Rafiq Babaş oğlu Feyzullayev 1943‑cü ildə Bakı şəhərində
anadan olub.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət
Univer sitetinin mexanika‑riyaziyyat fakültəsində təhsil alıb
(1960–1965). 1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Aka ‑
demi ya sının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi
işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifə lərində
çalışıb.
1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və to po ‑
logiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər
Aka demiyasının Riyaziyyat İnstitutunda doktorluq disser ‑
tasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və1991‑ci ildə
«Əməkdar elm xadimi» fəxri adına layiq görülüb.
1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında
Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü
illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti
Komissiyasının sədri kimi fəaliyyət göstərib.
1983‑cü ildə Azərbaycanın ali və orta ixtisas təhsili
nazirinin birinci müavini təyin olunub. Maarif Nazirliyi,
Dövlət Texniki Peşə Təhsili Komitəsi, Ali və Orta İxtisas Təhsili
Nazirliyinin birləşməsi nəti cəsində yaradılan Xalq Təhsili
Nazirliyində 1988‑ci ilin oktyabrından 1989‑cu ilin martına
qədər nazir müavini vəzifəsində çalışıb.
197
Dostları ilə paylaş: