8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə69/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   126
Öz işinə hər zaman
ciddi münasibət
göstərən Əkbər
Ənnağıyev bu sahənin
inkişafı və yeni dövrün
tələblərinə
uyğunlaşdırılması üçün
səy və bacarığını
əsirgəməyib



MUSA İSGƏNDƏR OĞLU 
AĞAYEV
(1914–1965)


Musa İsgəndər oğlu Ağayev 1914‑cü ildə Şuşa şəhərində
anadan olub.
Atası Ağayev İsgəndər Məlik oğlu əslən Xəlfəli kəndin ‑
dən olub. Öz torpağı olmadığına görə çobanlıq edib. Anası
Ağayeva Natəvan evdar qadın olub. 1916‑cı ildə ailəsi Bərdəyə
köçərək, Lənbəran kəndində məskunlaşıb.
1917‑ci ildə hər iki valideyni rəhmətə gedib. Onların
ölümündən sonra 3 yaşlı Musanı qardaşı tərbiyə edib. 1924‑cü
ilə qədər təsərrüfat işlərində qardaşına kömək edib. 1924‑cü
ildən təhsil almağa başlayıb. İlk təhsilini Bərdədə alıb. 1930‑cu
ildə təhsilini davam etdirmək məqsədilə Bakıya gəlib, Stalin
adına fəhlə fakültəsinə daxil olub və təhsilini başa vurana
qədər dövlət təqaüdü alıb və yataqxanada yaşayıb. 1933‑cü
ildə fəhlə fakültəsini bitirib, Məşədi Əzizbəyov adına Azər bay ‑
can Qırmızı Bayraqlı Sənaye İnstitutunun neft mədəni fa ‑
kültəsinə qəbul olub. İnstitut illərində də dövlət təqaüdü alıb. 
1938‑ci ildə neftçi‑mühəndis ixtisası üzrə neft sənayesi
sahəsində əmək fəaliyyətinə başlyıb. O, əvvəlcə neftçıxarma
ustası, quyuların tədqiqi və işlədilməsi üzrə mühəndis, sonra
isə «Azneft» birliyi normativ‑tədqiqat qrupunun baş mühən ‑
disi vəzifələrində işləyib. Böyük Vətən müharibəsi illərində
Qazaxıstan SSR‑in neft sənayesində çalışıb.
1946‑cı ildən 1961‑ci ilədək rəhbər partiya işində çalışmış
Musa Ağayev əvvəlcə Bakı Şəhər Partiya Komitəsi Aparatında
işləyib, 1957‑ci ildə Azərbaycan KP Kirov Rayon Komitəsinin
birinci katibi seçilib.
1961–1964‑cü illərdə Azərbaycan SSR Nazirlər Soveti
Dövlət Texniki Peşə Təhsili Komitəsinə başçılıq edib. Texniki
peşə təhsili sisteminin inkişafı və təkmilləşdirilməsi, kadrların
təhsili və tərbiyəsi ilə əlaqədar vəzifələri uğurla yerinə yetirib.
Vətən qarşısındakı xidmətlərinə görə «Şərəf nişanı»
ordeni, «1941–1945‑ci illərdəki Böyük Vətən müharibəsində
əmək igidliyinə görə» medalı ilə təltif olunub. O, Azərbaycan
SSR Ali Soveti və Bakı Şəhər Sovetinə deputat, Bakı Partiya
Komitəsinə üzv seçilib. 
Musa Ağayev 1965‑ci ilin avqustunda dünyasını dəyişib,
Fəxri xiyabanda dəfn olunub.
***
1964–1965‑ci illərdə Respublika Texniki Peşə Təhsili Komitə ‑
sinin sədrini Həsən Salman oğlu Ağayev əvəz edib. O, qısa müddət
bu vəzifədə çalışmasına baxmayaraq, texniki peşə təhsilinin inkişafı
üçün səy və bacarığını əsirgəməyib.
133

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin