8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə12/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   126
1918–1919‑cu illərdə Gəncə
Müəllimlər Seminariyası 
milliləş dirilib,  Bakıda
darülmüəllimin və
darülmüəllimat, Nuxada
darül müəl limin  açılıb,
Zaqatala, Ağdam və Şuşada
belə müəssisələrin
yaradılması qərara alınıb

1
darülmüəllimin— ərəb
sözüdür, kişi müəllimlər hazır‑
layan müəssisə
2
darülmüəllimat—ərəb
sözüdür, qadın müəllimlər
hazırlayan müəssisə


RƏŞİD XAN ZAVİD OĞLU 
QAPLANOV
(1883–1937)


Rəşid xan Zavid oğlu Qaplanov 1883‑cü ildə Dağıs tanın
Xa sav yurd qəzasının Ağsay kəndində anadan olub.
Milliyyətcə Şimali Qafqazda yaşayan qumuq türklə rin ‑
dən olan Rəşid xan Qaplanov Vladiqaf qazda realnı məktəbdə
oxu yub,  Parisdəki Sorbonna Univer sitetinin hüquq fakültəsini
bitirib.
Ali təhsil aldıqdan sonra İstanbula (Türkiyə) dəvət olu ‑
nub, 1913‑cü ilə qədər burada pedaqoji fəaliyyət göstərib. O, bu
müddətdə Osmanlı tarixini və ədəbiyyatını dərindən öyrənib.
1913‑cü ildə Vladiqafqaza qayıdan Rəşid xan Qaplanov
şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzi fə ‑
sində çalışıb.
Rusiya imperiyasını sarsıdan Fevral burjua inqilabından
sonra Şimali Qafqazda güclənən siyasi hadisə və proseslərdə
fəallıq göstərib, Çərkəz–Dağıstan və Şimali Qafqaz Dağlı
Xalqları İttifaqı Respublikası hökumətlərində müxtəlif nazir
vəzifələrində çalışıb.
1919‑cu ildən Bakıda yaşayan Rəşid xan Qaplanov Azər ‑
baycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda fəal işti‑
rak edib. 4‑cü Hökumət Kabinetində xalq maarifi və dini eti ‑
qad naziri vəzifəsinə təyin olunub. Onun rəhbərliyi ilə Bakıda
və Azərbaycanın bir çox şəhərlərində yeni məktəblər fəaliyyətə
başlayıb, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sa ‑
həsində uğurlu addımlar atıb. Bakı Döv lət Universitetinin açıl ‑
ma sında yaxından işti rak edib,  eyni za manda burada «Osman ‑
lı ədəbiyyatı tarixi»ndən dərs deyib.
O, 100 nəfər azərbaycanlı gəncin xaricdə ali təhsil almağa
gön  dərilməsini təşkil edib. Həmin dövrdə Bakıda Azərbaycan
müəl  limlərinin III qurultayı keçirilib. Ümumi təhsilin məzmu nu
sahəsində islahatlar üzrə Hökumət Komissiyası yaradılıb, nə ‑
hayət, əlifba islahatı sahəsində Dövlət Komissiyası fəaliyyətə
başlayıb.
Azərbaycanın müstəqilliyə qovuşması digər milli‑
mənəvi dəyərlərlə yanaşı, XX əsr təhsil tarixinin, o cümlədən
milli tariximizin mühüm bir sahəsi olan Bakı Dövlət Univer‑
sitetinin həqiqi tarixinin yazılmasına tarixi imkan və şərait
yaradıb. Ümummilli lider Heydər Əliyevin dediyi kimi,
«...universitetinin tarixini ədalətli, düzgün yazmaq üçün indi
gözəl şərait yaranmışdır. Amma bu, təkcə universitetin tarixi
deyil, bu, Azərbaycan xalqının tarixidir, Azərbaycan Respub‑
likasının tarixidir, Azərbaycan elminin, təhsilinin, mədəniyyə‑
tinin tarixidir. Ona görə də onu təhrif etmək olmaz...»
Bu mənada  Bakı Dövlət Universitetinin təsis edilməsi ilə
bağlı bəzi tarixi məqamlara yenidən işıq salmaq, tarixi həqi ‑
qətləri ictimaiyyətə düzgün təqdim etmək olduqca faydalıdır.
41

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin