8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə24/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   126
Mustafa Zəkəriyyə oğlu
Quliyev 1893‑cü ildə
Nuxa (indiki Şəki)
şəhərində anadan olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1922–1927)
1923‑cü ildə Mustafa
Quliyevin səyi
nəticəsində müəllim
hazırlayan 9 tədris
müəssisəsi (texnikum
və institut) açılıb


sahəsindəki müvəffəqiyyətlər və qarşıda duran vəzifələr
haqqında məruzə edib.
1925‑ci ildə 1376 məktəbdə 140334 şagird təhsil alırdı. 13
pedaqoji məktəbdə 1816, iki ali pedaqoji məktəbdə 4529 tələbə
müəllimlik ixtisasına yiyələnirdi.
1925‑ci ildə 320 yeni məktəb binası tikilib. Bu dövrün
mühüm xarakterik xüsusiy yətlərindən biri də müəllimlərin
savadsızlığın ləğvində müştərək yardım komitələrində, koope ‑
ra tivlərdə,  qırmızı əsgər dərnəklərində və müxtəlif ictimai
işlərdə fəal iştirak etmələridir. Xalq maarifi komissarı Mustafa
Quliyev bu məsələlərdən bəhs edərək yazırdı: «Müəllimlərin
vəzifəsi, təbiidir ki, bundan sonra rəsmi tədris hüdudundan,
məktəb dairəsindən xaricə çıxır; müəllim məmləkətin ictimai
və iqtisadi həyat məsələləri ilə maraqlanmalı və xüsusən
yaşadığı rayonun haqqında daima xəbərdar olmalıdır».
1922–1927‑ci illərdə maarif sahəsində bir sıra mühüm
tədbirlər həyata keçirilib. 1923‑cü ildə Vahid əmək məktəbinin
əsasnaməsi təsdiq edilib, tədris planı və proqramları, yeni
dərsliklər yazılıb. 1924‑cü ildə fəhlə fakültələri haqqında
əsasnamə hazırlanıb, 1925‑ci ildən ümumi ibtidai icbari təhsilə
keçilib. 1926‑cı ildən məktəblər yeni proqramlara keçib, 1927‑
ci ildə savadsızlıqla mübarizə geniş vüsət alıb, məktəblərin
sayı 1478‑ə çatıb.
Mustafa Quliyev həm də bir ədəbiyyatşünas kimi ədəbi
tənqidimizin inkişafında müəyyən yer tutur. Onun Mirzə
Fətəli Axundov, Hüseyn Cavid, Cəfər Cabbarlı və başqaları
barədə ədəbi‑tənqidi məqalələri vardır. «Mədəni inqilab və
İslam», «Türk qadınının yolu» və digər əsərləri dövrünün
aktual problemlərindən bəhs edir. Firidun bəy Köçərli, Hüseyn
Əfəndi Qayıbov kimi görkəmli şəxsiyyətlərin ədəbiyyat tarixi ‑
mizlə bağlı əlyazmalarının 1920‑ci illərdə nəşr olunma sında
bir maarif komissarı kimi onun rolu danılmazdır.
Mustafa Quliyev repressiyaya məruz qalıb, 1938‑ci ildə
vəfat edib.  
60

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin