təhsil müəssisələrinə 1000 nəfərə qədər gənc göndərilib.
Bun dan əlavə, müştərək tədris müəssisələri təşkil edilib,
Bakıda türk liseyi açılıb, Bakı və Ankarada birgə mədəni, id ‑
man, elmi mərkəzlər yaradılıb.
Latın qrafikasına keç mək üçün Türkiyə Azərbaycana
zəruri köməyini göstərib. Belə ki, Türkiyə Azərbaycana yeni
əlifba, dərsliklər, tədris metodika ədəbiyyatının nəşrini təş kil
etmək üçün müvafiq yazı və poliqrafiya avadanlıqları verib.
Eləcə də xarici əlaqələrin mühüm sahəsi olan əcnəbilərin
respublikamızın tədris müəssisələrində təhsil alması prosesi
genişlənib. Həmin dövrdə respublikamızda 67 ölkədən 2457
nəfər tələbə təhsil alıb.
Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər
Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib. SSRİ
KP‑nın XXVIII qu rul tayında Mərkəzi Nəzarət Komissiyasının
üzvü seçilib.
Rafiq Feyzu llayev 70‑dən artıq elmi əsərin və tədris
vəsaitinin müəllifidir.
Sonrakı dövrdə bir müddət müdafiə nazirinin və Azər ‑
baycan Elm və Texnika Kom itəsi sədrinin müavini (1993) olub.
1993–2001‑ci illərdə Azərbaycan Milli Elmlər Aka demi yası
prezidentinin müavini vəzifəsini icra edib.
Rafiq Feyzullayev 2001‑ci ildə dünyasını dəyişib.
203
Dostları ilə paylaş: