8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə113/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   109   110   111   112   113   114   115   116   ...   126
Həmin dövrdə bağlanmış 
müqa vilə lərə  əsasən  azər ‑
baycanlı gənclər xarici
ölkələrin qabaqcıl təhsil
ocaqlarına oxumağa
göndərilib
Rafiq Feyzu llayev 
70‑dən artıq elmi əsərin
tədris vəsaitinin
müəllifidir


FİRİDUN AĞASI OĞLU 
CƏLİLOV
(1947)


Firidun Ağası oğlu Cəlilov 1947‑ci ildə Vedibasar bölgə ‑
sinin Qarabağlar kən dində anadan olub.
Orta məktəbi Bakıda (1966) bitirib, əmək fəaliyyətinə
tikinti idarəsində baş 
la yıb. ADU‑nun (indiki BDU‑nun)
filologiya fakültə sinin məzunudur. Universi tetin Azərbaycan
dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor
vəzi fə lərində çalışıb. 1978‑ci ildə namizədlik, 1989‑cu ildə
doktorluq dissertasiyalarını müdafiə edib. Türk dilinin
qrammatik quruluşu, xalqımızın etnogenezi, mifologiyası və
qədim tarixi barədə 100‑dən artıq elmi əsərin, 6 monoqrafiya,
dərslik və dərs vəsaitinin müəllifidir.
Filologiya fakültələrinin tələbələri üçün yazılmış «Azər ‑
bay can dilindən məşğələlər» (1977), «Azərbaycan dilinin səs
quru lu şu» (1982), «Morfonologiyadan oçerklər» (1985), «Mü ‑
rək kəb cümlə sintaksisi» (1985) kitabları, hazırlıq fakültələri
üçün nəzər də tutulmuş «Azərbaycan dilinin qrammatikası»
(1990, həm müəl lif) dərsliyi çap olunub. «Azərbaycan dilinin
morfo no logiyası» (1988) türkolo giyada bu mövzuda yazılmış
yeni istiqa mət li ilk monoqrafiyadır. Ümumiyyətlə, türk xalqla ‑
rı nın tarixi, mi fo  logiyası və etnoqrafiyası haqqında 200‑dən
artıq elmi məqa lə və 20 kitab yazıb, əsərlərinin bir hissəsi xarici
ölkələrdə çap olu nub. Türkologiya sahəsindəki xidmətlərinə
gö rə Ata tür kün qurduğu Türk Dil Qurumunun 1996‑cı ildə
müxbir, 2000‑ci ildə isə fəxri üzvü seçilib. Dünya türkoloqları
onu ümumtürk əlifba sı nın layihəsini hazırlayan və ilk dəfə hə ‑
min əlifbanın Azərbay canda gerçək ləşmə sinə nail olan gör ‑
kəmli türkoloq kimi tanıyırlar.
205

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin