mücahidindən, Milli Şura üzvlərindən biri olan Nəsib bəyin
Xalq Cümhuriyyətinin qurulmasındakı
tarixi xid mət lərindən
danışarkən Məmməd Əmin Rəsulzadə hələ 1929‑cu ildə ya zır ‑
dı: «Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində
formulə etmək şərəfi mərhum Nəsib bəyin dir... Bu, Nəsib bəy
ismini (adını) Azərbaycan tarixində
ölməz və unudulmaz bir
isim halına qoymaq üçün kafidir...»
1919‑cu ilin mart ayında yeni hökumətin rəhbərliyinə keç ‑
diyi üçün xalq maarifi və dini etiqad naziri vəzifəsindən kənar ‑
laş sa da, bu sahəni diqqətdən kənarda qoymayıb. Fətəli xan
Xoy ski nin rəhbərlik etdiyi hökumət istefaya gedəndən sonra
yeni hö kumət təşkil edən baş nazir Nəsib bəy Yusifbəyli daxili
işlər naziri vəzifəsini də icra edib. 1920‑ci ilin martına qədər
dünyanın böyük dövlətləri Azərbaycanın istiqlaliyyətini tanıyıb,
çoxminli ordu for ma laşdırılıb, Nəsib bəyin təklifi ilə Bakı Dövlət
Universi teti açılıb, 100 nəfər azərbaycanlı gənc xaricdə oxu mağa
göndərilib, torpaq islahatı haqqında qanun layihəsi ha zır lanıb,
Azərbaycanın milli pulu döv riyyəyə buraxılıb. Azər
baycan
Müəllimlərinin III Qurul ta yı nın keçirilməsində də Nə sib bəyin
xüsusi rolu qeyd olunmalıdır.
Milli hökumətin Tiflisdən Gəncəyə gəlişinin ilk günlərin ‑
dən aktiv milli təhsil siyasəti və quruculuğuna girişən maarif
na ziri, böyük ziyalı Nəsib bəy Yusifbəylinin
rəhbərliyi ilə Xalq
Maarifi və Dini Etiqad Nazirliyinin strukturu təsdiq edilir,
ölkə də fəaliyyət göstərən bütün maarif və mədəniyyət ocaqla ‑
rı, mək təblər onun tabeçiliyinə verilir. Nəsib bəyin maarif
sahəsin də atdığı ilk addımlardan biri yüksək vəzifələrə azər ‑
bay can lıları irəli çəkməsi olub.
Qaynaqlar göstərir ki, 1918‑ci
ilin təkcə avqust ayı ərzində azərbaycanlıların sıx yaşadığı
Gəncə, Şuşa, Cavanşir, Zəngəzur qəzalarının xalq maarifi
müfəttiş li yin də çalışan milliyyətcə
erməni və rus rəhbər maarif
işçiləri və zi fə lərindən azad edilib, onların yerinə milli kadrlar
təyin olunub.
37
Dostları ilə paylaş: