Dövrünün tanınmış siyasi və ictimai xadimi Həmid bəy
Xəlil oğlu Şahtaxtinski 1880‑ci il martın 12‑də Azərbay canın
Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub.
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərin ‑
dən olan Həmid bəy Şahtaxtinskinin adı XX əsr Azərbaycan döv ‑
lətçiliyi və təhsili tarixində şərəfli yerlərdən birini tutur. 1918‑ci il
mayın 28‑də Azərbaycanın müstəqilliyini elan etmiş Milli Şura nın
üzvü olan Həmid bəy İstiqlal Bəyannaməsinin qə bu luna səs ver ‑
miş, 1918‑ci il dekabrın 7‑dən fəaliyyətə başlayan Azər baycan
Par lamentinin üzvü kimi milli dövlətçilik tarixinə imza atmış bö ‑
yük tarixi şəxsiyyətlərdən biridir. O, həm görkəm li təhsil təş ki ‑
latçısı, böyük maarifçi kimi də milli
təhsil tariximizə öz şərəfli
adını həkk edib, Xalq Cümhuriyyətinin 2, 3, 4‑cü hökumət
kabinetlərində
maarif nazirinin müa vi ni, 5‑ci Hökumət Kabine ‑
tində isə (24.12.1919–01.04.1920) maarif və dini eti qad naziri kimi
Azərbaycanın milli təhsil salnaməsinə şanlı səhifələr yazmışdır.
Həmid bəy Xəlil oğlu Şahtaxtinski ilk təhsilini mol laxa na ‑
da alıb. Naxçıvan 3‑cü dərəcəli şəhər məktəbini bitirən Hə mid
bəy İrəvan Müəllimlər Seminariyasına
daxil olub, 1899‑cu ildə
oranı uğurla bitirib. Yüksək istedadı ilə seçilən Həmid bəy se ‑
minariyada saxlanılıb, rus və Azərbaycan dilləri müəllimi ki mi
pedaqoji fəaliyyətə başlayıb. Seminariyadakı pedaqoji fəa liy yət ‑
lə yanaşı, o, Müsəlman Xeyriyyə Cəmiyyə tinin üzvü kimi azər ‑
bay canlılar arasında maarifin yayılmasına köməklik göstərib.
Ali təhsil almaq arzusu ilə Odessaya gedən Həmid bəy
Şahtaxtinski, oradakı Novorossiysk Universitetinin hüquq fa ‑
kül təsinə daxil olub. Təhsil illərində həmin universitetdə azər ‑
baycanlı tələbələr tərəfindən yaradılmış «Azərbaycan Həm ‑
yerliləri» təşkilatının (xatırladaq ki,
vaxtilə bu təşkilatda Nəsib
bəy Yusifbəyli, Nəriman Nərimanov,
Xosrov bəy Sulta nov və
başqaları fəaliyyət göstəriblər) rəhbərlərindən biri kimi siyasi
fəaliyyətə başlayıb. 1912‑ci ildə həmin universitetin hüquq fa ‑
kül təsini bitirən Həmid bəy Gəncəyə gəlib, şəhərin ictimai‑
siyasi və mədəni həyatında yaxından iştirak edib.
1914‑cü ildə Gəncə quberniyasının xalq məktəbləri ins ‑
pek toru vəzifəsinə təyin edilən Həmid bəy maarifçiliklə yana ‑
şı, Gəncə şəhər dairə məhkəməsində andlı müvəkkilin yardım ‑
çısı (müavini) vəzifəsində vəkilliklə də məşğul olub. O, 1916‑
cı ildə Bakıya köçərək, şəhər dairə məhkəməsində eyni vəzifə ‑
də vəkillik fəaliyyətini davam etdirib.
1917‑ci ildə Rusiyada baş verən
Fevral çevrilişindən sonra
Həmid bəy həmin ilin payızında yaradılan «İttihadi‑İslam»
(«İslam Birliyi») partiyasına üzv olub. Həmin ilin avqustundan
Cənubi Qafqaz Təhsil Dairəsi üzrə inspektor kimi təhsilin
idarə olunmasında fəal iştirak edib.
47
Dostları ilə paylaş: