8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə18/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   126
Həmid bəy Xəlil oğlu
Şahtaxtinski 1880‑ci il
martın 12‑də
Azərbaycanın Naxçıvan
qəzasının Şahtaxtı
kəndində anadan olub
Naxçı van 3‑cü  dərəcəli
şəhər məktəbində
təhsilini başa
vurduqdan sonra
İrəvan Müəllimlər
Seminariyasında oxuyub
Xalq maarifi və dini
etiqad naziri vəzifəsində
çalışıb (1919–1920)


Həmid bəy Şahtaxtinski Azərbaycanda Xalq Cümhuriy ‑
yəti qurulduqdan və Müvəqqəti hökumət Tiflisdən Gəncəyə
köçdükdən sonra (16.06.1918) ölkənin maarif və dini etiqad
naziri vəzifəsindən istefa verənədək (05.04.1920) Azərbayca ‑
nın maarif sisteminə rəhbərlik edənlərdən biri kimi təhsil
müəssisələrinin milliləşdirilməsinə, ölkənin şəhər və kənd lə ‑
rin də ana dilində məktəb və seminariyaların açılmasına böyük
əmək sərf edib. Azərbaycanın ümumtəhsil məktəbləri üçün
milli dərsliklərin hazırlanması, Azərbaycan dilində elmi ter ‑
mi nologiyanın tərtibi üzrə hökumət komissiyalarının sədri
olmuş Həmid bəy yeni Azərbaycan Əlifbası üzrə Dövlət Ko ‑
mis  siyasının üzvü kimi də təhsil quruculuğu və əlifba isla ‑
hatları işinə əvəzsiz töhfələr verib. 
Məktəb islahatı sahəsində məsələləri müzakirə etmək,
müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək məqsə ‑
dilə Nazirlər Şurasının qərarı ilə 1919‑cu il avqustun 20‑dən
sentyabrın 1‑dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin
III qurultayına maarif nazirinin müavini Həmid bəy Şah tax ‑
tinski rəhbərlik edib, qurultayda geniş nitq söyləyib.
Qurultayın  Xalq Maarifi Nazirliyinə təqdim etdiyi təklif ‑
lər əsasında məktəb islahatı, o cümlədən ümumi təhsilin məz ‑
mun ca milliləşdirilməsini nəzərdə tutan proqram və dərslik
islahatı üzrə Dövlət Proqramı hazırlamaq məqsədilə 1919‑cu
il noyabrın 7‑də Xalq Maarifi Nazirliyi yanında Həmid bəy
Şahtaxtinskinin sədrliyi ilə Hökumət Komissiyası yaradılıb.
Həmin Komissiya yeni məzmunlu milli dərsliklərin hazırlan ‑
ması işinə böyük töhfələr versə də, Aprel işğalı nəticəsində
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən həmin
islahat proqramını axıradək reallaşdırmaq mümkün olmayıb. 
Həmid bəy Şahtaxtinski bunlarla yanaşı, Bakı Dövlət
Universitetinin yaradılmasında xüsusi xidmətlər göstərib,
universitetdə rus dili və ədəbiyyatından dərs deyib, bir müd ‑
dət prorektor kimi tədrisin təşkilinə böyük əmək sərf edib. 
Sovet hakimiyyəti illərində də Həmid bəy universitetdə
prorektor (1920–1925) kimi fəaliyyətini davam etdirib, Bakı
Xalq Maarifi şöbəsinin nəzdindəki ikiillik Müəllimlər İnstitu ‑
tunda dərs deyib. O, 1928‑ci ildə Tiflisdəki Zaqafqaziya Uni ‑
ver sitetinin tibb fakültəsini bitirib, Azərbaycan Tibb İnstitutun ‑
da (1930–1940)  professor kimi çalışıb.
Həmid bəy əslən Şahtaxtı kəndindən olan xalası qızı Sə ‑
kinə xanımla evlənib, bu izdivacdan 4 qız övladı (Məsmə, Ley ‑
la, Aliyə və Səidə) dünyaya göz açıb. Onların hamısı yük sək
təhsil alıb və Bakıda yaşayıblar. Hazırda Leyla xanımın qızı,
Səkinə xanımın isə oğlu Bakıda yaşayırlar.
Məlum olduğu kimi, Azərbaycan tarixində Şahtaxtinski
so yadını daşıyan ziyalıların özünəməxsus yeri və böyük
xidmətləri vardır. Bu məşhur nəslin nümayəndələri görkəmli
48

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin