8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə5/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   126
M.M.) fransız mənşəli komissar (mənası
səlahiyyətli şəxs kimi izah olunur – 
M.M.) sözü əvəz etdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublikamızda xalq maarifi sistemi
sosializmin yeni prinsip və ideologiyası əsasında təşkil edilməyə başlandı. Bu işdə sovet Rusiyasının
15


16
ümumi təhsil modeli əsas götürüldü. Dinə qarşı mübarizə adı altında minillik ənənəsi olan klassik
müsəlman təhsil müəssisələri – məktəb və mədrəsələr tamamilə ləğv olundu.
Bütün bunlar, SSRİ‑nin türkdilli respublikalarda, o cümlədən də Azərbaycanda həyata keçir ‑
diyi imperiya siyasətinin tərkib hissəsi, xalqı uzun illər ərzində formalaşmış islami, milli‑mənəvi
də yərlərdən uzaqlaşdırmağa yönəlmiş məkrli strategiyanın təzahürü və soyqırıma bərabər olan
repressiya prosesinə hazırlıq mərhələsi idi.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanın inkişafına sarsıdıcı zərbə vuran repressiya illərində
əsasən ziyalıların hədəfə alınması, əslində aparılan «islahatlara» etiraz edə biləcək qüvvələrin aradan
qaldırılmasına xidmət edirdi. İmperiya siyasətini cəmiyyətə mütərəqqi inqilab kimi təqdim edən
ideoloqların səyi nəticəsində nəinki yerli ziyalılar, eləcə də Türkiyədən 1918‑ci ildə dəvət olunmuş
pedaqoqlar (Xəlil Fikrət, Əhməd Cövdət və başqaları) pantürkist, panislamist kimi damğalandılar.
Milli pedaqoqların ən yaxşıları cismən məhv edildi. Azərbaycan xalqının milli təfəkkürünün öncülləri
olan yüzlərcə ziyalı bu amansız terrordan qurtula bilmədi. Azərbaycanda xalq əleyhinə, xüsusilə
ziyalılara qarşı cəza tədbirləri 1937–1938‑ci illərdə ən qabaqcıl ziyalıların həyatını, sözün həqiqi
mənasında, cəhənnəmə çevirdi. Səlahiyyət sahibi olan erməni əsilli mə mur la rın: Sumbatovun,
Borşovun, Gerasimovun, Sinmanın, Şerin, Qriqoryanın, Markaryanın, Qalstyanın, Ohanesyanın,
Ovanesyanın, onların Atakişiyev kimi nökərlərinin və qeyrilərinin əli ilə təxminən 70–80 min ziyalı –
alim, müəllim, hərbiçi, yazıçı, sənət adamı, din xadimi, sovet və partiya işçisi məhv edildi.
Mən həmin dövrə aid materiallarla yaxından tanış olarkən diqqətimi bir fakt daha çox cəlb
elədi: Dadaş Bünyadzadə, Mustafa Quliyev, Ruhulla Axundov, Maqsud Məmmədov, Ayna Sul ‑
tanova, Məmməd Cuvarlinski, Müseyib Şahbazov… Bu şəxslər Azərbaycanın xalq maarifinə və
təhsil sisteminə rəhbərlik etmiş insanlardır. Onların hamısı «xalq düşməni» kimi mühakimə edilib,
repressiyaya məruz qalıblar. Yalnız maarif nazirləri deyil, ali məktəb rəhbərləri, məktəb direktorları,
tanınmış pedaqoqlar da bu acı taleyi yaşayıblar. Fikrimcə, xalqın həyatında bundan daha ağır və
məşəqqətli günlər ola bilməz!
Bununla belə, bolşeviklər insanların üzünün onlardan tamam dönəcəyindən ehtiyat edib, bir
sıra güzəştlərə getməyə də məcbur olurdular. Belə ki, Azərbaycan dili məktəblərdə əsas təlim dili
kimi təsdiq olundu. Bu illərdə təhsilin məzmunu dəfələrlə ciddi dəyişikliyə məruz qalsa da, tədris
plan və proqramları təkmilləşdirilirdi. Əlifba islahatı istiqamətində Azərbaycan Xalq Cümhuriyyəti
dövründə başlanmış işlər yenidən canlandı. İlk sovet dərslikləri meydana gəldi. Həmin illərdə əhali
arasında savadsızlığı ləğv etmək maarifin təməl prinsiplərindən biri sayılırdı. Odur ki, I və II dərəcəli
məktəblərlə yanaşı, kəndli‑gənclər məktəbləri də təşkil olunmuşdu. 
Çox təəssüf ki, sərt və ciddi qanunların tətbiqi ilə səciyyəvi olan ötən əsrin 30‑cu illərində
məktəblə bağlı qəbul edilmiş qərarlar, sinfi mübarizənin gücləndirilməsi haqqında Stalin ideyası
təhsildə demokratik ənənələrin inkişafını ləngitməklə, yeni arzuolunmaz istiqamət formalaşdırdı.
Milli dəyərlər 20‑ci illərdə olduğundan daha sərt şəkildə arxa plana keçirildi, saxta beynəlmiləlçilik
aparıcı amilə çevrildi, təhsilin məzmunu tamamilə sovet ideologiyasının prinsiplərinə tabe etdirildi.
Məktəb haqqında 30‑cu illərdə qəbul edilən qərarlar təkcə siyasi sənəd deyil, həm də pedaqoji
prosesə partiyalı rəhbərliyi təmin edən metodoloji proqram idi.
Azərbaycan K(b)P MK və Azərbaycan Xalq Maarifi Komissarlığı (XMK) 1933‑cü il mayın 20‑də
«Proqramlar və dərs kitablarının ümumiləşdirilməsi haqqında» qərar qəbul etdi. Bu qərara əsasən,
respublika məktəblərinin riyaziyyat, fizika, kimya, təbiət, tarix, ictimaiyyat, coğrafiya, əmək və rəsm ‑
xət üzrə proqram və dərs kitabları RSFSR Xalq Maarifi Komissarlığı tərəfindən hazırlanan proqram
və stabil dərs kitabları ilə eyniləşdirildi. Təlim rus dilində olan məktəblərdə azərbaycanlı uşaqlara
Azərbaycan ədəbiyyatı əvəzinə rus ədəbiyyatı tədris edilməyə başlandı. Şagirdlər milli‑mənəvi
dəyərlərdən tamamilə xəbərsiz qaldılar.
Təsadüfi deyil ki, vaxtilə görkəmli rus pedaqoqu Pavel Petroviç Blonski yazırdı: «Bizim nə ‑
sillər pedaqoji fikir tariximizi öyrənərkən görəcəklər ki, Odessadan tutmuş Vladivostokadək uşaqlar


17
eyni dərsliklə oxuyurlar və bizə güləcəklər ki, biz eyni ümumittifaq tədris proqramları ilə dərs
keçirik. Amma bu işdə hər bir şəhərin, kəndin, rayonun xüsusiyyətlərini nəzərə almaq elə gözəl,
rəngarəng proqramların, forma və metodların meydana gəlməsinə səbəb olar ki, bunu heç
yuxumuzda da görmərik».
Azərbaycanda kəndlərdən gələn uşaqlar üçün internattipli yataqxanaları olan təhsil müəssi ‑
sələrinin yaradılmasına Xalq Maarifi Komissarlığının 1926‑cı il 6 yanvar tarixli qərarı ilə başlanılıb.
«Kəndli‑gənclər məktəbləri haqqında» əsasnaməyə görə belə məktəblərin nəzdində ailə şəraiti təhsil
almağa imkan verməyən uşaqlar üçün internattipli yataqxanaların təşkil edilməsi nəzərdə
tutulmuşdu.
Keçən yüzilliyin 20‑ci illərində latın qrafikalı əlifbaya keçmək istiqamətində Azərbaycanda
diqqətəlayiq işlər görülürdü. Ona görə də, 1926‑cı ilin 26 fevral–6 mart tarixlərində Bakıda çağırılmış
I Beynəlxalq Türkoloji qurultayda sovet respublikalarında və vilayətlərində yaşayan bütün türk
xalqlarına Azərbaycanın təcrübəsini öyrənib təbliğ etmək tövsiyə edildi. Yeni türk əlifbasına keçmək
üçün İttifaq miqyasında böyük işlər görüldü.
1929‑cu il fevralın 1‑də Azərbaycanda yeni əlifbanın tam tətbiq olunması rəsmən elan edildi.
Latın qrafikalı əlifba ilə dərsliklərin hazırlanması və nəşri reallaşdı. 
Düşünmək olar ki, əgər bu işlər o zamandan indiyədək belə davam etsəydi, türk dünyası daha
çox uğurlar qazana bilərdi. Amma sovet imperiyası buna imkan vermədi. Birdən‑birə onillik dövrün
gərgin zəhmətinin üstündən çox asanlıqla qələm çəkildi – 1939‑cu il iyulun 11‑də Azər baycanda
latın əlifbasının dəyişdirilməsi barədə qərar qəbul edildi. Heç bir hazırlıq işi aparılmadan, 1940‑cı il
yanvarın 1‑dən bütün təhsil müəssisələrində kiril (rus) qrafikalı Azərbaycan əlifbasının tətbiqinə
başlandı. Xalqı soykökündən təcrid etmək üçün atılan bu addım SSRİ‑nin Azərbaycanda apardığı
açıq imperiya siyasətinin tərkib hissəsi idi.
Bütün bunlara baxmayaraq, XX əsrin 50‑ci illərinin ortalarında Azərbaycan dilinə dövlət dili
statusunun verilməsi istiqamətində atılan addımlar siyasi proseslərin əsas hadisəsinə çevrilmişdi. Bu
sahədə Azərbaycan ziyalılarının, xüsusilə görkəmli yazıçı və dövlət xadimi Mirzə İbrahimovun
fəaliyyəti mədəniyyət tariximizdə, o cümlədən təhsil salnaməmizdə işıqlı bir iz qoydu. 
Stalin rejimi başa çatdıqdan sonrakı illər keçmiş SSRİ‑nin həyatında «mülayimləşmə» dövrü kimi
səciyyələnir. Bu dövrdə Azərbaycan təhsilində nəzərəçarpacaq yeniliklər baş verdi. Stalin şəxsiyyətinə
pərəstişin tənqidi, siyasi və mədəni həyatda demokratik normaların bərpası (30–40‑cı illərə nisbətən),
sosialist cəmiyyətinin potensial imkanlarına inamın stimullaşdırılması, pedaqoji işə yaradıcı proses
kimi baxılması, müəllim əməyinin partiya və hökumət tərəfindən yüksək qiy mət lən dirilməsi, məktəblə
bağlı qəbul edilən yeni demokratik məzmunlu qərar və sərəncamların həyata keçirilməsi Azərbay ‑
canda təhsilin inkişafında yeni istiqamətləri müəyyənləşdirdi. Təhsilin məzmu nu nun yeniləşdirilməsi
baxımından əhəmiyyətli addımlar atıldı, tədris proqramları, dərsliklər məzmun və forma etibarilə
yeniləşdirildi, məktəbdə təlim‑tərbiyənin səviyyəsi nəzərəçar pacaq dərəcədə yüksəldi.
Ötən əsrin 50‑ci illərindən etibarən ümumtəhsil internat məktəblərinin təşkilinə başlanıldı.
Fizika‑riyaziyyat, kimya‑biologiya, Seyid Cəfər Pişəvəri adına fars dili, Səttar Bəhlulzadə adına ərəb
dili, Anton Semyonoviç Makarenko adına humanitar fənlər, idman və Süleyman Rüstəm adına fars
dili, incəsənət təmayüllü internat məktəblərin yaranması həmin dövrə təsadüf edir.
Qeyd etmək lazımdır ki, sovet hakimiyyəti illərində Azərbaycanda yetim və valideyn
himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan uşaqlar tam dövlət nəzarətində
olub. Onların yaşaması, təhsil və tərbiyə alması üçün uşaq evləri, internat məktəblər və xüsusi
məktəblər təşkil edilib.
1969‑cu ildən etibarən Azərbaycan tarixində, eləcə də təhsil tarixində Heydər Əliyev erası
başlanır. Məhz onun rəhbərliyi dövründə respublikada geniş məktəb quruculuğu işləri aparılıb.
1970–1980‑ci illərdə 683,1 min şagird yeri olan 1191 ümumtəhsil məktəb binası tikilərək istifadəyə
verilib ki, bu da 1946–1970‑ci illərdəki göstəricilərdən (520 məktəb) iki dəfə çoxdur. 


Ötən əsrin 70‑ci illərinin sonunda gündüz ümumtəhsil məktəblərində təhsil alanların sayı bir
milyon dörd yüz otuz altı min doxsan altı nəfərə çatdı. Bu illərdə təhsil sahəsində baş verən bütün
dəyişikliklər, qəbul edilən qanun, qərar və qətnamələr Azərbaycan müəllimlərinin qurultaylarında
müzakirə olunurdu. 
Həmin dövrdə Azərbaycan rəhbərliyinin təhsilə qayğısı təkcə respublikamızın hüdudları ilə
məhdudlaşmayıb, Ermənistan və Gürcüstanda yaşayan azərbaycanlıların ümumi təhsil sahəsində
qazandığı uğurlar və nailiyyətlər də az olmayıb. Bu qədim Azərbaycan torpaqlarında mövcud olan
geniş məktəb şəbəkəsi inkişaf etdirilib, dilimizin unudulmaması, ziyalılar nəslinin bir‑birini əvəz
etməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilib.
1988‑ci ildə sovet ordusunun köməyi ilə Ermənistandakı azərbaycanlılar son nəfərinə kimi
ata‑baba torpaqlarından qovuldu. 200 mindən artıq soydaşımız mənəvi repressiyanın, etnik
təmizləmə siyasətinin qurbanı oldu. 48681 şagird, onların təlim‑tərbiyəsi ilə məşğul olan 3992
müəllim elini, obasını tərk etdi. 192 Azərbaycan məktəbi bağlandı. Həmin məktəblərin, eləcə də 300‑
dən çox kəndin kitabxanası dağıdıldı, 100 minlərlə kitab yandırıldı, xalqın min illərlə qoruyub
saxladığı maddi və mənəvi abidələr yerlə‑yeksan edildi.
Ötən əsrin 80‑ci illərinin axırlarında Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında baş
verən hadisələr əhalinin mənəvi‑psixoloji durumunda ciddi narahatlıqlar yaratdı. Dmanisi, Bolnisi
şəhərlərindən azərbaycanlıların əksər hissəsi çıxarıldı. Həmin rayon mərkəzlərindəki Azərbaycan
məktəbləri bağlandı. Qeyri‑sabit ictimai‑siyasi vəziyyət nəticəsində Gürcüstandakı Azərbaycan
məktəblərinin şagird kontingenti və həmin təhsil ocaqlarında çalışan müəllimlərin sayı kəskin
şəkildə azaldı. Ötən əsrin 90‑cı illərinin əvvəlində Gürcüstanda 72 orta, 55 natamam orta, 37 ibtidai
məktəbdə 36771 azərbaycanlı şagird təhsil alırdı. Dağıstandakı Azərbaycan məktəbləri isə hələ keçən
əsrin 30‑cu illərində bağlanmışdı.
Azərbaycan SSRİ‑nin tərkibində olduğu 70 il ərzində ümumi orta təhsil sahəsində nailiy yət lərin
qazanılmasında müxtəlif dövrlərdə təhsil sahəsinə rəhbərlik etmiş Dadaş Bünyadzadə, Mustafa Quliyev,
Ruhulla Axundov, Maqsud Məmmədov, Ağa Sultanov, Məmməd Cuvarlinski, Müseyib Şahbazov,
Məmmədsadıq Əfəndiyev, Mirzə Məmmədov, Mirzə İbrahimov, Məmməd Ələkbərov, Rəhim Rəhimov,
Mehdi Mehdizadə, Elmira Qafarova və Kamran Rəhimovun adlarını xüsusi qeyd etmək istəyirəm.
Ötən əsrdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda texniki peşə təhsili müəs ‑
sisələrinin və orada təhsil alan şagirdlərin sayı əhəmiyyətli dərəcədə yüksəlib. İxtisaslı kadrların ha ‑
zırlanması sənayenin bütün sahələrinin inkişafına müsbət təsir göstərib, iqtisadiyyatın inkişafı, yeni
iş yerlərinin açılması ixtisaslı kadrlara tələbatı daha da artırıb.
1920‑ci il avqustun 5‑də Xalq Maarifi Komissarlığı nəzdində yaradılmış Texniki Peşə Təhsili Baş
Komitəsində 1940‑cı ilə qədər ciddi struktur dəyişiklikləri aparıldığından, bu təsisat müstəqil qurum
kimi formalaşmayıb. 1940‑cı ildə isə SSRİ Dövlət Ehtiyat Əmək Qüvvələri Sistemi yaradılıb.
Faktların təhlili göstərir ki, sovet hakimiyyətinin ilk illərindən texniki peşə təhsilinə xüsusi
diqqət yetirilib, texniki peşə təhsilinin təşkili, xalq təsərrüfatının müxtəlif sahələrinin ixtisaslı fəhlə
kadrları ilə təmin edilməsi, işçilər arasında texniki savadsızlığın aradan qaldırılması məqsədilə
fabrik‑zavod şagirdliyi məktəbi təşkil edilib. Həmin illərdə sənaye sahələrini ixtisaslı fəhlə kadrlarla
təmin etmək üçün texniki peşə təhsilinin idarəetmə sistemində müəyyən islahatlar aparılıb.
Dövlət Ehtiyat Əmək Qüvvələri Sistemi 1955‑ci ildə Dövlət Peşə Təhsili Sisteminə, 1959‑cu ildə
isə Dövlət Texniki Peşə Təhsili Komitəsinə çevrilib. Məhz bundan sonra ölkənin iqtisadiyyatı üçün
vacib olan bu sahənin inkişafı sürətlənib, texniki peşə təhsilinin müasir tələblər səviyyəsində
qurulmasına əlverişli zəmin yaranıb. Çoxlu şəhər və kənd texniki peşə məktəbləri, axşam kursları
açılıb, müxtəlif peşələr üzrə ixtisaslı fəhlələr hazırlanıb. Azərbaycanın çoxsahəli xalq təsərrüfatının
ağırlıqları uzun illər məhz bu məktəbləri bitirən fəhlələrin çiyinlərində olub.
Respublika Texniki Peşə Təhsili Komitəsi Azərbaycan KP MK‑nın 1969‑cu il avqust plenumu ‑
nun qərarlarını əldə rəhbər tutaraq ixtisaslı fəhlə kadrların hazırlanması sahəsində əsaslı dəyişik lik ‑
18
18


lər edib. Göstərilən qayğı sayəsində peşə məktəblərində oxuyanların sayı 2,5 dəfə artıb. Həmin il
peşə məktəbləri məzunlarının sayı 26 min nəfərə çatıb. XX yüzilliyin 70‑ci illərində yaradılan orta
texniki peşə məktəblərində şagirdlərə fəhlə ixtisası ilə yanaşı, ümumi orta təhsil də verilməyə
başlanıb.
Respublikamızda texniki peşə təhsilinin daha sürətli inkişaf mərhələsi ötən əsrin 70–80‑ci
illərinə təsadüf edir. Həmin dövrdə Heydər Əliyevin göstərişi ilə 1971–1975‑ci illər üçün Azər bay ‑
can da texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafına dair strategiya hazırlanıb. Bu stra ‑
tegiyaya uyğun olaraq texniki peşə təhsili qısa bir zamanda sürətli inkişaf yolu keçib. Əgər 1970‑ci
ildə respublikada 84 texniki peşə məktəbində 44 min şagird təhsil alırdısa, 1980‑ci ildə məktəblərin
sayı 173‑ə, şagirdlərin sayı isə 98000‑ə çatmışdı. 1982‑ci ildə 184 texniki peşə məktəbində 109000
şagird təhsil alırdı. 1987‑ci ildə 186 texniki peşə məktəbində 200‑dən artıq peşə üzrə 115 min şagird
oxuyurdu. Bu inkişafa nail olunmasında, təbii ki, həm də ayrı‑ayrı vaxtlarda Texniki Peşə Təhsili
Komitəsinə rəhbərlik etmiş Əkbər Ənnağıyev, Musa Ağayev, Tofiq Allahverdiyev və Heydər İsayevin
təşkilatçılıq bacarığı, səmərəli fəaliyyəti xüsusi rol oynayıb. 
Azərbaycanda orta ixtisas təhsilinin inkişaf mərhələləri Qori Müəllimlər Seminariyasının
ənənələrinin Azərbaycanda uğurlu tətbiqi ilə başlanır. Qazax, Nuxa (indiki Şəki), Bakı və Gəncədə
fəaliyyət göstərən, tədrisin milli dildə aparıldığı ilk pedaqoji seminariyalar müəllim kadrların
hazırlığı sahəsində müstəsna rol oynayıb.  
Ali təhsilin və ali məktəb elminin inkişafı bir‑biri ilə sıx bağlıdır və biri digərinin inkişafını
stimullaşdırır. Məlumdur ki, təhsil müəssisələrində elmi tədqiqat işi aparılmadan müasir tələblərə
cavab verən kadr hazırlığının həyata keçirilməsi mümkün deyil. Odur ki, ölkə təhsilinə rəhbərlik
etmiş şəxslərin həyat və fəaliyyətinə nəzər salarkən – yeri gəldikcə bu məsələlərə də toxunulub –
müxtəlif zamanlarda müvafiq istiqamətlərdə aparılan məqsədyönlü işlərə aydınlıq gətirilib. 
Azərbaycanda yüksəkixtisaslı kadrlar hazırlayan ilk ali məktəb – Bakı Dövlət Universiteti 1919‑
cu ildə açılana qədər (XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində) azərbaycanlılar Rusiya, Fransa,
Almaniya, Türkiyə və digər ölkələrin universitetlərində, institutlarında hüquqşünas, mühəndis,
riyaziyyatçı, həkim, bioloq, müəllim və digər ixtisaslara yiyələniblər.
1920‑ci il noyabrın 13‑də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov «Bakı
Politexnik İnstitutunun təsis edilməsi barədə» dekret imzalayıb. Bir‑birinin ardınca Azərbaycan
Dövlət Konservatoriyası, Azərbaycan Kişi Pedaqoji İnstitutu və Azərbaycan Məktəbəqədər Tərbiyə
İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu fəaliyyətə başlayıb.
Ötən əsrin 20‑ci illərinin axırlarında ali məktəblərin milliləşdirilməsi probleminə böyük diqqət
yetirilib. Bu məsələnin həlli milli və sosial siyasətin ən vacib problemlərindən biri hesab olunurdu.
Həmin illərdə elmi tədqiqat işinin inkişafı tədris prosesinin təkmilləşdirilməsinə istiqamətləndiri ‑
lirdi. Moskvadan, Leninqraddan (indiki Sankt‑Peterburq) və digər elm mərkəzlərindən Azər bay ‑
cana gələn görkəmli elm xadimləri elmi tədqiqat işlərinin qaydaya salınmasına kömək edirdilər.
Məhz onların səyi nəticəsində Azərbaycanda elmi tədqiqatların təşkilati əsasları qoyuldu. Azər ‑
baycan xalqının tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparıldı. 1926‑cı ildə ali
məktəblərin nəzdində aspirantura, 1934‑cü ildə elmi‑pedaqoji kadrların attestasiya sistemi ya ra dıldı.
Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə əlaqədar 1930‑cu ildə Azərbaycan Dövlət
Universitetinin bağlanması təhsil tariximizin bu gün müxtəlif mövqelərdən şərh olunan mürəkkəb
səhifələrindən biridir. Lakin danılmaz faktdır ki, universitetin bazasında yaranan sahə institutları ali
təhsilimizin inkişafında yeni mərhələ oldu.
1930–1941‑ci illərdə sahə ali məktəblərinin yaradılması istiqamətində görülən tədbirlər
nəticəsində ali məktəbləri bitirənlərin sayı artıb. 1945–1946‑cı dərs ilində Azərbaycanda ali mək ‑
təblərin sayı 20‑yə çatıb. Ali məktəb tələbələrinin sayı isə 31,2 min nəfərə yüksəlib.
Daha sonra Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutu, Azərbaycan Ticarət‑Kooperativ
İnstitutu və Azərbaycan Dövlət Tibb İnstitutu, müstəqil Qiyabi Pedaqoji İnstitutu, Xəzər Ali Hərbi
19
19


Dənizçilik Məktəbi, Mirzə Fətəli Axundov adına ikiillik Azərbaycan Müəllimlər İnstitutu, Dövlət
Pedaqoji Xarici Dillər İnstitutu təşkil olunub.
Eləcə də Azərbaycan Politexnik İnstitutu, Bakı Ali Partiya Məktəbi, Ali Ümumqoşun
Komandirləri Məktəbi, Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradılıb,
Sumqayıt Ali Tex niki Məktəbi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan, Xankəndi
filialları fəaliyyətə başlayıb. 
Həmin müəssisələrin fəaliyyətinə elmi əsasda pedaqoji və dövlət nəzarətinin gücləndirilməsi
tələbatı bu sahəyə cavabdeh olan hökumət qurumunun yaradılmasını tarixi zərurətə çevirmişdi. Ali
məktəblərin, texnikumların maddi‑texniki bazaları möhkəmləndirilməli, pedaqoji kadrların tərkibi
keyfiyyətcə yaxşılaşdırılmalı, xalq təsərrüfatının müxtəlif sahələri üçün yüksəkixtisaslı, geniş
dünyagörüşlü mütəxəssislər hazırlanmalı idi.
Bu illər Azərbaycanda xalq təsərrüfatının coşqun inkişafı, əhalinin mədəni səviyyəsinin
yüksəlişi dövrünə təsadüf edir. Respublikada ağır, yüngül və yeyinti sənayesinin bir çox sahələri,
eləcə də mədəni‑maarif müəssisələrinin şəbəkəsi geniş inkişaf yoluna çıxmışdı. Sözsüz ki, bu inkişafı
ali və orta ixtisas təhsilli kadrlarsız təsəvvür etmək çətin olardı. Məhz buna görə də SSRİ Nazirlər
Soveti 1959‑cu ilin iyununda ali və orta ixtisas təhsili müəssisələrinə rəhbərliyin yenidən qurulması
haqqında xüsusi qərar qəbul etdi. 
Həmin qərarda göstərilirdi ki, ölkədə ali və orta ixtisas təhsili sistemini daha da inkişaf
etdirmək və təkmilləşdirmək, habelə bu işdə müttəfiq respublikaların səlahiyyətini və məsuliyyə tini
artırmaq məqsədilə ümumittifaq tabeliyində olan ali və orta ixtisas təhsili müəssisələri
respublikaların ixtiyarına verilsin. Həmin qərarla əlaqədar olaraq 1959‑cu ildə digər müttəfiq
respublikalarla yanaşı, Azərbaycanda da Ali və Orta İxtisas Təhsili Komitəsi yaradıldı. Bu qurum
1964‑cü ildən müstəqil nazirliyə çevrildi.
O dövrdə respublikada 100 min tələbəni əhatə edən 13 ali məktəb fəaliyyət göstərib və 105
fakültə, 450 kafedra olmaqla 131 ixtisas üzrə mütəxəssislər hazırlanıb. Üç‑dörd ildə ali məktəblərin
sa yı 16‑ya, fakültələrin sayı 130‑a, kafedraların sayı isə 512‑yə çatdırılıb, ali məktəblərdə 148 ixtisas
üzrə mütəxəssislər hazırlığına başlanılıb. Təkcə 1976‑cı ildə ali məktəblərimizdə 4 yeni fakültə, 14
kafedra və 18 ixtisas açılıb. 
Ulu öndər Heydər Əliyevin səyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Pedaqoji Xarici
Dillər İnstitutu (1972), Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu (1972), Xankəndi
Dövlət Pedaqoji İnstitutu (1973), Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1975), Azərbaycan
Texnologiya İnstitutunun (1981) yaradılması ilə ali təhsil sistemindəki boşluqlar aradan qaldırıldı. Xarici
ölkələrdən respublikamıza təhsil almağa gələn əcnəbi tələbələrin sayı nəzərə çar pacaq dərəcədə artdı.
Sözsüz ki, Azərbaycan təhsilinin, o cümlədən ali təhsilin 1969–1982‑ci illərdəki inkişafı
Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan KP MK‑nın avqust (1969) plenumunda digər
məsələlərlə yanaşı, ali təhsil müəssisələrində mənəvi iqlimin sağlamlaşdırılması və neqativ halların
ara dan qaldırıl ma sı yollarının geniş təhlilini vermiş, Ali və Orta İxtisas Təhsili Nazirliyinin və ali
məktəb rektorlarının qarşısında ali təhsil müəssisələrinin fəaliyyətinin köklü şəkildə yenidən
qurulması kimi ciddi və təxirəsalınmaz vəzifələr qoymuşdu. Bütün bunlar ali təhsilin inkişafının
əsas istiqamətlərini müəyyənləşdirdi.
O illərdə görülən işlərin millətin mənəvi təkamülündəki rolunu, dövlətçilik baxımından
əhəmiyyətini, mahiyyətini və perspektivlərini dərk etmək üçün bəzi statistik məlumatlara nəzər
salmaq yerinə düşər: 1969–1970‑ci tədris ilində respublikadan kənara 60 nəfərlik plana qarşı cəmi 47
nəfər ali təhsil almağa göndərilmişdisə, 1978‑ci ildən başlayaraq respublikadan kənara hər il 800–900
tələbə göndərilməsinə nail olunmuşdu. 1969–1970‑ci tədris ilində ölkədən kənarda təhsil alanların
40 faizi azərbaycanlı idisə, 1970–1980‑ci illərdə bu rəqəm 97,6 faizə çatmışdı.
Həmin illərdə Azərbaycanın xalq təsərrüfatının inkişaf tempinə uyğun olaraq respublikamız
üçün ənənəvi olmayan ixtisaslar üzrə də mütəxəssis hazırlığına başlanıldı. Eləcə də SSRİ‑nin 50‑dən
20


ar  tıq böyük şəhərinin 170‑dən çox nüfuzlu ali məktəbində respublikamız üçün zəruru ehtiyac
duyulan 250‑dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin təhsil alması təmin edilirdi.
Onların yüksəkixtisaslı kadr kimi formalaşması üçün respublika rəhbərliyi tərəfindən hər cür qayğı
göstərilirdi. 
Onu da qeyd edək ki, Azərbaycanda ali və orta ixtisas təhsilinin inkişafında ayrı‑ayrı vaxtlarda
komitə sədri və ya nazir vəzifələrində çalışmış Şirəli Məmmədov, Abdulla Qarayev, Züleyxa
Hüseynova, Danil Quliyev və Qurban Əliyevin böyük xidmətləri olub.
1988‑ci ildə Azərbaycanda təhsilin müxtəlif pillələrini əhatə edən üç qurum –  Ali və Orta
İxtisas Təhsili Nazirliyi, Xalq Maarifi Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi birləşdirilərək Xalq
Təhsili Nazirliyi, 1993‑cü ildə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi yaradılıb.
Doğrudur, sovet hakimiyyəti illərində müstəqil dövlət siyasətimiz, aydın milli ideologiyamız
olmayıb, xalqın milli təfəkkürünün daşıyıcıları olan on minlərlə ziyalı günahsız ittiham edilib, ölüm
və cəza maşını fasiləsiz işləyib. Ancaq bu, heç də o demək deyil ki, məktəbimiz, təhsilimiz inkişaf
etməyib. 
Sovet dövründə təhsilimiz inkişaf etməsəydi, ötən əsrin 90‑cı illərində imperiya hakimiyyə ti ‑
nin təzyiqi bir az zəifləyən kimi, uzun illərdən bəri zamanın diktə etdiyi təhsil siyasəti əsasında
tərbiyə almış millətimizin indiki nəsli milli ruhla azadlıq mübarizəsinə qalxardımi? Bu istiqlal
mücadiləsinin kökü haradandır? Milli ruhu olmayan nəsil yetişdirməyə xidmət edən məktəb gəncliyi
bu müba rizəyə hazırlaya bilərdimi? Əlbəttə yox! Ulu öndər Heydər Əliyevin təbirincə desək, «1920–
1991‑ci illərdə Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, təhsili, elmi və mədəniyyəti də böyük inkişaf
yolu keçmişdir. Dünyəvi teatr, müasir məktəb və demokratik mətbuatın bünövrəsi XIX əsrdə qoyulsa
da, bu 70 ildə ölkəmizdə savadsızlıq ləğv olunmuş, tam orta icbari təhsil tətbiq edilmiş, təhsil
müəssisələrinin, o cümlədən ali məktəblərin inkişaf etmiş şəbəkəsi yaranmış, Elmlər Akademiyası
formalaşmış, minlərlə qəzet və jurnal çap olunmağa başlamışdı».
Bu gün ölkə həyatının bütün sahələrində təhsilimizin sovet dövrünün yetirməsi olan insanlar
uğurla çalışırlar. Müstəqilliyimizin ilk illərində təməli qoyulan hər bir iş istisnasız olaraq bu insanlar
tərəfindən həyata keçirilib. Ona görə də təhsil tarixinə nihilist meyillərlə yanaşmaq qətiyyən düzgün
deyil. Bugünkü nailiyyətlərimiz boş yerdən yaranmayıb. Onun möhkəm bünövrəsi var.
Keçmiş İttifaq tərkibində olduğumuz 70 ildə təhsilimiz çox ziddiyyətli inkişaf yolu keçib. Bu
tarixi yaradan, həyatını xalqın maariflənməsi kimi nəcib işə həsr edən ziyalıların adı Azərbaycanın
tarixinə, onun təhsil salnaməsinə əbədi həkk olunub. Bu gün Azərbaycanın təhsilinə rəhbərlik edən
şəxs kimi, bir ziyalı kimi, nəhayət, bir vətəndaş kimi çalışıram ki, gələcək nəsil bu insanların
Vətənimiz qarşısındakı xidmətlərindən xəbərsiz qalmasınlar. 
Bu kitabın yazılmasında əsas məqsəd Azərbaycan təhsilinə müxtəlif illərdə rəhbərlik etmiş,
təhsilimizin inkişafında xidmətləri olan şəxslərin xatirəsinin əbədiləşdirilməsi və ötən əsrin
əvvəllərindən bəri təhsilin tərəqqisi baxımından keçilmiş şərəfli inkişaf yolu barədə ictimaiyyəti
daha dolğun məlumatlandırmaqdır.
Son yüz ilə nəzər salarkən bir daha aydın olur ki, qazandıqlarımız itirdiklərimizdən daha
çoxdur. Mən təhsil naziri kimi müxtəlif ölkələrdə, o cümlədən qonşu İran və Türkiyə respub ‑
likalarında dəfələrlə xidməti səfərlərdə olmuşam. Bu səfərlər zamanı bir fakt məni həmişə
qürurlandırıb: Azərbaycanda insanların təhsil səviyyəsi hər iki ölkədəkindən qat‑qat yüksəkdir.
Sovet dövründə ən ucqar kəndlərimizdə belə, məktəblər fəaliyyət göstərib və Azərbaycanda savadsız
adam yoxdur. Bütün bunlar bizim bugünümüz üçün etibarlı zəmin olubdur. Əgər belə olmasaydı,
biz öz müstəqilliyimizi bərpa edib Azərbaycanı uğurla irəli apara, daha böyük nailiyyətlərə, cəsarətli
islahatlara imza ata, təhsilimizi, mədəniyyətimizi, iqtisadiyyatımızı müasir tələblər səviyyəsində
inkişaf etdirə bilməzdik.
Bu gün sabaha bünövrə olduğu kimi, bugünün də bünövrəsi dünənimizdir. Dünənin qiy mə ‑
ti ni düzgün verməsək, sabaha möhkəm özül yarada bilmərik.
21


Azərbaycan təhsilinin inkişaf istiqamətlərinin dəqiq müəyyənləşdirilməsi, dünya təhsil sis te ‑
minə uyğunlaşdırılması üçün müstəqilliyimizin ilk illəri gələcək islahatlara hazırlıq mərhələsi he sab
olunur. Bu baxımdan zəngin inkişaf yolu keçən təhsilimizin 1993‑cü ildən 1998‑ci ilə qədərki dövrü,
axtarışlar, yeniliklərin öyrənilməsi mərhələsi kimi səciyyələndirilir. 1998‑ci ildən sonrakı mərhələ
isə dünya təhsilinə inteqrasiya, dövlət proqramları və beynəlxalq layihələrin reallaşdı rıl ması, əsaslı
quruculuq, tədrisin keyfiyyətinin yüksəlişi və islahatlar dövrü kimi xarakterizə olunur.
Müstəqillik illərində Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən
stabil ölkəsinə çevrildi, beynəlxalq aləmdə yüksək nüfuz qazandı, iqtisadi inkişaf tempinə görə
dünyada lider ölkələr sırasına daxil oldu. Dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın
dinamik inkişafının səbəblərini elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla
idarəetmə modelinin nəticəsi kimi qiymətləndiririrlər.
Yeni idarəetmə modeli təhsil sistemində də müasir menecment modellərinin tətbiqini
şərtləndirdi. Təhsil Nazirliyinin strukturunda dəyişikliklərin edilməsi, Monitorinq və qiymətlən dir ‑
mə (təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, təhsil müəssisələrinin fəaliyyətinin
monitorinqinin aparılması), Təhsilin idarəolunmasının məlumat sistemləri (təhsil sistemi haqqında
onlayn yeniləşdirilən elektron məlumat bazasının yaradılması, məlumatların təhlili və hesabatların
hazırlanması), Strateji təhsil, planlaşdırma və kadrların idarəolunması (təhsil sektorunun ayrı‑ayrı
sahələri üzrə strateji təhlillərin aparılması, fəaliyyətin planlaşdırılması, təhsilin perspektiv inkişaf
istiqamətlərinin və prioritetlərinin müəyyənləşdirilməsi, kadr siyasətinin formalaşdırılması və kadr
təminatının həyata keçirilməsi), Akkreditasiya (təhsil müəssisələrinin akkreditasiyası, təhsil proq ‑
ram larının akkreditasiyası, təhsil müəssisələrinin fəaliyyətinə lisenziyanın verilməsi, keyfiyyətə
nəzarətin təmin edilməsi) şöbələrinin yaradılması nazirliyin idarəetmə potensialını xeyli gücləndirib,
çevik idarəetməyə zəmin yaradıb.
Ölkə Prezidentinin 2005‑ci il 1 mart tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamədə nazirliyin əsas vəzifə və funksiyaları
aşağıdakı kimi təsbit edilib:
Nazirliyin əsas vəzifələri:

Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata
keçirmək; 

Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını
təmin etmək; 

təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət
nəzarətini təmin etmək; 

vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə
bərabər imkanların yaradılmasına nail olmaq; 

mülkiyyət və təşkilati‑hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi,
tədris‑metodiki rəhbərliyi həyata keçirmək; 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər vəzifələri
yerinə yetirmək. 
Nazirliyin funksiyaları:

Təhsil sisteminin fəaliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın
yaradılmasında iştirak edir və müvafiq sahə standartları hazırlayır; 

təhsilin inkişafı ilə bağlı proqramların hazırlanıb həyata keçirilməsini təmin edir, bu sahədə
digər orqanların fəaliyyətini əlaqələndirir; 

təhsil müəssisələrinin şəbəkəsini və onların inkişaf perspektivlərini müəyyənləşdirir; 

təlim və tədris prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, təhsilin dövlət
standartlarına riayət olunmasına nəzarət edir; 
22



təhsil sisteminin inkişafı sahəsində analitik təhlillər aparır və monitorinqlər keçirir; 

təhsil sistemində biliyin qiymətləndirilməsi meyarlarını, qiymətləndirmənin bal sistemini
müəyyənləşdirir; 

qanunvericiliyə uyğun olaraq təhsil sistemində demokratik idarəetmənin tətbiqini təmin edir; 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəyyən olunmuş qaydalar əsasında
təhsil müəssisələrinin attestasiyasını və akkreditasiyasını aparır; 

təhsilin keyfiyyətini yüksəltmək və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqi
məqsədilə eksperimentlər aparır; 

dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq baza təhsil proqramlarını təsdiq edir,
dərslik, dərs vəsaiti, tədris və tədris‑metodik ədəbiyyatın siyahısını tərtib edir, onlara qrif (nəşr
hüququ) verir; 

icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir; 

xüsusi istedada malik uşaq, şagird və tələbələrin təhsillərini davam etdirmək üçün lazımi
tədbirlər görür; 

ümumtəhsil məktəblərində sinifdən‑sinfə keçirmə və buraxılış imtahanlarının sayını, formasını
və qiymətləndirmə mexanizmini, təhsil alanların bir tədris müəssisəsindən digərinə
köçürülməsi qaydalarını müəyyən edir; 

müxtəlif səviyyəli və miqyaslı fənn olimpiadaları təşkil edir; 

tədris müəssisələrinin kompyuterləşdirilməsi, şagirdlər üçün təhsil portalının və saytlarının
yaradılması istiqamətində müvafiq proqramlar hazırlayıb həyata keçirir; 

aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə ciddi tərbiyə şəraitinə ehtiyacı olan, sağlamlıq
imkanları məhdud (xüsusi qayğıya ehtiyacı olan) uşaq və yeniyetmələrin təhsilini təşkil edir; 

qəyyumluq və himayə orqanlarına metodiki kömək göstərir, valideyn himayəsindən məhrum
uşaqların müəyyənləşdirilməsini və onların təhsilə cəlb edilməsini təşkil edir; 

müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə təhsil müəssisələrində idman‑sağlamlıq və
profilaktik işlərin təşkili ilə bağlı lazımi tədbirlər görür, uşaq, şagird və tələbələrin idman
yarışlarını, turist yürüşlərini, özfəaliyyətlərinə, texniki və bədii yaradıcılıqlarına baxışları və bu
kimi digər tədbirləri həyata keçirir; 

müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədris müəssisələrində təhsil alanların, pedaqoji
və texniki‑yardımçı heyət işçilərinin tibbi müayinədən keçirilməsini təmin edir; 

tabeliyində olan təhsil müəssisələrinin və təşkilatların digər elmi müəssisə və təşkilatlarla elm
və təhsil sahəsində fəaliyyətini əlaqələndirir; 

elmi‑texniki konfransların, simpoziumların və müsabiqələrin keçirilməsini, şagirdlərinin, tələbə,
aspirant və müəllimlərin xarici ölkələrdə keçirilən bu kimi tədbirlərdə iştirakını təşkil edir;

ali, orta ixtisas və peşə‑ixtisas təhsili üzrə ixtisasların təsnifatı barədə təklif verir; 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrinin nümunəvi
əsasnamələrinin layihələrini hazırlayır, təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və
ləğvi barədə rəy və təkliflər verir; 

təhsil müəssisələri məzunlarının yekun dövlət attestasiyası qaydalarını və imtahan prosesilə
əlaqədar müvafiq reqlamentləşdirici sənədləri təsdiq edir; 

müxtəlif səbəblərə görə pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslərin kateqoriyası,
sağlamlıq imkanlarına görə məhdudiyyət qoyulan, eləcə də eksternat yolu ilə mütəxəssis
hazırlığı qadağan edilən ixtisasların siyahısı barədə təkliflər verir; 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara
verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəy ‑
yənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi
blankları ilə təmin edir
23



təhsil sənədlərinin tanınması və ekvivalentliyi ilə bağlı məsələləri həll edir; 

xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq
komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir; 

təhsil alanlar üçün adlı təqaüdlərin təsis edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qarşısında vəsatət qaldırır; 

əmək bazarı tələbatının öyrənilməsi və mütəxəssis hazırlığının proqnozlaşdırılmasında iştirak
edir; 

ali, orta ixtisas və texniki peşə məktəblərinə illik tələbə və şagird qəbulu barədə təklif
hazırlayır; 

müvafiq təhsil müəssisələrində magistratura və doktoranturaların açılması məsələsini həll
edir; 

pedaqoji kadrların və təhsil işçilərinin hazırlanması, ixtisasının artırılması və yenidən
hazırlanması işini təşkil edir; 

distant təhsili üçün müvafiq şərait yaradır; 

aidiyyəti icra hakimiyyəti orqanları, müəssisə və təşkilatlarla birlikdə əhalinin işləməyən
təbəqəsinin peşə hazırlığını, ixtisasartırmasını və yenidən hazırlanmasını təmin edir; 

pedaqoji kadrların təsdiq olunmuş qaydalara uyğun attestasiyasının keçirilməsini təşkil edir; 

təhsil müəssisələrində pedaqoji və elmi‑pedaqoji kadr vəzifələrinin tutulması qaydalarını
müəyyən edir; 

nazirlik sistemində olan təhsil müəssisələrində rəhbər kadrların nomenklaturasını müəy ‑
yənləşdirir; 

pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün tədbirlər görür, gənc mütəxəssislərin iş
yerlərilə təminatı prosesinə əməli köməklik göstərir, onların sosial vəziyyətinin yaxşılaş ‑
dırılması istiqamətində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə lazımi işlər aparır; 

təhsil müəssisələrinin tədris‑maddi bazasını inkişaf etdirir, onların tikintisinə, maddi‑texniki
təchizatına dair vahid normaları, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirir; 

təhsil sistemində maliyyələşdirmə normativlərinin hazırlanmasında iştirak edir; 

təhsil sistemində attestasiya‑maddi stimullaşdırma mexanizminin tətbiqilə əlaqədar təkliflər
hazırlayır; 

təhsil işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması tədbirlərini həyata keçirir, onlara
mövcud qanunvericilik çərçivəsində "Əmək veteranı" adının verilməsini təmin edir; 

təhsil sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr üzrə
öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür; 

təhsil sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı həyata keçirir; 

xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dilində ümumi təhsil almalarına, habelə
Azərbaycan dili və ədəbiyyatının, Azərbaycan tarixi və coğrafiyasının öyrənilməsinə yardım
göstərir; 

Azərbaycan Respublikası vətəndaşlarının mövcud qaydalara uyğun dövlət xətti ilə xaricdə
təhsil almaları və elmi‑tədqiqat işləri aparmaları üçün tədbirlər görür; 

təsdiq olunmuş formada statistik məlumatların və hesabatların toplanılmasını, onların təhlilini
və nəticələrin müvafiq orqanlara təqdim olunmasını icra edir; 

qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.
24



Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin