8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə109/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   105   106   107   108   109   110   111   112   ...   126
Həmin dövrdə Bakı
Dövlət Univer sitetinin
Lənkəran və Şəkidə,
Sənaye Univer sitetinin
Mingəçevirdə, İncəsənət
Universite tinin  Qubada,
Konservatoriyanın
Şuşada, Gəncə Pedaqoji
İnstitutunun Laçın və
Qazaxda filialları
fəaliyyətə başlayıb


Respublikada ali məktəb şəbəkəsinin daha düzgün
təsnifatı və ali təhsilin səviyyəsinin yüksəldilməsini təmin
etmək məqsədi ilə 5 institutun statusu dəyişdirilərək universi ‑
te tə çevrilib. Sənaye İnstitutunun Neft Akademiyasına çevril ‑
mə si də həmin dövrə təsadüf edir.
Naxçıvan Muxtar Respublikasının ixtisaslı kadrlara olan
tələbatını daha dolğun ödəmək üçün Naxçıvan Pedaqoji İnsti ‑
tu tunun əsasında Naxçıvan Dövlət Universiteti yaradılıb. Bun ‑
lar la yanaşı, bəzi texnikumların adı dəyişdirilərək müasir tə ‑
ləblərə uyğunlaşdırılıb, elmi‑texniki tərəqqinin və milli‑mə də ‑
ni təfəkkürün inkişafına uyğun kadrların hazırlanması tə min
edilib. Təkcə 1991‑ci ildə ali məktəblərdə 35, tex ni kumlarda isə
16 yeni ixtisas üzrə kadr hazırlanmasına  baş lanılıb.
Ali məktəblərdə və texnikumlarda tədris‑tərbiyə prosesi ‑
nin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə birinci
prorektor, texnikumlarda isə direktorun birinci  müavini və
tərbiyə işləri üzrə direktor müavini vəzifələri təsis olunub.
Təsadüfi deyil ki, həmin illərdə gənclərin ali və orta
ixtisas məktəblərinə axını güclənib, Xalq Təhsili Nazirliyinin
tabeliyində olan ali məktəblərdə 168 ixtisas üzrə 86,4 min,
texnikumlarda isə 106 ixtisas üzrə 38,9 min tələbə təhsil alıb.
Həmin dövrdə müxtəlif nazirlik, müəssisə, təşkilat və
asso sia siyalar tərəfindən elmi‑pedaqoji və tədris‑maddi im ‑
kan lar nəzə rə alınmadan tədris müəssisələrinin yaradılması
cəhd lə rinin qarşısının alınması məqsədilə müvafiq ekspert ko ‑
missiyası fəa liyyətə başlayıb. Bu komissiya elmi‑peda qoji kadr ‑
la rın və tədris‑maddi səviyyənin mövcudluğu, bazar iqtisadiy ‑
yatı şə rai tində inkişaf imkanları, tədris plan və proqramlarının,
ədəbiyyat fon du nun vəziyyəti, tədris olunan ixtisaslara tələbat
və digər meyarları əsas götürərək təhsil müəssisələrinin fəaliy ‑
yətinə icazə verib.
Ali təhsil şəbəkəsində yeniləşmənin təmin edilməsi
baxımından ali məktəblərin tərkibində elmi‑pedaqoji institut ‑
lar, mərkəzlər, orta məktəblər, liseylər və kolleclər yaradılıb.
Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universite ‑
ti nin nəzdində Ali humanitar kollec, Azərbaycan Dövlət Neft
Akademiyasının nəzdində təşkil edilmiş iki elmi tədqiqat
institutu və digərləri buna misal kimi göstərilə bilər. 
Müstəqilliyin ilk mərhələsində həyata keçirilən iqtisadi
və siyasi islahatlar şəraitində fəhlə kadrların peşəkarlığına,
ümumi səviyyəsinə qoyulan tələblər  qat‑qat artmışdı. Orta
texniki peşə məktəbləri müvafiq profili və tədris müddəti
müxtəlif olan peşə məktəblərinə çevrildilər. Texniki peşə mək ‑
təbləri şəbəkəsi sahmana salındı, onların sayı 185‑dən 171‑ə
endirildi, o cümlədən kənd rayonlarındakı 92 peşə  məktəbi
nazirliyin tabeliyinə keçirildi. 1991‑ci ildə respublikanın 167
texniki peşə məktəbini 48092 məzun başa vurub.
200

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin