1918–1919‑cu illərdə Gəncə Müəllimlər Seminariyası
milliləş dirilib, Bakıda darülmüəllimin
1
və darülmüəllimat
2
,
Nuxada darül müəl limin açılıb,
Zaqatala, Ağdam və Şuşada
belə müəssisələrin yaradılması qərara alınıb. Milliləşdirilmiş
məktəblərdə
ümumi türk tarixi, təlim rus dilində olan tədris
ocaqlarında həftədə 3–4 saat Azərbaycan dili keçirilirdi. Orta
təhsilin milliləşdirilməsi reallaşdırılıb, Abdulla Şaiqin təşəbbü ‑
sü ilə bütün dərslər rus dilində keçilən Bakı I realnı məktəbin ‑
də Azərbaycan dili üzrə üçaylıq kurs açılıb.
Bir tərəfdən elmi və pedaqoji kadrlar hazırlamaq
üçün ali
və orta ixtisas məktəbləri açılıb, o biri tərəfdən nəşriyyat‑tər ‑
cümə komissiyasının köməyi ilə dərsliklər hazırlanıb çap et di ‑
rilib. Həmin dövrdə «Türk əlifbası və ilk qiraət», «Türk qi raəti»,
«Yeni məktəb», «Rəhbəri‑sərf», «Tazə elmül‑hesab», «Ədə biyyat
dərsləri», «Son türk əlifbası», «Hesab məsələləri məc muəsi»,
«Rəh bəri‑cəbr», «Milli qiraət», «Müntəxəbat», «Türk ədiblərin ‑
dən nümunələr» və digər dərsliklər nəşr olunub.
1920‑ci ilin martına qədər baş nazir vəzifəsində çalışmış
Nəsib bəy Yusifbəyli Aprel çevrilişindən sonra Parlamentin axı ‑
rıncı iclasından qayıdıb ailəsi ilə son görüşündə: «Fələk məni
çox yüksəltdi. Fəqət mən dünyanın ən bədbəxt insa nıyam» —
söy ləyib. Həmin il may ayının əvvəllərində Nəsib bəy Yusif ‑
bəyli ölkədəki xaos və özbaşınalıqdan istifadə edən quldurlar
tərəfindən qətlə yetirilib.
İnanırıq ki, «Müstəqil Azərbaycan» ideyasının
və təhsil
sisteminin milliləşdirilməsi konsepsiyasının müəllifi, böyük
maaifçi Nəsib bəy Yusifbəylinin ruhu bu gün şaddır. Çünki
onun arzuladığı müstəqil Azərbaycan Respublikası hazırda
dünyanın iqtisadi‑siyasi və mədəni cəhətdən inkişaf etmiş öl ‑
kə ləri sırasında layiqli yer tutur. Uğrunda mübarizə apardığı
anadilli təhsil sistemi çoxdan reallığa
çevrilib, hazırda Azər ‑
bay
can təhsili sürətlə dünya təhsil sisteminə inteqrasiya
olunmaqdadır...
39
Dostları ilə paylaş: