Sərdarabad qalasının rus qoşunları tərəfindən
ikinci mühasirəsi, qəhrəmancasına müdafiəsi və süqutu
(14-20 sentyabr 1827-ci il)
1827-ci il avqustun 29-da Üçkilsədə toplaşan rus qoşunları bu dəfə
Sərdarabad qalasını hədəf seçdilər. General Paskeviçin qalada çoxlu ərzaq
ehtiyatının olması haqda məlumatı vardı və rus qoşunlarının gələcək yürüşünü
təmin etmək üçün bu qalanın alınması zəruri idi [64,138]. Sentyabrın 11-də general
Paskeviç birləşmiş qüvvələrlə Sərdarabada doğru yürüşə başladı və səhəri gün
qalaya yaxınlaşdı. Bu xəbəri eşidən Abbas Mirzə öz qüvvələri ilə birlikdə Makuya
doğru geri çəkildi. Sərdarabad qalası İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən
xanın öz qüvvələri ilə müdafiə olunurdu [32, sonəd 518, s.561; 177,494].
Sentyabrın 14-də Krasovskinin başçılıq etdiyi qoşun Sərdarabad qalasını
mühasirəyə aldı [59, 31]. 10-12 il bundan əvvəl İrəvan xanı tərəfindən tikilmiş
*
Sərdarabad qalası Üçkilsədən Alagözə doğru uzanan geniş düzənlikdə yerləşirdi.
Dördbucaq şəklində nəhəng qüllə və qapıları olan, ikiqat hündür divarları qalaya
kifayət qədər müdhiş görkəm verir və onun alınmasını çətinləşdirirdi. Qalanın 14
topla silahlanmış iki m i n l i k qarnizonuna Həsən xanın nəvəsi gənc və təcrübəsiz
Fətəli xanın başçılıq etməsi Paskeviçə qalanın tutulmasına ümid verirdi. Lakin
İrəvan sərdarının qardaşı Həsən xan Qacar qalaya girməyə müvəffəq oldu və
müdafiəçilərin döyüş ruhunu yüksəldərək onları qala divarları arasında
öləcəklərinə, amma təslim olmayacaqlarına and içdirdi [32, sənəd 518, s.561;
177,494-495; 93, 315-316]. Paskeviç əvvəlcə qalanı hücumla deyil, düzgün təşkil
edilmiş mühasirə ilə almaq istədi və general-leytenant Krasovskini mühasirə
korpusunun rəisi təyin etdi. Paskeviç ilk həmləni qalanın cənub hissəsindən
başlamağı qərara aldı. Sentyabrın 15-dən başlayaraq Sərdarabad top atəşinə tutuldu
və qaladakılar cavab atəşi açdılar. Sentyabrın 16-da tezdən mühasirə artilleriyası
gəlib yetişəndən sonra onların qala ətrafında yerləşdirilməsinə başlandı. Sentyabrın
18-dən başlayaraq şəhər 24 topdan şiddətli atəşə tutuldu. 2 gün fasiləsiz davam
edən atəşdən sonra qala qarnizonu ələ keçməmək üçün mühasirədən çıxmağa
müvəffəq oldu. Sentyabrın 20-də səhər Paskeviç əsas qüvvələri ilə qalaya daxil
oldu [32, sənəd 518, s.561; 177, 495-501; 93, 315-317]. Məcburiyyət qarşısında
atılan bu addım Həsən xanın yüksək sərkərdəlik məharətini nümayiş etdirirdi.
*
İ.Şopenin məlumatına görə, İrəvan xanı Hüseynqulu xan Qacar Sərdarabad qalasının əsasını 1810-cu
ildə qoymuşdu [95, 255].
231
Bununla belə, qaladakı xeyli hərbi sursat və ərzaq - 13 top, 14 min çetvert buğda
ilə dolu anbar, çoxlu pambıq parça, xeyli hərbi sursat rus qoşunlarının əlinə keçdi
[177, 501-502; 32, sənəd 518, s.561-562, 563-564]. Şerbatova görə, qala
qarnizonundan 500 nəfər öldürülmüş və yaralanmış, 250 nəfər isə əsir
götürülmüşdü. Burada ələ keçirilən taxıl ehtiyatı, Paskeviçin hesablamalarına görə,
rus ordusunun bütün sağ cinahını altı ay ərzaqla təmin edə bilərdi. Bundan əlavə,
anbarlarda çoxlu barıt, mərmi, pambıq və s. ehtiyatı, qala divarlarında isə 13 mis
top ələ keçirilmişdi. Paskeviç hərbi əməliyyatlar jurnalında yazırdı: "Buradan əldə
edilənlərin qiyməti yoxdur, onlar olmadan sonralar İrəvanın mühasirəyə alınması
şübhə altında qalardı. Yəqin ki, Sərdarabad Abbas Mirzənin ordusunu ərzaqla
təmin edən ehtiyat anbarı olmuşdur [93, 318]". Sərdarabad qalasında bu qədər
ehtiyatın toplanması göstərirdi ki, xan öz qoşunlarını yadelli işğalçılara qarşı
uzunmüddətli mübarizə üçün hazırlamışdı. Lakin çoxlu sayda top və batareyaların
şəhəri fasiləsiz atəşə tutması nəticəsində xan və onun qoşunları həmin ərzaq və
hərbi sursat ehtiyatlarını məhv edə bilməmişdi. Bəzi məlumatlara görə,
Sərdarabadın itirilməsindən sonra şahın İrəvan və Naxçıvan xanlıqlarını güzəştə
getmək niyyətinə baxmayaraq, Abbas Mirzə onun Rusiya ilə sülh bağlamaq barədə
əmrini yerinə yetirmirdi [132, 168].
Ġrəvan qalasının dördüncü mühasirəsi,
erməni xəyanəti və Ġrəvan qalasının süqutu
(24 sentyabr - oktyabr 1827-ci il)
Qacarlar İranının hərbi uğursuzluqlarına baxmayaraq, İrəvan xanının
qoşunları işğalçılara qarşı müqavimət göstərməkdə davam edirdi. Əsas diqqət
İrəvan qalasının müdafiəsinə yönəldilmişdi. Sərdarabadın mühasirəsindən çıxa
bilən Həsən xan İrəvan qalasını möhkəmləndirməkdə idi [177,505]. Sentyabrın 21-
də Paskeviç mühasirə artilleriyasını Üçkilsəyə yola saldı. Ertəsi gün bütün dəstə
İrəvana doğru yola düşməli idi. Sərdarabada polkovnik Xomutov komendant təyin
edildi. Qala qarnizonu Krım alayından bir tabor, iki top, erməni və kazak
dəstələrindən ibarət idi [93, 319]. Sentyabrın 23-də Paskeviçin hərbi qüvvələri
İrəvan qalasının 2 verstliyində düşərgə salaraq qala divarlarından 750 sajen
məsafədə yerləşən Muğanlıtəpə kurqanını tuldu və İrəvan qalasına baxış keçirdi:
"Zəngi çayının sıldırımlı sahilindən İrəvan qalasının bağları, minarə və qüllələri ilə
birlikdə içəridəki binalar görünürdü. Dik sahilin zirvəsində, 200 sajen məsafədə
mazğalları və cinahlarda bürcləri olan qala divarları uzanırdı. İrəvanın sahil
müdafiə xəttinə lazımi fikir verilməmiş, bəzi yerlər isə uçub-tökülmüşdü. Lakin
sahilin dik olması və çayın axını sahil müdafiə xəttini yarmağa və mühasirəyə
almağa mane olurdu. Qalanın digər üç tərəfi isə 50 topla təchiz edilən və su ilə
doldurulan dərin xəndəklə əhatələnmişdi. Bürclərdən və cinahlardan müdafiə
232
olunan ikiqat qalın divarların olması isə qala qarnizonunun inadla müdafiə
olunacağından xəbər verirdi. Sərdarabadın süqutu bundan sonra İrəvan qalasına
başçılığı öz üzərinə götürmüş Həsən xanın güc və fəaliyyətini zəiflədə bilməmişdi.
Paskeviç kəşfiyyat nəticəsində öyrənmişdi ki, İrəvan qalasındakı çoxlu barıt, mərmi
və taxıl ehtiyatı onun müdafiəsini və qarnizonun ərzaq ehtiyacını bir neçə ay ödəyə
bilər. Lakin Həsən xanın qardaşı - İrəvan sərdarı Hüseynqulu xan tərəfindən İrəvan
şəhərindən və qalanın ətraf ərazilərindən qalaya 18 min əhali köçürülmüşdü.
Yalnız onların tibbi-sanitariya vəziyyəti xanı narahat edə bilərdi" [93, 321-322].
Qalaya baxış keçirən Paskeviç oranın mühasirəsinə cənub-şərq tərəfdən başlamağı
qərara aldı [93. 323]. İki hündür qülləsi olan İrəvan qalasının iri xəndəklə əhatə
olunmuş divarları arxasında toplar qurulmuşdu. Qala qarnizonu 2 miıı əsgər və 2
min atıcıdan ibarət idi. Qaladakı ərzaq ehtiyatı yarım ilə nəzərdə tutulmuşdu [93,
263].
Artıq hər tərəfdən təcrid olunduğu üçün qalanın müdafiəsinin
mümkünsüzlüyünü yəqin edən Hüseynqulu xan Qacar öz süvariləri ilə Türkiyəyə
tərəf geri çəkildi. Qalanın müdafiəsinə onun qardaşı Həsən xan Qacar başçılıq etdi
[177, 492].
1827-ci il sentyabrın 24-də İrəvanın rus qoşunları tərəfindən növbəti
mühasirəsi başlandı. Paskeviç həmin gün Muğanlıtəpədən sağa doğru batareyalar
qurdu və bütün gecəni qalanın içərisini top atəşinə tutdu [93,323; bax: bölmənin
sonu, şəkil 1]. Şəhəri ara vermədən 2 batareya 3 gün artilleriya atəşinə tutdu. Ağır
topların atəşinə davam gətirməyən qala bürcləri dağıldı. Qala müdafiəçilərini sudan
məhrum etmək məqsədilə Paskeviçin əmrilə qala divarlarının dibindəki kəhrizlər
daşla dolduruldu. Eyni zamanda Paskeviç Həsən xandan qalanın təslim olunmasını
tələb etdi. Lakin bu müraciətə məhəl qoymayan Həsən xan Qacar əksinə, bürcləri
təmir etdirərək yeni döyüşə hazırlaşdı. Qala qarnizonu rus qoşunlarını güclü atəşə
tutdu. Lakin işğalçıların mühasirə korpusu topları şəhərə yaxınlaşdıra bildi.
Növbəti təslim cavabına müsbət cavab almayan Paskeviçin əmrilə İrəvan qalasına
40 topdan 1000-dən artıq mərmi yağdırıldı. Şəhər od-alov içində yanmağa başladı.
Uçqunlar altında və yanan şəhərin tüstü-dumanı içərisində qalan dinc əhali
içərisində təşviş və ümidsizlik baş aldı [177, 505-511]. İrəvanlılar da düşməni top
atəşinə tuturdular. Lakin qaladakı ermənilərin xəyanət edərək düşmənlə əlaqəyə
girməsi vəziyyəti daha da ağırlaşdırdı. Ermoni casusları Paskeviçlə əlaqə yaradıb
qala müdafiəçilərinin mövqeyi, sayı, topların yerləşdirildiyi yerlər və s. barədə
bütün hərbi sirləri ona çatdırırdılar. Bundan başqa, təcrübəli topçuların olmaması
üzündən onların atdığı mərmilər sərrast olmurdu. Digər tərəfdən, bəzi topların
arxasında ermənilər durduğundan onlar xəyanət edərək topu rus qoşununa deyil,
boş yerlərə atırdılar [84,36; 153,86]. Həmçinin qaladan bayırda olan ermənilər də
İrəvan qalasının ələ keçirilməsi üçün rus qoşunlarına yardım edirdilər. Əştərəkli
Nerses adlı bir erməni sentyabrın 27-28-də rus qoşunlarına təcili yardım etmək üçün
Üçkilsə kəndlilərinə xüsusi çağırışla müraciət etmişdi [172,44]. Bundan başqa,
233
İrəvan qalasının müdafiəsi zamanı şəhərdə yaşayan azsaylı ermənilər rus
qoşunlarına hər cür yardını göstərirdilər. Hələ 1827-ci ilin aprelində şəhər əhalisi
ilə yerlərini tərk edib qalaya köçəndə ermənilər azərbaycanlılardan təcrid olunmuş
şəkildə qalada yerləşdirilmişdi [153,85-86]. Ermənilər qala divarlarının üstünə
qalxıb papaqlarını yellədə-yellədə təslim olduqları barədə işğalçılara işarə
verdikləri halda [143, 164], qalanın azərbaycanlı əhalisi özlərinin qədim şəhərini
qəhrəmancasına müdafiə etməkdə davam edirdilər.
Sentyabrın 30-da qalanın mühasirəsi daha da daraldıldı. Toplar yeni, daha
yaxın mövqelərə gətirildi. Qala divarları bütün mövqelərdən atəşə tutuldu. Həsən
xanın əmrilə oktyabrın 1-nə keçən gecə qala müdafiəçiləri rus qoşunlarını yenidən
güclü atəşə tutdu. Lakin bu, istənilən nəticəni vermədi.
Oktyabrın 1-də qaladakı ermənilər işğalçılarla əlaqəyə girərək qiyam
qaldırdılar və Həsən xandan tələb etdilər ki, qalanı ruslara təslim etsin.
*
Ermənilər,
xanın bütün səylərinə baxmayaraq, qalanın şimal qapılarını rus qoşunlarının üzünə
açdılar [32, sənəd 523, s.566]. Pottoya görə isə, qala qapılarının üzərində ağ bayraq
qaldıran adamlar görünsə də, qapı açılmamışdı [177, 512-513]. Bu təslim bayrağını
qaldıranlar yaşadıqları dövlətə xəyanət edən ermənilər idi. Artıq yuxarıda qeyd
olunduğu kimi, İrəvanın mühasirəsi zamanı ermənilər Paskeviçlə əlaqəyə girə
bilmiş və azərbaycanlıların qalanın hansı hissəsində yerləşdiklərini, top atəşlərini
hara istiqamətləndirmək lazım olduğunu ruslara bildirmişdilər [153, 85-86].
Bundan istifadə edən podpolkovnik Qurko və Şepelevin dəstəsi qalanın cənub-şərq
qülləsini tutdu. Bundan sonra qalanın şimal qapılarına yaxınlaşan Krasovski tatar
dilini (Azərbaycan türkcəsi - red.) yaxşı bilən Belova onlara elə həmin dəqiqə qala
qapılarını açmalarını deməyi əmr etdi. Bu, sözlər Belovun ağzından çıxan kimi
qaladan atəş açıldı və folkonetdən açılan iri mis mərmi onun beynini göyə sovurdu.
Bu İrəvan qalasından Həsən xan Qacarın əli ilə atılan sonuncu mərmi oldu. Bir
dəqiqədən sonra darvazalar açıldı və rus qoşunları qalaya soxuldu. Məlumata görə,
İrəvan qalasının qəhrəman müdafiəçisi Həsən xan Qacar [bax: bölmənin sonu, şəkil
5] son anda qalanı düşmənə təslim etməkdənsə partlatmaq məqsədilə barıt
qülləsinə yanan fitil qoymuşdu. Lakin poruçik Lemyakin bunu vaxtında görmüş və
əli ilə yanan fitili götürmüşdü. Hlə bu anda qarnizon silahı yerə qoymuşdu. Həsən
xan isə özünə sadiq adamları ilə məsciddə müdafiə olunurdu [175. 415; 177, 512-
513; 67,252].
M.Şerbatova görə isə, ruslar qala qapısını sındırıb içəri girmişdi [93, 329].
Ermənilərin xəyanəti nəticəsində şəhərin qərb tərəfində yerləşən Təpəbaşı adlanan
məhəlləni tutmağa hazırlaşan ruslar Zəngi çayını keçərək orada batareya qurdular...
Məhz 6 günlük mühasirədən sonra bu hissədən qala divarları dağıdıldı və 6
qvardiya alayı şəhərə daxil ola bildi[153, 86].
Erməni xəyanətindən istifadə edərək qalaya daxil olan rus qoşunları ilə
*
Digər mənbənin məlumatında bu qiyamın sentyabrın 28-də baş verdiyi göstərilir və Həsən xanın bu
tələbi rədd etdiyi qeyd olunur [bax: 177,508].
234
onun qəhrəman müdafiəçiləri arasında qanlı doyüş baş verdi. 200-dək əyanla
qaladakı məscidlərin birinə çəkilən Həsən xan Qacar müqavimət göstərməkdə yenə
də davam edirdi. Axşama yaxın İrəvan qalası işğalçıların əlinə keçdi. Həsən xan
Qacarla
*
bərabər qalanın Komendantı Sübhanqulu xan,
**
xüsusi tabor komandiri
Qasım xan, Mərəndli Cəfərqulu xan, Təbrizli Əlimərdan xan, Əhərli Aslan xarı
Fətəli xan və başqaları ələ keçirildi. Həmçinin qala üzərindəki bütün toplar, silah və
sursat ehtiyatı da düşmənin əlinə keçdi [32, sənəd 523 s.564-566; 93, 328-330; 177,
514]. Bundan əlavə, vaxtilə böyük türk sərkərdəsi və hökmdarı Əmir Teymura
məxsus olmuş, dəstəyi qızıl və qiymətli daşlarla bəzədilmiş Həsən xan Qacara
məxsus qiymətli qılınc
*
da rusların əlinə keçdi.
Rus qoşunlarının İrəvanda törətdikləri dağıntılar və şəhərə vurulan maddi
zərərlə bağlı V.Potto hadisənin şahidi olan bir nəfərin dediklərini olduğu kimi
yazırdı: "Mən qalanın cənub-şərq küncünə çatarkən divar və bürclərin dağıntısına
təəccübləndim. Mənə elə gəlir ki, mühasirə artilleriyasının dörd gündə etdiyini
çərxi-fələk dörd əsrdə belə edə bilməzdi" [177, 516; bax:bölmənin sonu, şəkil 3,5,6].
Doğma torpağının azadlığı naminə dəfələrlə yadellilərə qəhrəmancasına
müqavimət göstərən İrəvan qalasının ələ keçirilməsi Rusiya imperatorunun
sarayında böyük sevinclə qarşılandı və təntənəli mərasimlə qeyd olundu. V.Potto
bu hadisəni təsvir edərək yazır ki, İrəvan qalasının işğalı xəbərini alan I Nikolay
Riqadan tələsik Peterburqa qayıtdı. Noyabrın 8-də İrəvanın alınması münasibətilə
imperator bütün ailə üzvləri ilə birlikdə Qış sarayı kilsəsində dua oxuma mərasimi
keçirdi. Elə həmin gün İrəvan qalası darvazasının açarları və qala divarlarından ələ
keçirilmiş 4 bayraq şəhərin mərkəzi küçələrindən keçirilərək nümayiş etdirildi [bax:
177, 518-519].
Erməni xəyanəti nəticəsində əldə olunan bu "qələbəyə görə Paskeviç qraf
titulu aldı" [93, 330]. Bundan əlavə, Paskeviç Abbasabadın alınmasına görə 1-ci
dərəcəli Müqəddəs Vladimir ordeni, İrəvanın alınmasına görə 2-ci dərəcəli Georgi
*
Doğma torpağının azadlığı uğrunda işğalçılara qarşı rəşadətlə vuruşan, "Aslanlar başı" titulu daşıyan
Həsən xan Qacarın sonrakı aqibəti haqda məlumat olduqca azdır. Həsən xan Qacar İrəvan qalasının
işğalından sonra Paskeviç tərəfındən Peterburqa - I Nikolayın yanına göndərildi. Lakin onun Peterburqa
çatmasına siyasi şəraitin dəyişməsi mane oldu. Həsən xan Qacar yolda Terek sahilində
Yekaterinoqradda saxlanıldı [bax: 177. 516]. Xanın sonrakı taleyi haqda məlumat
verilmir.
**
Paskeviç İrəvan qalasının işğalından iki gün sonra — 1827-ci il oktyabrın 3-də verdiyi raportunda
Həsən xan Qacarla bərabər əsir düşən 6 nəfərin arasında Sübhanqulu xanın da olduğunu qeyd edir [bax:
32, sənəd 523, s.566]. Digər müəlliflər isə Sübhanqulu xanın bir qədər sonra poruçik tərəfindən
zirzəmidən tapıldığını göstərirlər [bax: 177, 514; 93. 329].
*
Əmir Teymur bu qılıncla vaxtilə (1402 red.) Osmanlı sultanı İldırım Bayazidi məğlub etmişdi. Əmir
Teymurdan Səfəvi şahlarına keçən qılınc, Nadir şah hakimiyyətə gələrkən Səfəvilərin digər qiymətli
əmlakı ilə bərabər onun əlinə keçmişdi. Nadir şahdan sonra Qacarlar sülaləsinin əlinə keçən bu qılınc
Fətəli şah Qacara çatmışdı. Fətəli şah türklər üzərində qələbədən sonra göstərdiyi igidliyə görə bu
qılıncı Həsən xan Qacara bağışlamışdı. Həsən xan İrəvan qalasından kəndirlə düşərkən itirdiyi
qılıncının tapılmasını general Krasovskidən xahiş etdi. Bu qiymətli qılınc tapılaraq I Nikolaya hədiyyə
göndərildi [bax: 59, 61-62; 177, 515-516].
235
ordeni, sülhün bağlanmasına görə 1 milyon rubl dəyərində əskinas və İrəvan
qalasının ələ keçirilməsinə görə "Erivanski" titulu aldı [177, 591]. Bundan əlavə,
İrəvan qalasının alınması münasibəilə xüsusi medallar təsis olundu [bax: bölmənin
sonu, şəkil 6,7]. İşğalçı general İrəvanda Krasovskinin rəhbərliyi ilə "müvəqqəti
hökumət" təşkil etdi. Ermənilərin işğalçı rus qoşunlarına göstərdikləri "qulluğa"
görə arxiyepiskop Nerses həmin hökumətə üzv seçildi. Qafqazşünas S.Qlinkanın
qeyd etdiyi kimi "Krasovski və Nerses əlbir hərəkət edirdilər" [46, 34-35; 132, 170].
Paskeviçin əmrilə 1827-ci il oktyabrın 2-də İrəvan qalasının işğalı ilə
bağlı rus qoşunlarının "qələbə" paradı keçirildi. Parad zamanı İrəvanın qala
divarlarının böyük bir hissəsi, sanki tarixin bu ədalətsizliyinə tab gətirməyərək,
uçdu və onun dağıntıları altında çoxlu işğalçı Rusiya əsgəri qalıb məhv oldu [177,
517-518].
İrəvan xanlığının işğalı ilə Şimali Azərbaycanın bütün ərazisi Rusiyanın
tərkibinə qatıldı. Məğlub edilmiş Qacarlar İranı ilə 1828-ci il fevralın 10-da
Türkmənçayda müqavilə imzalandı. Müqavilənin üçüncü maddəsinə əsasən, Şimali
Azərbaycanın Gülüstan müqaviləsinə (1813) daxil edilməmiş İrəvan və Naxçıvan
xanlıqları da Rusiya imperiyasına ilhaq edildi [76, 125-126-131; bax: bölmənin
sonu, sənəd 4].
Beləliklə, Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqları iki imperiya
arasında yenidən - ikinci dəfə bölüşdürüldü. Öz torpağının əsil sahibi olan
Azərbaycan xalqının iradəsi nəzərə alınmadan Azərbaycan Rusiya imperiyası ilə
Qacarlar İranı arasında bölüşdüldü. Şimali Azərbaycan çar Rusiyasının, Cənubi
Azərbaycan isə Qacarlar İranının əsarəti altına düşdü. Çox keçmədən - 1828-ci il
martın 21-də (Novruz bayramı günlərindən birində - red.) imperator I Nikolayın
xüsusi fərmanı ilə Rusiya işğalçıları qədim Azərbaycan torpağı olan İrəvan və
Naxçıvan xanlıqları ərazilərində ―Erməni vilayəti‖ adlı qondarma qurum yaratdılar
[76, 272-273; 32, sənəd 437, s. 487; bax: bölmənin sonu, sənəd 5]. Bununla
Azərbaycan torpaqlarında sonralar erməni dövlətinin yaradılmasının, həm də
Cənubi Qafqaz regionunda yeni gərginlik ocağının əsası qoyuldu [163,37].
253
Ġşğal olunmuş Ġrəvan xanlığı ərazisində
ermənilərin Ġrandan və Osmanlı imperiyasından
kütləvi sürətdə köçürülməsi
Köçürmədə məqsəd. Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək
və özünün gələcək işğalçılıq planlarını həyata keçirməkdən ötrü Türkmənçay
*
və
Ədirnə
**
müqavilələrinin şərtlərinə əsaslanaraq erməniləri dərhal İrandan və
Osmanlı imperiyası ərazisindən kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına
köçürməyə başladı.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII
əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq
niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi.
İran və Türkiyə sərhədlərində bufer xristian zolağı yaratmaq niyyətində
olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ
xanlıqlarının ərazilərinə, habelə digər münbit torpaqlarına köçürdü.
Əvvəlki fəsillərdə qeyd etdiyimiz kimi, qriqorian missionerləri istisna
edilməklə, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən İrəvan bölgəsinə köçüb
gəlməsi prosesi 1441-ci ildə erməni katolikosluğunun Kilikiyadan Azərbaycan
Qaraqoyunlu dövlətinin ərazisinə - Üçkilsəyə köçürülməsindən sonra başlamışdı.
***
Erməni katolikosluğunun Qaraqoyunlu ərazisinə köçürülməsindən sonra
Qriqorian kilsəsinin müxtəlif vasitələrlə Azərbaycan türklərinə məxsus torpaqları ələ
keçirməsinə və zaman-zaman erməniləri burada yerləşdirməsinə baxmayaraq,
ermənilər Çuxursəd (İrəvan) bölgəsində say etibarilə həmişə cüzi azlıq təşkil
edirdilər. Ermənilər tərəfindən Rusiyaya və Avropanın digər dövlətlərinə çatdırılan
məlumatların həmişə təhrif olunmasını, ermənilərinin sayının süni şəklidə
şişirdilməsini nəzərə alsaq (İrəvan şəhərində oturaq erməni əhalisinin yaşamadığını
sübut edən faktlar II bölmədə verilmişdir – red.), İrəvan bölgəsində Erməni
əhalisinin cüzi az bir azlıq təşkil etməsini hələ XVIII əsrin sonlarında tərtib olunmuş
arxiv sənədləri də təsdiq edir. 1783-cü ildə P.Potyomkin İrəvan xanlığında yaşayan
*
1828-ci il fevralın 10-da Cənubi Azərbaycanın Türkmənçay kəndində Qacarlar İranı və Rusiya
imperiyası arasında bağlanmış müqavilə, Rusiya tərəfinin təkidi ilə bu müqavilənin 15-ci maddəsinə
əsasən İran ərazisində yaşayan ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi
rəsmiləşdirildi.
**
1829-cu il sentyabrın 2-də Ədirnədə Osmanlı və Rusiya imperiyaları arasında bağlanmış müqavilə,
Rusiya tərəfinin təkidi ilə bu müqavilənin 13-cü maddəsinə əsasən Osmanlı imperiyasında yaşayan
ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi.
***
Ermənilərin bu torpaqların yerli sakini deyil, gəlmə olduqlarını digər xristian qaynaqları ilə yanaşı
erməni mənbələri də sübut edir. Bax: bölmə II.
254
ermənilərin məktubları üzərində katolikosun möhür və imzasının niyə olmadığı
haqqında soruşduqda erməni nümayəndəsi bunu belə izah etmişdi: ―Katolikos bütün
dünyaya səpələnmiş ermənilərin dini rəhbəri olduğundan o öz öhürünü ermənilərin
bir qrupunun – Ararat ölkəsi sakinlərinin məktubu üzərinə vura bilməz‖ [214,107].
Göründüyü kimi XVIII əsrin sonlarında İrəvan xanlığı ərazisində yaşayan ermənilər
çox az olduğu üçün erməni müəllif V.R.Qriqoryan da bu faktı etiraf edir. Buna görə
də erməni işbazları İrəvan xanlığı ərazisində məskunlaşan ermənilərin azlıq təşkil
etməsini ört-basdır etmək üçün Rusiyaya göndərilən məktublarda onların sayını
xüsusi məqsədlə süni şəkildə artırırdılar. Məsələn, İrəvan xanlığındakı erməni
icmasının başçısı S.Ter-Sahakyan 1784-cü ilin dekabrında knyaz Q.Potyomkinə
ünvanladığı məktubunda bildirirdi ki, H.Arqutyanın (Rusiyadakı ermənilərin dini
başçısı – red) tapşırığına görə ermənilərin sayını dəfələrlə çox şişirdərək göstərir
[214,109]. İrəvan bölgəsində ermənilərin azlıq təşkil etməsi Rusiya imperiyasının
İran və Osmanlı sərhədində bufer xristian dövləti yaratmaq siyasətinə zidd idi. Elə
bu səbəbdən də Azərbaycanın Arazdan şimaldakı torpaqlarını işğal edən Rusizya
imperiyası erməniləri kütləvi şəkildə ―Rusiya təəbəliyində olan torpaqlar‖ adı
altında azərbaycanın keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində
və Gürcüstanın məhz azərbaycanlılara məxsus torpaqlarında yerləşdirdi. Rusiya
imperiyasının həyata keçirdiyi bu qanlı siyasət Azərbaycanın qədim tarixi
torpaqlarında gələcəkdə ermənilərə dövlət yaradılması məqsədi daşıyırdı. Bu
mənfur siyasəti rus müəlliflərinin özləri də etiraf edirlər. Ermənilərin köçürüldüyü
torpaqlar haqda S.Qlinka yazırdı ki, bu ərazilər... yer üzünə səpələnmiş erməni
tayfalarını başına toplayacaq və I Nikolayın xoşbəxt dövləti himayəsində erməni
çarlığı öz şöhrəti və bütün xatirələri ilə dirçələcək [46, 92].
Köçürmədən əvvəlki vəziyyət. İrəvan xanlığının işğalından sonra həmin
ərazilərdə yeni - Rusiya idarəçilik sistemi yaradılmasına başlandı. Bu məqsədlə
Qafqazın baş hərbi hakimi Paskeviçin əmri ilə 1827-ci il oktyabrın 6-da İrəvanın
"Müvəqqəti idarə"si adlı qurum yaradıldı. Yerli qoşunların komandanı general
Krasovski onun rəisi, işğalçıların əlaltısı olan erməni arxiyepiskopu Nerses isə
"Müvəqqəti idarə"nin üzvü təyin edildilər. Yerli əhali olan azərbaycanlılar dövlət
idarəçiliyi və himayəsindən məhrum edildilər. Krasovski Nersesə qeyri-məhdud
səlahiyyətlər verdi. İşğalçılarla əlbir hərəkət edən ermənilər istədiklərinə nail
oldular. Müharibədən çıxmış əhaliyə paylamaq üçün verilən 4500 çetvert taxılın
Naxçıvan azərbaycanlılarının inadlı mübarizəsi nəticəsində ermənilər burada qərar tuta bilmədilər
İşğal etdiyi Azərbaycan ərazilərində ermənilərə dövlət yaradılması sahəsində ―tarixi təcrübəsi‖ olan
Rusiya hakim dairələri belə bir idarəçilik formasını təqribən 160 ildən sonra Azərbaycanın ayrılmaz
hissəsi olan Yuxarı Qarabağla bağlı yenidən təkrar etdi. 1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin
Rəyasət Heyəti ―Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının
tətbiqihaqqında‖ qərarı qəbul etdi. Ermənipərəst A.Volskinin rəhbərliyi ilə Moskvaya tabe olan Xüsusi
İdarə Komitəsinin həyata keçirdiyi tədbirlər nəticəsində Qarabağın yuxarı hissəsi əməli olaraq
Azərbaycanın tabeliyindən çıxarıldı. Eyni metod 1828-ci ildə ―Erməni vilayəti‖nin yaradılması zamanı
da tətbiq olunmuşdu.
255
böyük hissəsi cüzi azlıq təşkil edən ermənilərə paylandı. Erməni azğınlığı az vaxt
içərisində o həddə çatdı ki, bu, hətta işğalçı general Paskeviçin özünü də narazı
saldı. Belə ki, Paskeviç baş qərargah rəisinə göndərdiyi məktubunda belə öz
etirafını gizlətmirdi: "Mən təsəvvür etməzdim ki, Krasovski yalnız Nersesin iradəsi
ilə hərəkət edəcək. Mənim ona verdiyim təlimata məhəl qoymayıb, yenicə ələ
keçirilmiş əyalətin idarə edilməsi qayğısına qalmayacaq, bütün əhalinin dörddə
üçünü təşkil edən müsəlmanlara (Azərbaycan türklərinə - red.) himayədarlıq
etməyəcək, lazımi vəsait ayırmayacaq" [32, sənəd 438, s.487-491; 109, 22; bax:
bölmənin sonu, sənəd 1].
Yeni rus idarəçiliyi yerli azərbaycanlı əhali arasında narazılığın artmasına
səbəb oldu. Onlar doğma yurdlarını tərk edib başqa yerlərə, o cümlədən Osmanlı
ərazisinə və İrana köçməyə başladılar. Naxçıvan xanlığı və Pəmbək-Şörəyellə
birlikdə İrəvan quberniyasını tərk edən və həlak olan müsəlmanların
(azərbaycanlıların - red.) sayı 12,3-13,5 min nəfərə çatırdı [bax: 177, 335; 182, 112-
113]. Potto bu barədə yazırdı: "Oturaq əhali
**
Arazm o biri tərəfinə keçmişdi. Tərə-
kəmə tatarlarmın az hissəsi Türkiyəyə, çox hissəsi isə İrana getmişdi" [177, 334].
General Paskcviein qraf Ncsselroda 27 iyun 1827-ci il ta-rixli məlumatından bəlli
olur ki, həmin ilin birinci yarısında İrəvan xanhğını 4500 tərəkəmə (elat) müsəlman
tərk etmişdi. Belə ki. yerli Azərbaycan türkləri olan qarapapaqhlardan 800 ailə
Arazın o tayma köçmüş, bundan əlavə, qarapapaqlılardan 100 ailə və ayrımlardan
300 ailə Qarsa, güclü Uluxanh tayfasmdan 600 ailə Bayazidə pənah aparmışdı [32,
sənəd 512, s.547].
Rusiyadan narazı qalan azərbaycanlı əhalinin sərhədin o tayında
cəmləşməsi Paskeviçi narahat etdi. Buna görə də o, Nersesi İrəvanın "Müvəqqəti
idarə"sindən uzaqlaşdırmağa məcbur oldu. Türkmənçay nıüqaviləsi imzalandıqdan
sonra Paskeviç general Krasovskini də "Müvəqqəti idarə"nin rəisi vəzifəsindən
azad etdi. Bunun ardınca azərbaycanlı əhaliyə qarşı bəd əməllərindən əl çəkməyən
Nersesi Bessarabiyaya sürgün etdirdi [109, 22; 172,72].
Türkmənçay müqaviləsinin təsdiq edilməsinin (20 mart, 1828) ertəsi günü
I Nikolay "Erməni vilayəti" yaradılması haqqında fərman imzaladı. Fərmanda
deyilir: "İranla bağlanmış müqaviləyə əsasən, İrandan Rusiyaya birləşdirilən İrəvan
və Naxçıvan xanlıqlarını bundan sonra "Erməni vilayəti" adlandırmağı hökm edir
və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi
qaydası haqqında Ali Senat lazımi fərmanları öz vaxtında alacaqdır" [76, 272-273;
İrəvan xanlığının böyük çətinliklə işğal edilməsində, İrandan və Osmanlı imperiyasından çox-saylı
erməni əhalisinin məqsədyönlü şəkildə bölgəyə köçürülməsində yaxından iştirak edən Qafqazın baş
hərbi hakim general Paskeviçin erməni köçünün həyata keçirilməsi zamanı belə İrəvan xanlığı
ərazisində əhalinin dörddə üçünün Azərbaycan türkləri olmasını etiraf etməsi ermənilərin İrəvan
bölgəsində çoxluq təşkil etməsi ilə bağlı uydurma fikirləri bir daha təkzib edir.
**
V.Potto burada oturaq əhali dedikdə İrəvan xanlığının qədim yerli əhalisi olan Azərbaycan türklərini
nəzərdə tutur. Bu faktın özü də İrəvan xanlığı ərazisinin ən qədim yerli əhalisinin məhz azərbaycanlılar
olduğunu bir daha təsdiq edir.
256
bax: bölmənin sonu, sənəd 2]. Rusiyaya ilhaq olunan iki Azərbaycan xanlığının
torpaqları hesabına yaradılan "Erməni vilayəti" İrəvan və Naxçıvan əyalətlərinə və
Ordubad dairəsinə bölünmüşdü [32, sənəd 437, s.487]. İrəvan əyalətinə, keçmiş
İrəvan xanlığında olduğu kimi, 15 mahal, Naxçıvan əyalətinə 5 mahal, Ordubad
dairəsinə də 5 mahal daxil idi. "Erməni vilayəti" idarəsinin rəisi vəzifəsinə yerli
qoşunların komandanı general-mayor, gürcü knyazı A.Q.Çavçavadze təyin
edilmişdi [32, sənəd 438, s.487; 109, 23].
Dostları ilə paylaş: |