Misir Cumayıl oğlu Mərdanov 1946‑cı
ildə Ermənistan
SSR‑in İcevan rayonunun Göyərçin kəndində ziyalı ailəsində
anadan olub.
Atası Mərdanov Cumayıl Alı oğlu 1938‑ci ildə 20 yaşında
İrəvandakı Azərbaycan Pedaqoji Texniku munu bitirib.
O dövr
üçün bu məktəb Qori seminariyası, yaxud onun İrəvandakı
filialı kimi fəaliyyət göstərən təhsil ocağı idi. Cumayıl Mər ‑
danov bölgədə ilk müəllimlik təhsili alan şəxs olub. Əmək
fəaliyyətinə Göyərçin məktəbində müəllim kimi başlayıb.
Misir Mərdanov yeddinci sinfi Salahda,
onuncu sinfi
qonşu Po lad kənd məktəbində bitirib. 1964‑cü ildə Bakı şəhə ‑
rindəki 49 nöm
rəli məktəbdə eksternat yolu ilə imtahan
verərək orta təhsil haq qın da sənəd alıb. Həmin
il Azərbaycan
Dövlət Universitetinin me xa nika‑riyaziyyat fakültəsinə daxil
olub. 1969‑cu ildə ali mək tə bi
fərq lənmə diplomu ilə bitirib,
diplom işi elmi əsər kimi uni ver si tetin gənc alimlərinin elmi
işlərinin dərc edildiyi topluda çap olunub.
Universiteti bitirdikdən sonra
təyinatla Gəncə Pedaqoji
İnstitutuna göndərilib və riyaziyyat fakültəsində baş laborant
kimi əmək fəaliyyətinə başlayıb. 1969‑cu
ildə Azərbaycan
Dövlət Universitetinin aspiranturasına daxil olub. Professor
Qoşqar Əhmədov və dosent Kazım
Həsənovun rəhbərliyi ilə
«Optimal idarəetmənin bəzi məsələləri» mövzusunda disser ‑
217
Dostları ilə paylaş: