dı rılmasının nəzəri prob lemləri» və digər əsərləri tədris pro ‑
sesində də istifadə olunur. İxtisaslaşmış iki Elmi Şurada, altı
elmi jurnalın redaksiya heyətində üzv kimi təmsil olunur.
Müxtəlif elmi‑nəzəri konfransların təşkilatçısıdır.
Ali və orta ixtisas təhsili naziri işlədiyi (1987‑1988)
müddətdə respublika ali və orta ixtisas
təhsili müəssisələrinin
fəaliyyətinin yaxşılaşdırılması və qəbul imtahanlarında obyek ‑
tiv liyin, şəffaflığın qorunması sahəsində müəyyən təsirli ad ‑
dımlar atmağa nail olub.
Həmin dövrdə «Azərbaycan tarixi» və «Azərbaycan dili»
fənləri bütün ali və orta ixtisas məktəblərində tədris olunmağa
başlayıb, imkansız ailələrdən olan istedadlı
gənclərin ali
məktəblərə qəbul göstəricisi artıb. Eləcə də Heydər Əliyevin
təşəbbüsü ilə SSRİ‑nin ali məktəblərinə
göndərilən gənclərin
əksəriyyətini azərbaycanlılar təşkil edib, istedadlı məzunların
ali mək təb lər də saxlanılması, dərsliklərin
və dərs vəsa it lərinin
Azərbaycan dilində hazırlanması haq qında qərar verilib.
191
Dostları ilə paylaş: