Azərbaycan xalqının dahi oğlu, ümummilli lider


Rusiya işğalçıları tərəfindən Sərdarabad qalasının



Yüklə 12,94 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix31.01.2017
ölçüsü12,94 Mb.
#7112
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

 

Rusiya işğalçıları tərəfindən Sərdarabad qalasının 

birinci mühasirəsi və qəhrəmancasına müdafiəsi 

(16-17 aprel 1827-ci il) 

 

Çıxılmaz  vəziyyətdə  qalan  Benkendorf  aprelin  16-da  Üçkilsə 

monastırından  Sərdarabada  doğru  istiqamət  götürdü.  Ətrafı  quru  xəndəklə  əhatə 

olunan  Sərdarabad  qalası  22  topa  malik  idi.  Qala  qarnizonunun  sayı  3000  nəfərə 

çatırdı.  Qalanın  rəisi  İrəvan  sərdarının  qardaşı  Həsən  xan  və  nəvəsi  (Fətəli  xan  - 

red.) idi [59, 28]. Sərdarabad qalasını qəfil həmlə ilə ələ keçirməyə çalışan general 

Benkendorf  aprelin  16-da  səhər  5  taqım  və  4  topla  qalaya  hücum  etsə  də,  yalnız 

axşam gizlicə qalaya  yaxınlaşa bildi.

**

 Lakin qaladakılar rusların gəlişindən xəbər 



tutdular  və  qala  müdafiəçiləri  onlara  aman  verməyərək  toplardan  atəş  açmağa 

başladı. Niyyətinin baş tutmadığını görən Benkendorf qaladakıların könüllü təslim 

olması  üçün  qala  rəisinin  yanına  elçi  göndərdi.  Qala  rəisi  (Fətəli  xan  -  red.) 

Benkendorfun  bu  tələbini  rədd  edərək  "qalanı  təslim  etməkdənsə  onun  dağıntıları 

altında  ölməyim  yaxşıdı"  cavabını  verdi  [177,  304-305].  Sərdarabad  qalasının 

müdafiəçilərindən  rədd  cavabı  alan  Benkendorf  aprelin  16-dan  17-nə  keçən  gecə 

qalanı  güclü  top  atəşinə  tutmağı  əmr  etdi.  Lakin  qala  müdafiəçiləri  düşmənə  əks 

zərbə  endirməklə  cavab  verdilər.  Bundan  əlavə,  ərzaq  cəhətdən  korluq  çəkən  rus 

qoşunlarının  ətraf  kəndlərdən  ərzaq  toplamaq  cəhdi  də  boşa  çıxdı.  Sərdarabad 

                                                           

*

 General Benkendorfun dəstəsi Üçkilsədə tezliklə ağır vəziyyətə düşdü. Yürüşə cüzi ərzaq ehtiyatı ilə 



başlayan rus qoşunu bu tələbatı ödəmək üçün ermənilərə böyük ümid bəsləyirdi. Başda Nerses Əştərəkli 

olmaqla  ermənilər  rus  komandanlığına  həm  maddi,  həm  də  hərbi  cəhətdən  kömək  edəcəklərinə  vəd 

vermişdilər.  Lakin  ermənilər  tərəfindən  ruslara  heç  bir  kömək  göstərilmədi  [bax:  177,  287-288;  175. 

h.IV, 409]. Şübhəsiz ki, dəfələrlə olduğu kimi, bu dəfə də ermənilərin məqsədi rus qoşunlarını İrəvan 

xanlığına yürüşə şirnikləndirmək və tələsdirmək idi. Sonralar 1828-ci ilin noyabrında general Paskeviç 

özünün  yazdığı  məxfi  məktubunda  rus  qoşunlarının  rüsvayçı  məğlubiyyətlərinin  səbəblərini  məhz 

erməni katolikosu Nersesin onları valançı vədlərlə aldatmasında görürdü [32, sənəd 214, s.258-259].

 

**



  General  Benkendorfun  hərbi  planlarından  vaxtında  xəbər  tutan  Həsən  xan  Qacar  1000  nəfər  süvari 

dəstəsi  ilə  rus  qoşunlarını  Sərdarabad  qalasından  10  verst  aralıda  qarşılamış,  məğlub  olmasına 

baxmayaraq, düşmənin qalaya hücumunu xeyli çətinləşdirmişdi [bax: 93. 243]. 

 


224 

 

qalasının  qəhrəman  müdafiəçilərinin  əzmkarlığı  nəticəsində  qalanı  ala  bilməyən 



rus  qoşunları  aprelin  17-də  yenidən  Üçkilsə  monastırına  çəkildi  [93,  243-244; 

177,305].  Bu  zaman  maddi  cəhətdən  korluq  çəkən  rus  komandanlığı  Qars  və 

Ərzurum  paşalıqlarına  müraciət  etsə  də,  bu  müraciət  uğursuz  oldu  [93,  245]. 

Nəhayət,  aprelin  23-də  Tiflisdən  rus  qoşunlarına  göndərilən  ərzaqla  dolu  araba 

karvanı  düşərgəyə  gəlib  çatdı.  Bu  ərzaq  rus  qoşunlarını  yalnız  10  gün  təmin  edə 

bilərdi  [177,  306].  Beləliklə,  müvəqqəti  də  olsa  ərzaq  problemini  həll  edən  rus 

qoşunları  əsas  məqsədinə  yetişmək  -  İrəvan  qalasını  ələ  keçirmək  və  xanlığı 

tamamilə işğal etmək üçün tələsdi. 



 

Ġrəvan qalasının üçüncü mühasirəsi və qala 

qəhrəmanlarının Rusiya isğalçılarına təslim olmaması 

(27 aprel - 23 iyun 1827-ci il) 

 

İrəvan  sərdarı  Hüseynqulu  xan  Qacar  rus  qoşunlarının  məqsədini 

anladığından  İrəvan  qalasının  müdafiəsinə  yaxşı  hazırlaşmışdı.  Xan  ətraf 

kəndlərdən  qalaya  çoxlu  taxıl  ehtiyatı  toplatdı,  qala  qamizonunu  daha  da 

möhkəmləndirdi.  Təkcə  İrəvan qalasında  yerləşən qarnizonun sayı 5 minə  çatırdı, 

qalada  26  top  yerləşdirilmişdi  [59,28].  Dəfələrlə  ermənilərin  xəyanəti  ilə  üzləşən 

Hüseynqulu xan bu dəfə ehtiyatlı davranıb Üçkilsə monastırını nəzarətə götürərək 

burada  400  nəfərlik  qarnizon  yerləşdirmiş,  kilsədə  olan  ərzaq  ehtiyatını  İrəvan 

qalasına daşıtdırmış və burada bir neçə nəfər din xadimi qoyaraq qalan erməniləri 

İrəvan  qalasına  gətirtdirərək  nəzarət  altında  saxlayırdı  [93,233].  İrəvan  xanı 

Hüseynqulu  xan  qardaşı  Həsən  xanı  Sərdarabad  və  İrəvan  qalasının  mühafizəsinə 

təyin etdi, özü isə qoşunla ətraf yerləri qoruyurdu [8,11, 84]. 

Vaxt itirmək istəməyən Benkendorf Üçkilsədə podpolkovnik Voljenskinin 

başçılığı ilə 2 tabor qoyaraq aprelin 23-də oradan çıxdı. Səhəri gün Zəngi aşırımını 

keçərək  İrəvanın  cənub-şərqinə  doğru  hərəkət  edərək  yüksəklikləri  tutdu.  Aprelin 

24-dən 27-nə qədər  İrəvan qalasının  müdafiəçiləri  ilə  işğalçı  rus  ordusu  və  İrəvan 

xanına xəyanət edən ermənilər arasında dəfələrlə qanlı döyüş baş verdi.

*

 Çox çətin 



mübarizədən  sonra,  aprelin  27-də  isə  mayor  Voljenskinin  başçılığı  ilə  İrəvan 

qalasının  şərq  tərəfindəki  şəhərətrafı  adlanan  hissə  tutuldu.  Bununla  da  İrəvan 

qalasının  mühasirəsi  başa  çatdı  [93,  256-258;  177,  308-310].  Hər  tərəfdən 

                                                           

*

  Düşmənlə  vuruşmaq  üçün  İrəvan  qalasından  ayrılan  500  nəfərlik  süvari  dəstə  qala  yaxınlığındakı 



kəndlərin  birində  düşmənlə  qanlı  döyüşə  girdi.  İrəvan  süvarilərinin  inadla  döyüşməsinə  baxmayaraq, 

yaxşı  silahlanmış  düşmən  qalanın  cənub-şərq  hissəsindəki  Muğanlıtəpə  kurqanını  ələ  keçirdi.  Lakin 

qala  müdafiəçiləri  onları  güclü  top atəşinə tutdu.  Aprelin  25-də düşmən qanlı  döyüşdən  sonra  "İrakli 

dağı"  təpəsini  ələ  keçirdi.  Həmin  gün  qala  rəisi  Sübhanqulu  xanın  başçılıq  etdiyi  hərbi  dəstə  şəhər 

bağlarında  yerləşən  düşmən  alayına  hücum  etdi.  Düşmən  alayı  geri  çəkildi,  lakin  rus  qoşunları  əlavə 

hərbi kömək aldığı üçün İrəvan döyüşçüləri məğlub oldu... [bax: 93, 256, J57; 177, 308-309].

 


225 

 

mühasirəyə  alınmasına  baxmayaraq,  İrəvan  qalasının  müdafiəçiləri  mərdliklə 



mübarizə  aparırdı.  Buna  görə  də  general  Benkendorf  qala  rəisi  Sübhanqulu

**

 



(Hüseynqulu  xan  Qacarın  qardaşı  oğlu  və  kürəkəni  -  red.)  xan  vasitəsilə 

Hüseynqulu  xanla  danışıqlar  aparmağa  məcbur  oldu.  General  əvvəlcə  xanı  pulla 

ələ  almaq istədi,  bunun  nəticəsiz  olduğunu  gördükdə  xana könüllü təslim olacağı 

təqdirdə  onun  Rusiya  dövləti  tərəfindən  hakimiyyətində  saxlanacağına  və  əvvəlki 

gəlirlərinin özünə qaytarılacağına söz verdi. 

Lakin  Hüseynqulu  xan  Qacar  generalın  təklifini  nəinki  qəbul  etmədi 

əksinə,  yenə  də  mübarizəni  davam  etdirməyi  üstün  tutdu.  Aprelin  29-dan  30-na 

keçən  gecə  İrəvan  süvariləri  Zəngi  çayının  üstündən  keçən  körpünü  qoruyan 

düşmən gözətçi dəstələrinə qəflətən hücum edərək onları çətin vəziyyətdə qoydular. 

Məqsəd  düşmən  mühasirəsini  yarıb  İrəvan  qalasına  daxil  olmaq  idi.  Lakin  rus 

qoşununun güclü top atəşləri bu hücumun axıradək davam etdirilməsinə mane oldu 

[177, 309-312]. 

Aprelin 30-da Həsən xan Qacar 200 nəfərlik süvari dəstə ilə şərq tərəfdən 

mühasirəni  yarmaq  və  qaladakılarla  əlaqəyə  girməyə  çalışdı,  lakin  ruslar  buna 

imkan  vermədilər [93, 258]. Mayın 1-də general Paskeviçin göndərdiyi 2-ci  hərbi 

sursatı  alan  Benkendorfun  dəstəsi  artıq  ərzaqla  təmin  edilmiş,  bundan  əlavə,  ona 

Qara dəniz kazaklarının iki alayı da qoşulmuşdu. Həsən xan tez-tez süvari dəstəsi 

ilə  rusların  düşərgəsinin  ətrafında  görünür,  lakin  ciddi  toqquşmalara  girişmirdi. 

Yəqin  ki,  xanın  əsas  məqsədi  rus  qoşunlarını  narahat  etmək  və  yormaq  idi  [93, 

260]. Mayın 7-də Həsən xan təqribən 4 minlik dəstə ilə Zəngi çayının mənsəbində 

düşərgə qurdu. Ayın 8-i axşam Benkendorf 1200 kazak və 1 topla silahlanmış iki 

bölüklə  bərabər  düşərgədən  çıxaraq  gcecə  Uluxanlı  kəndini  keçib  səhər  Zəngi 

çayının  mənsəbinə  çaldı.  Çayın  o  biri  sahilində  Həsən  xanın  dəstəsi  durmuşdu. 

Sarvanlar  kəndi  yaxınlığında  çayı  keçən  Benkendorf  xanın  sol  cinahına  doğru 

yönəldi. Həsən xan Abaran çayına doğru geri çəkilərkən Benkendorfun Qara dəniz 

və  Don  kazaklarının  hücumuna  məruz  qaldı.  Həsən  xanın  dəstəsini  təqib  edən 

Benkendorf  onların  ölən  və  yaralananlarla  birlikdə  300  nəfər  itki  verdiyini 

bildirirdi. 54 nəfər isə əsir düşmüşdü. Əsir düşənlərin arasında Xoy və Qarapapaq 

bəyləri,  İrəvan  sərdarının  qayınatası  da  var  idi.  Sərdarabad  yaxınlığında  Həsən 

xanın  təqibi  dayandırıldı.  Səhərisi  gün  Benkendorf  düşərgəyə  qayıtdı.  Həsən  xan 

Arazın  cənubunda  yerləşən  Bəybulaqda  düşərgə  salıb  bir  sıra  yerli  tayfalardan 

süvari dəstələr toplayaraq qoşunun sayını 5 min nəfərə çatdırdı [93, 261-162]. 

İrəvan  qalası  müdafiəçilərinin  qəhrəmancasına  müdafiə  olunması, 

mühasirənin uzanması baş komandan Paskeviçin şəxsən özünü İrəvan üzərinə səlib 

                                                           

**

 Potto İrəvan qalasının komendantı Sübhanqulu xanın adını əsərinin bir yerində "Savatqulu" xan [177, 



309-311],  digər  yerində  isə  "Suvanqulu"  xan  [177,514],  Şerbatov  isə  "Suanqulu"  xan  [93,  264]  kimi 

təqdim  edir.  Lakin digər  mənbədə  Hüseynqulu  xan  Qacarın qardaşı  oğlu, İrəvan  qalasının  komendantı 

Sübhanqulu xan kimi verilir [32,566]. 

 


226 

 

yürüşünə  məcbur  etdi.  Belə  ki,  general  Paskeviçin  başçılıq  etdiyi  qoşun  hissələri, 



ona  qoşulmuş  erməni  və  gürcü  dəstələrinin  müşayiəti  ilə  mayın  12-də  İrəvan 

istiqamətində hərəkətə başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə 

təşkil  edilən  ilk  erməni  atlı  alayı

*

  mayın  17-də  İrəvan  xanlığının  ərazisinə  doğru 



hərəkət etdi. İrəvan sərhədlərində onların sayı 1000 nəfərə  çatırdı  [177, 323-324]. 

Bütün  bunlar  bir  daha  İrəvan  qalasının  o  zaman  necə  möhtəşəm  qala  olduğunu 

sübut edir. 

İyunun  8-də  Üçkilsədən  İrəvan  qalasına  doğru  yönələn  Paskeviç  İrəvan 

xanlığına  məxsus  qalalar  haqqında  kəşfiyyat  məlumatları  toplamağa  başladı. 

General Sərdarabad qalasında 1000 sərbazdan ibarət qarnizon və 500 Mazandaran 

atıcısının  olduğunu,  qalanın  torpaq  səngərlərində  18  top  yerləşdirildiyini  və  iki 

aylıq ərzaq tədarükü görüldüyünü öyrənə bildi. İrəvan qalası haqda Paskeviç hərbi 

əməliyyatlar  jurnalında  yazırdı:  "İrəvan  qalasının  dərin  xəndəklə  əhatə  ölunmuş 

bürcləri olan iki hündür divarı var. Divarların arasındakı dar zolaq da sanki xəndək 

kimi  maneə  rolunu  oynayır.  İç  divarın  qapalı  bürclərində  toplar  yerləşdirilib,  bayır 

divar isə mazğal və bürclərdəki falkonet (kiçik çaplı top - red.) və tüfənglərdən açılan 

atəşlə qorunur. Qala qarnizonu 2 min sərbazdan və təxminən bu qədər qeyri- nizami 

atıcıdan ibarət idi" [93, 262-263]. Paskeviçin rəyinə görə, İrəvan qalasının müdafiəsi 

kifayət  qədər  möhkəm  idi  və  qala  qarnizonunun  yüksək  əhval-ruhiyyəsi  onun 

əhəmiyyətini daha da artırırdı Alınmaz hesab edilən İrəvan qalasının hələ 1804-cü 

ildə  Sisianov  1808-ci  ildə  isə  Qudoviç  tərəfindən  ələ  keçirmək  cəhdlərinin 

uğursuzluqla  nəticələndiyini  [93,  263-264]  Paskeviç  yaxşı  bilirdi  və  bu 

uğursuzluqları təkrar etmək fikrində deyildi. 

Paskeviç  İrəvan  qalasının  ətrafına  çatanda  Benkendorfun  Sübhanqulu 

xanla (İrəvan qalasının komendantı - red.) danışıqlar apardığını öyrəndi. O, İrəvan 

sərdarının  yaxın  köməkçisi  və  təbəəsi  olan  Sübhanqulu  xana  etibar  etmirdi,  lakin 

qalanı döyüşsüz ələ keçirməyi ehtimal etdiyindən danışıqların davam etdirilməsinə 

icazə verdi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə 

rus  qoşunlarının  baş  komandanı  ilə  görüşmək  istədiyini  bildirmişdi.  Paskeviç 

qalanın  komendantına  öz  gəlişi  barədə  xəbər  göndərəndə  komendantdan  deyil, 

sərdarın  özündən  cavab  aldıqda  Benkendorf  çox  təəccübləndi.  İrəvan  sərdarı 

Hüseynqulu  xan  knyaz  Seversamidzeyə  bildirmişdi:  "Əgər  söhbət  qalanın  təslim 

edilməsindən  getmirsə,  onda  qalanın  komendantına  Paskeviçlə  görüşməyə  icazə 

verirəm.  Əks  halda  bu,  mənasızdır  -  çünki  mən  qalanı  heç  vaxt  təslim 

etməyəcəyəm"  [93,  264-265].  Bundan  sonra  Paskeviç  qala  ilə  bütün  əlaqələri 

kəsməyi əmr etdi [93, 265; 132,167]. Krasovski 20-ci piyada diviziyası və iki kazak 

alayı ilə İrəvan yaxınığına gəldi. Burada o, Paskeviçlə birlikdə hücuma keçməli olan 

                                                           

*

 General Sipyagin 1826-cı ildə ermənilərin iranlıların (İrəvan xanının və Qacarlar İranının qoşunları  - 



red.)  əleyhinə  göstərdikləri  xidmətlərdən  fəxrlə  danışırdı.  Ona  görə  də  ermənilərdən  ibarət  dəstələrin 

yaradılmasına  diqqət  yetirən  Sipyagin  1827-ci  il  mayın  24-də  dəstələrə  daxil  olmaq  istəyənlər  üçün 

xüsusi qaydanı imzaladı [153, 62-64].

 


227 

 

Benkendorfun mühasirə dəstəsini əvəz etməli idi [177, 449]. 



Hava şəraiti  ilə bağlı olaraq İrəvanın  mühasirəsi artıq qoşunların qüvvəsi 

xaricində  idi.  Yay  bürküləri  başlamış,  eyni  zamanda  qoşunun  arasında  xəstəlik 

yayılmışdı.  Paskeviç  bir  günün  içində  İrəvanı  mühasirə  edən  gürcü  qrenadyor 

alayında  240  nəfərin  xəstələndiyini  bildirirdi.  Taborlar  seyrəlməyə  başlamışdı  və 

döyüşə biləcək əsgərlərin sayı 400 nəfərdən bir az artıq idi. Mühasirə  artilleriyası 

hələ gəlib çıxmamışdı (artilleriya yalnız iyunun 26-sında Tiflisdən yola düşmüşdü). 

Buna  görə  də  Paskeviç  mühasirədən  əl  çəkərək  qoşunu  ərzaq  və  su  ehtiyatı  olan 

dağlarda  yerləşdirmək,  yollara  nəzarəti  əldə  saxlamaq  və  lazım  gəldikdə  tez  bir 

zamanda  İrəvan,  Üçkilsə  və  Sərdarabada  yeritməyi  düşünürdü.

*

  Üçkilsəyə  geri 



dönən  Paskeviç  Həsən  xanın  3  min  süvari  və  sərbazla  Arazı  keçərək  Alagöz 

dağının  şərq  ətəklərinə  yaxınlaşdığını  eşitdi.  Buna  mane  olmağa  çalışan  Paskeviç 

iyunun  10-da  Şipovun  başçılığı  ilə  Həsən  xana  qarşı  qoşun  göndərdi.  Onların 

Başabarana  çatdığını eşidən  Həsən  xan Qaracasara  -  Alagöz  dağlarına  doğru geri 

çəkildi [93, 265-267]. 

İrəvan  qalasını  işğal  etməyin  mümkünsüzlüyünü  görən  general  Paskeviç 

Naxçıvan  üzərinə  yürüş  etmək  qərarına  gəldi  və  qoşunlarını  İrəvanın  25 

verstliyində  yerləşən  Gərniçay  kənarındakı  düşərgəyə  topladı.  Lakin  Naxçıvana 

yürüşdən  əvvəl  İrəvan  qalasının  mühasirəsini  möhkəmləndirmək  tədbirlərini  də 

unutmadı.  Benkendorfun  yerinə  general-leytenant  Krasovski  İrəvan  mühasirə 

dəstəsinin  rəisi  təyin  edildi.

**

  Paskeviç  Krasovskinin  dəstəsini  İrəvan  ətrafında 



yerləşdirərək  ona  lazımi  təlimatlar

***


  verdi:  havalar  istiləşənədək  İrəvanın 

mühasirəsini  davam  etdirmək,  sonra  isə  lazım  olarsa,  Sudakəndə  doğru  geri 

çəkilməyi  tapşırdı.  Paskeviç  xəbərdarlıq  edirdi  ki,  İrəvan  sərdarının,  xüsusilə  də 

komendant  Sübhanqulu  xanın  danışıqlar  aparmaq  cəhdi  yalnız  Krasovskini  qəti 

tədbirlərdən yayındırmaq məqsədi güdür. Buna görə də Krasovski onlarla mümkün 

qədər az danışıqlara girsin [93, 267-273; 177, 332-333]. 

İyunun  19-da  hərəkətə  başlayan  rus  qoşunları  ayın  21-də  Dəvəli  kəndinə 

girdi.  Kənd  əvvəlcədən  boşaldılmışdı  [93,  273;  132,167]  Qeyd  olunduğu  kimi, 

sərdar  əvvəlcədən  əhalini  İrəvana  köçürmüş  bəzi  qalalarda  isə  mühafizə  dəstəsi 

qoymuşdu.  Şerbatovun  yazdığına  görə,  qalaya  18  min  sakin  köçürülmüşdü  [93, 

322; 132, 167]. 

İrəvanlıların güclü müqaviməti, havaların isti keçməsi və əsgərlər arasında 

yayılan  xəstəliklər  İrəvan  qalasını  mühasirəyə  alan  rus  qoşunlarının  vəziyyətini 

günbəgün ağırlaşdırırdı. Leytenant Krasovski iyunun 17-də gündəliyində yazırdı ki, 

                                                           

*

  Dağlara  çəkilmək  fikri  yalnız  İrəvana  hücum  edən  qoşuna  aid  idi,  Paskeviç  özü  isə  əsas  qüvvələrlə 



Naxçıvan üzərinə getməyi planlaşdırırdı [193,266].

 

**



  İrəvan  dəstəsində  3200-ə  yaxın  piyada,  1200  süvari,  16  top,  əsas  qüvvələrin  tərkibində  isə  4800 

piyada, 800 nəfər nizami və 3000 nəfər qeyri-nizami süvari dəstəsi, 26 top var idi [93, 269-270].

 

***


  Paskeviç  gələcəkdə  əyalətin  idarə  olunmasında  yaxından  iştirakı  nəzərdə  tutulan  erməni 

arxiyepiskopu  Nersesə  isə  taxıl  yığımına  və  tarlaların  suvarılmasına  xüsusi  diqqət  yetirməyi  tapşırdı 

[bax: 93, 273].

 


228 

 

artıq Üçkilsə hospitalında 700-dən çox hərbçi yerləşdirilib [59,6]. Eyni fikri - iki ay 



ərzində  havaların çox isti keçməsini,  əsgərlər arasında dəhşətli  xəstəlik  yayılmasını 

V.Potto  da  təsdiq  edərək  yazırdı  ki,  avqust  ayında  gəlməsi  gözlənilən  mühasirə 

artilleriyası  olmadan  qalanın  alınmasından  söhbət  belə  gedə  bilməz.  Mövcud 

vəziyyət barədə Paskeviçə məlumat verən Krasovski İrəvan qalasının mühasirəsinin 

mənasız  olduğunu  bildirir  və  mühasirədən  əl  çəkmək  üçün  ondan  razılıq  istəyirdi 

[177,  449-451].  Pottoya  görə,  nəhayət,  Paskeviçdən  İrəvanın  mühasirəsindən  əl 

çəkməyə  icazə  alan  Krasovski  iyunun  21-də  gecə  yarısı  Üçkilsəyə  doğru  geri 

çəkildi. Səhəri gün rusların geri çəkilməsindən xəbər tutan qala sakinləri 2 ay sürən 

mühasirədən sonra rahat nəfəs aldılar. Onların sevinclərinin həddi-hüdudu yox idi 

[177, 451]. 

Şerbatov  isə  Krasovskinin  ayın  22-dən  23-nə  keçən  gecə  mühasirədən  əl 

çəkərək  Sudakəndə  keçməyi  planlaşdırdığını  yazırdı  [93.275]-Lakin  Krasovskinin 

özünün  gündəliyində  İrəvan  qalasının  mühasirəsindən  əl  çəkməsinin  gizli  şəkildə 

həyata  keçirildiyi  və  qalanı  mühasirəyə  alan  birləşmiş  qüvvələrin  1827-ci  il  iyunun 

23-də gecə yarısı Üçkilsəyə doğru geri çəkildiyi qeyd olunur [59, 6]. 

Ruslar geri çəkildikdən sonra Hüseynqulu xan qalanı möhkəmləndirməyin 

qayğısına qaldı və bunun üçün heç bir şeyi əsirgəmədi.

*

 Hətta bəzi şayiələrə görə, 



xan bir zərbədə rus korpusunun yarıdan çoxunu qıra biləcək dəhşətli top yaratmaq 

təşəbbüsündə  olmuş,  yalnız  bunun  üçün  əridilmiş  metal  azlıq  etmişdi  [177,  453-

454]. 

Naxçıvan qalası yaxınlığında rus qoşunları Qacarlar İranının Həsən xanın 



və  Nağı  xanın  komandanlığı  altında  olan  süvari  hərbi  qüvvələri  ilə  qarşılaşdılar. 

Lristovun  komandanlığı  ilə  sayca  üstün  olan  rus  qoşunları  üstün  gəldilər  [115, 

118].  İyunun  26-da  Naxçıvan  ələ  keçirildi.  Naxçıvanı  tutan  Paskeviç  iyulun  1-də 

bütün  qüvvəsi  ilə  Abbasabadın  mühasirəsinə  başladı  [93,  275-280].  Bu  zaman 

Hüseynqulu xan Qacar Üçkilsəyə hücum etmişdi

**

 [177, 454]. Görünür, İrəvan xanı 



Abbasabad  qalasını  mühasirəyə  alan  rus  qoşunlarının  diqqətini  yayındırmağa 

çalışırdı. 

İyulun  5-də  Abbasabadın  mühasirəsini  yarmağa  çalışan  Abbas  Mirzə 

Həsən  xanla  birgə  Xoy  tərəfdən  hücuma  keçdi.  Lakin  Cavanbulaqda  baş  verən 

döyüş  onların  məğlubiyyəti  ilə  bitdi.  Qala  şiddətli  atəşə  tutuldu.  İyulun  7-də  qala 

qarnizonu  təslim  oldu.  İyulun  8-də Paskeviç  Abbasabada  daxil oldu.  İyulun  13-də 

                                                           

*

  Rusların  İrəvan  qalasının  mühasirəsindən  əl  çəkməsindən  sonra  Hüseynqulu  xan  məscidə  gedərək 



kafirlərin  hücumundan xilas olduğu üçün Allaha dua etmişdi... İrəvan qalası Hüseynqulu xan üçün çox 

əziz idi, onun 23 illik döyüş xatirələri, ən yaxşı günləri bu qalada keçmişdi [177.452. 453-454].

 

**

  İyulun  4-də  İrəvan  sərdarı  4  minlik  süvari  dəstəsi  və  2  topla  silahlanmış  2  sərbaz  taboru  ilə  İrəvan 



qalasından  çıxaraq  Üçkilsəni  tutmağa  getdi.  Sərdar  komendanta  məktub  göndərərək  arxiyepiskop 

Nersesə  qulaq  asmayaraq  monastın  təslim  etməyi  təklif  etdi.  Təslim  olmaq  əvəzinə  monastırdan  top 

atəşləri açıldı. Sərdarın dəstələri monastırı mühasirəyə aldı, Lakin bir neçə erməni monastırdan qaçaraq 

Krasovskini  xəbərdar  etdi.  Krasovski  2  tabor  və  4  topla  iyulun  5-da  monastıra  yönəldiyindən  sərdar 

mühasirədən əl çəkdi və İrəvana doğru geri çəkildi [177,454-455; 59,8].

 


229 

 

general-mayor Saken qalanın komendantı və Naxçıvan vilayətinin rəisi təyin edildi 



[93,  282-287,  293;  132,167].  1827-ci  il  iyulun  19-da  Qriboyedov  baş  tərcüməçisi 

A.Bakıxanovla  birlikdə  Abbas  Mirzənin  düşərgəsinə  gəldi.  Danışıqlar  zamanı 

Qriboyedov  İrəvan  və  Naxçıvan  xanlıqlarının  Rusiyaya  güzəştə  gedilməsini  və 

hərbi  təzminat  ödənilməsini  tələb  etdi  Abbas  Mirzə  isə  hərbi  əməliyyatların  10 

aylığa dayandırılmasını təklif etdi. Danışıqlar uğursuzluqla nəticələndi [153, 76]. 

Üçkilsədə  yerləşən  rus  qoşunu  iyulun  1-dək  buranın  müdafiəsini 

möhkəmləndirməklə  məşğul  oldu  və  qoşunun  müəyyən  hissəsini  burada  qoyaraq 

Üçkilsədən 35 verst aralı, Abaran çayı sahilində yerləşən Çınqıllı kəndində düşərgə 

saldı.  Rus  qoşunlarını  təqib  edən  İrəvan  qoşunları

*

  isə  onların  düşərgəsindən  10 



verst aralı Alagöz dağının ətəyində onlara nəzarət edirdi [59, 6; 177, 452-455]. 

Abbas Mirzə öz qüvvələrini cəmləşdirib (onun qoşununda 10 min  piyada, 

15 min süvari və 28 top var idi [93,301]), avqustun 17-də Uşağa vuruşmasında rus 

qoşunlarına  ağır  zərbə  endirdi.  Səhər  saat  7-dən  gündüz  saat  4-dək  davam  edən 

qanlı  döyüş  Üçkilsənin  2  verstliyində  başa  çatdı.  Döyüşdən  qaçan  Krasovski 

Üçkilsə 


monastırına 

sığındı 


Abbas 

Mirzə 


Uşağadakı 

mövqelərini 

möhkəmləndirərək  hücum  etməyə  qərar  vermədi  [93,  302-303].  Gizetti  adlı 

müəllifin  bu  vuruşma  haqqında  məlumatına  görə,  Krasovskinin  dəstəsi  həmin 

döyüşdə 1166 əsgər və zabit itirdi (685 nəfər öldürüldü, 347 nəfər yaralandı, 134 

nəfər  isə  əsir  düşdü)  [146,  145;  132,  167].  Şerbatova  görə  isə,  Krasovskinin 

dəstəsindən  700-ə  yaxın  əsgər  və  zabit  öldürüldü,  300  nəfərədək  yaralandı  və 

generalın özü çiynindən ağır yara aldı. Şerbatov Abbas Mirzənin itkisinin 3 minə 

çatdığını  qeyd  edir  [93,303].  Görünür,  müəllif  Abbas  Mirzənin  itkisini  çox, 

ruslarınkını  isə  az  göstərmişdir.  Krasovskinin  dəstəsi  qaçaraq  geri  çəkildiyindən 

rus qoşunlarının itkisi daha çox olmalı idi. 

Krasovski  öz  məğlubiyyətinə  haqq  qazandıraraq  bildirirdi:  Abbas  Mirzə 

Uşağada  mövqeyini  elə  möhkəmləndirmişdi  ki,  böyük  qurbanlar  və  itkilər 

vermədən  oranı  keçib  yenidən  düşərgəyə  qayıtmaq  nıümkün  deyildi.  Digər 

tərəfdən,  əgər  mən  bu  təhlükəli  hərəkətə  qərar  versəydim,  onda  Üçkilsənin 

itirilməsi  labüd  olardı  [93,303-304].  General  Paskeviçin  Uşağa  döyüşündən  sonra 

Krasovskinin  İrəvanın  mühasirəsini  yenidən  davam  etdirməyə  qadir  olmadığını 

etiraf edərək yazır: "Hətta əgər Abbas Mirzə təkrar Krasovskiyə hücum etsəydi, o, 

Üçkilsə  monastırında  çətin  ki  tab  gətirə  biləydi  [177, 481].  Həmin  döyüşdən bəhs 

edən  müəlliflər  yazır:  "İrəvanın  mühasirəsindən  əl  çəkən  Krasovski  Üçkilsəyə

*

 

yürüş etdi. Bundan istifadə edən sərdar 4000 atlı, 2 briqada sərbazla oraya hərəkət 



etdi.  Avqustun  4-də  Abbas  Mirzə  30  minlik  qoşunu  ilə  Üçkilsə  düzündə  göründü 

və  avqustun  6-da  Əştərək  kəndini  tutdu.  Onlar  birləşərək  avqustun  17-də  rus 

qoşunlarını mühasirəyə alıb, qırmağa başladılar. 200 əsiri çıxmaqla 24 zabit, 1130 

                                                           

*

 Pottoya görə, qarapapaqlılardan ibarət bu ayıq və cəsur dəstəyə Nağı xan başçılıq edirdi [177-455].



 

*

 Üçkilsə bir rus taboru ilə müdafiə olunurdu, Krasovski isə 2 minlik dəstəsi və ərzaq daşıyan transportu 



(nəqliyyat) ilə ora yönəlmişdi [185.48].

 


230 

 

əsgər  öldürüldü"  [185,  48;  177,  457,  469-478;  137,  21;  132,  168].  Bu  qələbə  rus 



qoşunlarının İrəvana yürüşünü xeyli ləngitdi. 


Yüklə 12,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin