Müslüm Rəcəb oğlu Məmmədov 1931‑ci ildə İsmayıllı
rayo nunun Lahıc qəsəbəsində anadan olub.
1949‑cu ildə ADU‑nun tarix fakültəsinə daxil olub. 1950‑
ci ildə MDU‑ya köçürülüb. 1954‑cü ildə Mixail
Vasilyeviç
Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fa‑
kültəsini bitirib.
Müslüm Məmmədov Astraxan bazarda (indiki Cəlilabad)
əmək fəaliyyətinə başlayıb, müəllim, rayon xalq maarifi
şöbəsinin inspektoru (1957–1958), Azərbaycan Dövlət Təhlükə ‑
siz lik Komitə sinin əməkdaşı (1960–1962), Azərbaycan KP MK‑
nın təbliğat və təşviqat
şöbəsinin mühazirəçisi, mühazirəçilər
qrupunun rəhbəri (1962–1963) vəzifələrində çalışıb. 1963‑cü
ildə Sovet İttifaqı KP MK yanında İctimai Elmlər Akademiya ‑
sının aspiranturasına daxil olub. 1966‑cı ildə tarix elmləri na ‑
mizədi alimlik dərəcəsi alıb.
1966–1969‑cu illərdə Azərbaycan KP MK Aparatında
işləyib, Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi (1969–
1975), Məşədi Əzizbəyov adına Azərbaycan
Neft və Kimya
İnsti tutunda partiya tarixi kafedrasında baş müəllim, dosent,
ka fedra mü diri əvəzi (1976–1988) işləyib. «Qırmızı Əmək Bay ‑
rağı» ordeni və medalla təltif olunub. Bir müddət Azər bay ‑
canın xalq təhsili naziri (1988), Bakı Şəhər PK‑nın
birinci katibi
(1989–1991) vəzifə lərində çalışıb.
Müslüm Məmmədov 1999‑cu ildə vəfat edib.
195
Dostları ilə paylaş: