
|
Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə vəcənubdan İran ilə həmsərhəddir. Azərbaycanın qədim torpağı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə sərhədə malikdir. Paytaxtı Bakı şəhəridir.
Dostları ilə paylaş: |