8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə73/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   69   70   71   72   73   74   75   76   ...   126
Estetik, etik, vətən ‑
pərvərlik tərbiyəsi
baxımından faydalı olan
rəngarəng tədbir lərin
keçiril məsini pedaqoji
kollektivlər daim diqqət
mərkəzin də  saxlayırdı
Keçmiş 74 nömrəli (indiki
12 nömrəli) texniki peşə
məktəbində xarici qonaqlarla
birlikdə (1970)
Tofiq Allahverdiyev
Azərbaycan Texniki Peşə 
Təhsili Komitəsinin 50 illik
yubiley mərasimində çıxış
edərkən (1973)


mənimsəməkdə, təlim‑tərbiyə prosesini daha da təkmilləş ‑
dirmək yollarını göstərməkdə komitənin orqanı olan «Gənc
fəhlə bülleteni» əhəmiyyətli rol oynayırdı.
Texniki peşə məktəbinin məzunlarından bir çoxu Sosia ‑
list Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, isteh ‑
salatda xariqələr yaratmış, SSRİ‑nin orden və medalları ilə
təltif olunmuşdular. Texniki peşə məktəblərinin onlarca müəl ‑
limi və istehsalat təlimi ustası «Əməkdar müəllim», «Əməkdar
usta» kimi adlara layiq görülüb.
Öz işinin bilicisi olan Tofiq Allahverdiyev Azərbaycan
müəllimlərinin VIII qurultayındakı (20 yanvar 1967‑ci il) çıxı ‑
138
Texniki Peşə Təhsili Komitəsinin
50 illiyi qeyd olunarkən (1973)
Şəkildə (soldan). Birinci sıra:
1. Tofiq Allahverdiyev – Texniki Peşə
Təhsili Komitəsinin sədri, 2. Süleyman
Rüstəm – xalq şairi, 3. Danil Quliyev – ali
və orta ixtisas təhsili naziri, 4. Həsən
Seyidov – Azərbaycan KP MK‑nın katibi,
5. Sergey Kozlov – Azərbaycan KP MK‑
nın ikinci katibi, 6. Qurban Xəlilov –
Azərbayca SSR Ali Soveti Rəyasət
Heyətinin sədri. 7. Heydər Əliyev –
Azərbaycan KP MK‑nın birinci katibi,  
8. Əli Kərimov – Bakı Şəhər Partiya
Komitəsinin birinci katibi, 9. Əli İbrahi ‑
mov – Azərbaycan SSR Nazirlər
Sovetinin sədri və başqaları
Tədris İstehsalat 
Emalatxanasında (1974)
Şəkildə (soldan): 1. Aleksandr Bulqakov
– SSRİ Texniki Peşə Təhsili Komitəsinin
sədri, 3. Tofiq Allahverdiyev –
Azərbaycan Texniki Peşə Təhsili
Komitəsinin sədri və başqaları


şında peşə təhsili sahəsində müşahidə olunan nöqsanları
yığcam şəkildə təsvir və təhlil edib.
Tofiq Allahverdiyevin komitə sədri işlədiyi 1966–1982‑ci
illəri texniki peşə təhsili sisteminin yüksəliş dövrü kimi
səciyyələndirmək olar. 1982‑ci ilin əvvəllərində zəngin maddi‑
texniki bazaya malik 182 texniki peşə məktəbi fəaliyyət
göstərib.
Fəaliyyət göstərdiyi bütün sahələrdə bilik və bacarığını
əsirgəməyib, işinə yaradıcı münasibət göstərib. Onun çoxillik
əməyi «Şərəf nişanı» (1944), iki «Qırmızı Əmək Bayrağı» (1958,
1971), «İkinci dərəcəli Vətən müharibəsi» (1976), «Oktyabr
inqilabı» (1976) ordenlərinə, on bir medala layiq görülüb.
1982‑ci il oktyabrın 13‑də komitə sədri vəzifəsindən azad
olunub.
Tofiq Allahverdiyev 1982‑ci ildə dünyasını dəyişib.
* * *
Onu da qeyd edək ki, Tofiq Allahverdiyevin səhhətindəki
müəyyən problemlərlə bağlı tanınmış partiya işçisi Zülfüqar
Abdullayev bir il dörd ay Dövlət Texniki Peşə Təhsili Komitəsinin
sədri vəzifəsini icra edib.
139

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin