8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə8/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   126
Nəsib bəy Yusif bəy oğlu
Yusifbəyli 1881‑ci ildə
Gəncədə anadan olub
1906‑cı ildə Krımın
Bağçasaray şəhərinə
köçüb, böyük tatar
mütəfəkkiri və publisisti
İsmayıl bəy Qaspıralının
(1851–1914) «Tərcüman»
qəzetində çalışıb
Xalq maarifi və dini
etiqad naziri vəzi fəsində
çalışıb (1918–1919)
Nəsib bəy Yusifbəyli ən yaxın
məsləkdaşları ilə birlikdə


yaxından iştirak edib. Bu zaman Məmməd Əmin Rəsulzadə ilə
tanış olub və ictimai‑siyasi fəaliyyətə başlayıb.
Bu illər ərzində, sözün həqiqi mənasında, qısa bir ömrə
sığmayan ictimai‑siyasi işlər görüb. Mirzə Fətəli Axundovun
anadan olmasının 100 illiyi münasibətilə Gəncədə Azərbaycan
dilində ilk kitabxana təsis edib. «Türk Sosial‑Federalist İnqilabi
Komitəsi» adı ilə fəaliyyətə başlamış (1905) təşkilatın əsasında
qardaşı Həmid bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Ələsgər
bəy Xasməmmədovla birlikdə «Qeyrət» təşkilatını yaradıb.
Azərbaycanın taleyində son dərəcə mühüm rol oynayan
Gən  cə Milli Komitəsinin sədri kimi fəaliyyət göstərib.  Mühüm ha ‑
disələr tarixi kimi, onun həyatında 1917‑ci ilin izi qalıb. Belə ki, fev ‑
ral burjua inqilabından sonra dərin siyasi‑hüquqi təfək kür sa hi bi
olan Nəsib bəy «Türk Ədəmi‑Mərkəziyyət» partiya sını yaradıb.
Rusiya Müəssislər Məclisinə (Parlamentinə) Gəncədən
üzv seçilən Nəsib bəy Yusifbəyli 1918‑ci il aprelin 22‑də elan
olun muş Zaqafqaziya Demokratik Federativ  Respublikasının
xalq maarifi naziri təyin edilib. Həmin il mayın 27‑də Tiflisdə
yaradılmış Milli Şuranın üzvü olan Nəsib bəy, Fətəli xan Xoy s ‑
kinin təşkil etdiyi Hökumət Kabinetində də məhz xalq maarifi
və dini etiqad naziri vəzifəsini icra edib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan
Nəsib bəy Yusifbəyli çağdaş milli dövlətçilik tarixinə «Müstəqil
Azərbaycan» ideyasının müəllifi və onu gerçəkləşdirən gör ‑
kəm li siyasi və dövlət xadimlərindən biri kimi daxil olmuşdur.
O, həm də XX əsr Azərbaycan təhsil, elm və mədəniyyəti ta ri ‑
xinə şanlı səhifələr yazmış böyük maarifçi,  gələcək nəsillərə
örnək olan əsl milli ziyalı kimi tanınmışdır. Milli hökumətə bir
ilə yaxın rəhbərlik etmiş Nəsib bəyin adı Xalq Cümhuriy yə tinin
banilərindən olan Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy
Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi məş hur
dövlət xadimlərinin adları ilə yanaşı çəkilir. Məşhur 1918‑ci il 28
may tarixli «İstiqlal Bəyan na məsi»ni imzalayan səkkiz istiqlal
36

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin