Doğrudur, Cümhuriyyətin 4‑cü
Hökumət Kabinetinin
proqramında Tiflisdəki Zaqafqaziya Universitetinin Bakıya
köçürülməsi nəzərdə tutulub, nazir müavini Həmid bəy Şah‑
taxtinskinin rəhbərliyi ilə Tiflis hökuməti ilə intensiv danışıqlar
aparılıb. Bu barədə Vasili İvanoviç Razumovski yazırdı: «1919‑
cu ilin əvvəlində Azərbaycan
Cümhuriyyəti xalq maarifi
nazirinin müavini Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə
gəldi. O, rus universitetini Bakıya köçürmək
təklifi ilə
gəlmişdi, ...yaxşı binalar, maddi təminat və s. vəd etdi...»
Universitet rəhbərliyi bu təklifi qəbul etsə də,
ermənilərin
qeyri‑konstruktiv mövqeyi bu məsələnin həllinə imkan ver‑
mədi. Belə olan halda, Cümhuriyyət hökuməti Bakıda müs ‑
təqil universitet yaratmaq qərarına gəlir. Hökumətin tapşırığı
ilə Zaqafqaziya Universitetinin rektoru Vasili İvanoviç Razu‑
movski Bakıya dəvət edildi. Həmin il aprelin sonunda Bakıya
gələn Vasili İvanoviç Razumovski xalq
maarifi naziri Rəşid xan
Qaplanov və onun müavini Həmid bəy Şahtaxtinski ilə geniş
müzakirələr apararaq Bakıda universitet
təsis edil məsi işinə
rəhbərliyi öz üzərinə götürdü. Hökumət 1919‑cu il mayın 19‑da
Xalq Maarifi Nazirliyi yanında Universitet Komissiyası haq ‑
qın da Əsasnaməni və komissiyanın tərkibini təsdiq etdi. Ko ‑
missiyanın ilk iclasında maarif naziri Rəşid xan Qaplanov Uni‑
versitet Komissiyası üzvləri qarşısında çıxış edə rək, univer‑
sitetin açılışı barədə Azərbaycan hökumətinin qəti qə rarını on‑
ların nəzərinə çatdırdı. Xatırladaq ki, həmin komissiyaya geniş
hüquqlar verilmişdi. Belə ki,
komissiya üzvləri hökumət
başçısınadək hər bir yüksək vəzifə sahibinə müraciət edə
bilirdilər. Hökumət 1919‑cu il iyunun 16‑da Universitet Komis‑
42
Dostları ilə paylaş: