8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə110/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   106   107   108   109   110   111   112   113   ...   126
Naxçıvan Muxtar
Respublikasının ixti ‑
saslı kadrlara olan
tələbatını daha dolğun
ödəmək üçün Naxçı van
Pedaqoji İnstitu tunun
əsasında Naxçıvan
Dövlət Universiteti
yaradılıb
Həmin dövrdə müxtəlif
nazirlik, müəssisə,
təşkilat və assosiasiyalar
tərəfin dən  elmi‑pedaqoji
və tədris‑maddi
imkanlar nəzərə
alınmadan tədris
müəssisələrinin
yaradılması cəhdlərinin
qarşısının alınması
məqsədilə müvafiq
ekspert komissiyası
fəaliyyətə başlayıb


Respublikamızda yeni tipli peşə məktəblərinin, ilk növ ‑
bə də ali texniki məktəblərin yaradılması da diqqət mərkəzində
saxlanılıb. 74 nömrəli Bakı texniki peşə məktəbinin nəzdində
kompyuter liseyi yaradılıb.
Liseylərdə tədris müddəti 4 il, təhsil sistemi isə üçpilləli
oldu. Tədris müddətindən asılı olaraq məzunlar III–IV dərəcəli
fəhlə, yüksəkixtisaslı fəhlə və kiçik mühəndis ixtisası alırdılar.
Kiçik mühəndis adı alanlar müvafiq ali məktəblərdə qəbul
imtahanı vermədən, müsahibə yolu ilə daxil olunurdular.
Texniki peşə məktəblərinin istehsal fəaliyyətinin geniş ‑
lən dirilməsi istiqamətində də müəyyən işlər görülüb. 1991‑ci
ildə yalnız kənd peşə məktəblərinin gəliri 1,8 milyon manat
təşkil edib. 82 nömrəli Bakı və 152 nömrəli Əli Bayramlı (indiki
Şirvan) texniki peşə məktəb lə ri İran firmaları ilə xalq istehlakı
malları buraxan müş tə rək müəs sisələr yaratmışdılar. Ümu ‑
milik də respublika nın texniki peşə məktəblə ri nin nəzdində 14
kiçik müəssisə fəaliyyət göstərirdi.
Respublikada ümumtəhsil məktəblərinin fəaliyyətinin
səmərəliliyinin artırılması üçün bir sıra tədbirlər həyata keçi ‑
ri lib, yeni tipli orta təhsil müəssisələrinin təşkilinə diqqət artı ‑
rılıb. Məktəblərdə tədris maddi bazasının möhkəmlən dirilməsi
üçün xeyli iş görülüb. 1990–1991‑ci illərdə orta mək təb  lərdə
1867 fənn kabineti və 571 kompyuter sinfi quraşdırılıb. 
Ümumtəhsil məktəblərinin I siniflərindən yeni əlifbanın
tədrisinə başlanması üçün əsaslı işlər görülüb. «Əlifba» kitabı,
kəsmə əlifba, hüsnxət vəsaitləri hazırlanıb. Çap olunan dərslik ‑
lərin axırıncı səhifəsində latın qrafikalı Azərbaycan əlifbası
verilib, kütləvi şəkildə latın qrafikalı əlifbanın öyrənilməsi
üçün yerlərdə ibtidai sinif müəllimləri üçün kurslar təşkil
olunub. Latın qrafikalı əlifbanı öyrənmək üçün məktəblərdə
dərnəklər, fakültativ məşğələlər təşkil edilib.
1989–1990‑cı tədris ilindən başlayaraq 37 çoxvariantlı
tədris plan ları istifadəyə verilib, yeni tipli orta məktəblər açılıb.
Bakı şə hərinin 2 və 20 nömrəli məktəblərinin əsasında liseylər,
8 nömrəli in ter nat məktəbin əsasında incəsənət gimnaziyası,
Sumqayıt şə hə  ri 2 nömrəli təcrübi məktəbin əsasında gimna zi ‑
ya, Suraxanı ra yo nunda fars və ingilis dili təmayüllü internat
məktəb və Sum qa yıt şəhərində fars dili təmayüllü internat
məktəb fəaliyyətə başlayıb.
Həmin dövrdə fasiləsiz təhsilin əsası qoyulub, bu baxı m  dan
orta məktəblərin dayaq mərkəzlərinə çevrilməsinə nail olunub.
Mə sələn, Bakı kimya‑biologiya təmayüllü məktəb Tibb Univer si ‑
te  tinin, incəsənət gimnaziyası İncəsənət İnstitutu və Konser vato ‑
riyanın, 12 nömrəli rus dili təmayüllü internat məktəb isə Rus Dili
və Ədəbiyyatı İnstitutunun dayaq məktəbi kimi fəaliyyət göstərib.
1990‑cı ildə respublikada istedadlı uşaqların aşkara
çıxarılması və inkişaf etdirilməsi sistemi yaradılıb. «İstedad»
201

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin