Lidiya Xudat qızı Rəsulova 1941‑ci ildə Bakı şəhərində
anadan olub.
Neftçi‑fəhlə Xudat Rəsulovun ailəsində böyüyüb. Bu
ailədə böyüyən yeddi uşaq valideynlərinin həyata, insanlara
münasibətindən örnək alıb. Əməksevərlik, sədaqət, mehri ban‑
lıq bu evdə həmişə yüksək qiymətləndirilib. Onun xatirə ‑
lərində anası Məhbubə Hüseyn qızı xüsusi yer tutur.
Məktəb illərində Lidiya Rəsulova fəal ictimai işə qoşulur.
Ailəsi hər zaman onun fəallığını dəstəkləyir və həvəsləndirir.
16 yaşında işə düzəlir və oxumağa davam edir. Məktəbi bitir ‑
dikdən sonra o, Mirzə Fətəli Axundov adına Azərbaycan Döv ‑
lət Pedaqoji Dillər İnstitutunda rus dili və ədəbiyyatı müəllimi
fakültəsinin axşam şöbəsinə daxil olur. 1965‑ci ildə ali təhsilini
başa vurur.
Əmək fəaliyyətinə ümumtəhsil və məktəbdənkənar
tədris müəssisələrində başlayıb. Gənclik illərindən insanlarla
işləmək bacarığı ilə seçilib. 1963–1966‑cı illərdə seçkili gənclər
təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
1966–1981‑ci illərdə fəaliyyətini partiya təşkilatlarında
müxtəlif vəzifələrdə davam etdirib. Belə ki, Azərbaycan KP
MK‑nın elm və təhsil müəssisələri şöbəsinin müdir müavini,
Nəsimi rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində
çalışıb.
211
Dostları ilə paylaş: