8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə4/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   126
Xalq Maarifi və Dini Etiqad Nazirliyinin strukturu (1918)
Çağdaş milli dövlətçiliyimizin «qızıl dövrü» sayılan Azərbaycan Demokratik Respublikasını
araşdıran Qərb və Azərbaycan tarixçiləri tərəfindən Cümhuriyyət hökuməti «maarifçi hökumət»,
«ziyalıların hökuməti», «ziyalıların əsəri» kimi dəyərləndirilir. Əlbəttə, bütün bunlar səbəbsiz deyil.
Tarixi həqiqət belədir ki, milli hökumət tərəfindən dövlət quruculuğu sahəsində əsas diqqət, başlıca
prioritet milli dövlətin təməli olan maarifə, təhsilə, elmə yönəldilmişdi. Azərbaycan təhsili, maarifi,
elm və mədəniyyəti klassik Şərq və çağdaş Qərb sivilizasiyalarının ahəngdar sintezi əsasında qurul ‑
muş du, çünki bu prosesi idarə edənlər – Cümhuriyyətin qurucuları yüksək intellektli, əsası Mirzə
Fətəli Axundov və Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan maarifçilik hərəkatının
Peşə məktəbləri şöbəsi
Ali və orta məktəblər şöbəsi
Xalq məktəbləri şöbəsi
Nazir
müavini
Nazir şurası
Nazirliyin
dəftərxanası
Məktəbləri idarə edən
şöbələr
NAZİR
13


nüma yəndələri, milli istiqlal mücahidləri, ali təhsilli, yüksəkixtisaslı maarif, elm və mədəniyyət
xadimləri, əsl xalq ziyalıları idilər. Onlar üçün çağdaş milli təhsil, maarif və mədəniyyətin qurulması
dövlətin əsas atributlarından, təməl prinsiplərindən biri idi.
Azərbaycan Demokratik Respublikası dövründə dünyəvi təhsilə inteqrasiya sahəsində ilkin
uğurlu addımlar atılıb, ilk ali məktəbin əsası qoyulub, dövlət səviyyəsində azərbaycanlı gənclərin
xaricdə ali təhsil almaları üçün imkanlar yaradılıb.
1918‑ci il iyulun 27‑də Azərbaycan hökuməti məktəblərin milliləşdirilməsi haqqında qərar
verdi. Bununla azərbaycanlıların doğma dildə təhsil almaq, öz dilini, ədəbiyyatını, tarixini və
mədəniyyətini öyrənmək hüququ ilk dəfə rəsmi təsdiqini tapdı. Milliləşdirilən məktəblərdə
Azərbaycan dilində təhsil almaq icbari idi. Qeyri‑Azərbaycan məktəblərində Azərbaycan dilinin
dövlət dili səviyyəsində keçilməsi üçün külli miqdarda vəsait ayrıldı.
Milli hökumətin təhsil, maarif sahəsində yürütdüyü siyasətin əsas qayəsini Cümhuriyyətin
ilk maarif naziri Nəsib bəy Yusifbəyli çox dəqiq şəkildə bu cür ifadə edib: «İstiqlalımız, istiqbalımız
həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim üçün fəlah və
nicat ümidi qalmaz...».
Təhsil, maarif, mədəniyyət sahəsində məhz bu müqəddəs amalları həyata keçirən Azərbaycan
Demokratik Respublikası mövcud olduğu qısa müddətdə milli tariximizə ilk çağdaş ali təhsil və
elm ocağı təsis edən, ilk milli hərbi təhsil müəssisələri yaradan, ümumi icbari ibtidai təhsilə keçid
prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları və pedaqoji kurslar açan, məhz Maarif
Nazirliyinin vəsatəti əsasında Azərbaycan türkcəsini ilk dəfə dövlət dili elan edən və dövlət dilini
ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin əsas tədris dilinə çevirən, təhsil tariximizdə
ilk olaraq təhsil müəssisələrinin milliləşdirilməsini və böyük maarifçilərin arzuladıqları anadilli
məktəb şəbəkəsi yaratmaq ideyasını gerçəkləşdirən, dövlət himayəsində ilk məktəbəqədər tərbiyə
və kimsəsiz uşaqlar üçün xüsusi təhsil müəssisələri təşkil edən, dövlət səviyyəsində azərbaycanlı
gənclərin xaricdə ali təhsilinin təməlini qoyan, əlifba islahatı ilə Avropa mədəniyyətinə yaxınlaşmaq
yolunda ilk addım atan demokratik, hüquqi, dünyəvi, sivil, çağdaş bir dövlət kimi daxil oldu.
Azərbaycan Demokratik Respublikasını yaradanlar xalqın maariflənməsi yoluna həqiqi
mənada işıq tutub, maarifə, təhsilə, elmə və mədəniyyətə üstünlük veriblər. Bu tarixi şansdan
millətin, dövlətin mənafeyi naminə səmərəli istifadə edən Cümhuriyyət hökuməti sonrakı nəsillər
üçün elə bir təməl, elə bir əsas qoydu ki, bütövlükdə XX əsrdə Azərbaycan təhsili, maarifi, elmi və
mədəniyyəti bu  təməl üzərində formalaşıb inkişaf etdi. 
Həmin dövrdə xalq təhsili müfəttişlikləri, demək olar ki, bütün qəzalardan və kəndlərdən
məktəb açılması ilə bağlı ərizə alırdılar. Təhsil xərclərini də əhali öz üzərinə götürürdü. Məsələn,
Bakı quberniyasının Siyəzən, Böyük Xızı, Keşlə, Hökməli, Əmircan, Digah kəndlərinin sakinləri
məktəb açılması haqqında hökumətə dönə‑dönə müraciət edirdilər.
Azərbaycan Demokratik Respublikasının birinci tədris ili 1918‑ci il sentyabrın 15‑də Qafqaz İslam
Ordusunun Bakını azad etməsindən bir ay sonra başlayıb. İlk vaxtlar tədris üçün şərait ağır idi. Müəllim
və şagirdlərin bir hissəsi 1918‑ci ilin mart hadisələri zamanı erməni‑daşnak qüvvələri tərəfindən
öldürülmüş, bir çoxları yaşayış yerlərini tərk etmişdilər. Məktəb komissiyasının dərslərin başlanmasına
dair qərarına əsasən oktyabrın 20–dək məktəbə qayıtmayan müəllimlər işdən azad olunmuş sayılırdılar.
Məktəb binalarının bir çoxu dağıdılmışdı. Bakıdakı məktəblərin çoxunda vaxtilə ya ingilis, ya
da daşnak silahlı qüvvələri yerləşdirildiyindən binalara xeyli ziyan dəymişdi. Bir sıra məktəblərdə
isə daşnak bandalarından qurtulan Naxçıvan və Zəngəzur qaçqınları yaşayırdılar. Məktəblərin təmiri
üçün məktəb komissiyasından vəsait ayrıldı və bu pul ilə xeyli məktəb təmir olundu.
Hökumətin səyi nəticəsində təlim və tədris işləri qaydaya salındı. 1919‑cu ilin martında Bakıda,
şəhər məktəblərində oxuyanların sayı 6400 nəfərə, həmin ilin noyabrında isə 9100 nəfərə çatdı.
Şagirdlərin dərsə davamiyyəti xeyli yaxşılaşmışdı. Bu, ölkədə vəziyyətin sabitləşməsi və dərslərin
normal keçməsi sayəsində mümkün olmuşdu.
14


Ölkənin ali təhsilli və yüksəkixtisaslı kadrlara olan ehtiyacını yerli mütəxəssislər hesabına
təmin etmək məqsədilə Azərbaycan Demokratik Respublikası Parlamentinin 1919‑cu il 1 sentyabr
tarixli iclasında Bakıda universitet yaradılması haqqında qərar qəbul olundu. Bakı Dövlət
Universitetinin nizamnaməsi təsdiq edildi və ilk tədris ilində 2 fakültədə (tarix‑filologiya və tibb
fakültələri) 1094 tələbə təhsil almağa başladı. Universitetin ilk rektoru Kazan Universitetinin
professoru, məşhur cərrah Vasili İvanovic Razumovski təyin edildi.
ADR dövründə digər sahələrlə yanaşı, təhsil sferasında da çox dəyərli işlər görülüb.
Ümumiyyətlə, Məmməd Əmin Rəsulzadənin təbirincə desək, Azərbaycan Demokratik
Respublikasında «maarifin təşkilatına bir təzəlik verilmiş, məmləkəti ürfan nuru ilə işıqlandırmaq
üçün ciddiyyəti ilə işə başlanmışdır».
Ümumi təhsilin tətbiqi əsas tutularaq bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni
yaradılmış kişilər və qızlar seminariyaları vasitəsilə müəllimlər hazırlanırdı. İbtidai məktəblər
şəbəkəsini genişləndirmək üçün xüsusi olaraq İstanbuldan müəllimlər dəvət edilmişdi.
Bundan başqa, qəza mərkəzlərində müəllimlər kursları açılır, qadınların təhsili kişilərlə
bərabər tutulurdu. Mövcud rus gimnaziyalarından biri tamamilə milliləşdirilmiş, bir çox ibtidai qız
məktəbləri açılmış, qızların təhsilə cəlb olunması sahəsində ciddi dönüş yaranmışdı. Məktəb
yaşından böyük vətəndaşlar üçün gecə kursları açılmış və dərslər təşkil edilmişdi.
Azərbaycan Demokratik Respublikası hökumətinin maarif, təhsil sahəsində apardığı siyasətin
və həyata keçirdiyi islahatların əsasında ölkənin intellektual potensialının artırılması, əhali arasında
savadsızlığın ləğv edilməsi, təhsil sisteminin milliləşdirilməsi, tədrisin ana dilində aparılması yolu
ilə xalqın milli dirçəlişinin, milli mənlik şüurunun oyanışının təmin edilməsi kimi pak amallar,
ümummilli məqsədlər dururdu. Bütün bunlar mahiyyətcə ölkənin dövlət müstəqilliyinin
möhkəmlənməsinə, Azərbaycan xalqının azad və müstəqil yaşamağa layiq sivil bir millət olduğunu
sübut etməyə, Azərbaycanın müstəqil dövlət kimi dünyada tanınmasına imkan verirdi.
Təhsilə, maarifə belə ciddi münasibətin nəticəsi idi ki, Azərbaycan Demokratik Respublika sının
hələ Tiflisdə yaranan ilk müvəqqəti Hökumət Kabinetinin (28.05.1918–17.06.1918) tərkibindəki 9 nazir ‑
likdən biri, Xalq Maarifi Nazirliyi idi. Azərbaycan hökumətinin ilk kabinetində Maliyyə və Xalq Maarifi
Nazirliyi adı ilə fəaliyyətə başlayan bu nazirlik, sonrakı dörd Hökumət Kabinetində Xalq Maarifi və
Dini Etiqad Nazirliyi adlandırılıb. Azərbaycan Demokratik Respublikasının 1, 2, 3‑cü hökumət kabinet ‑
lərində (28.05.1918–14.04.1919) Nəsib bəy Yusifbəyli, 4‑cü Hökumət Kabi netində (14.04.1919–24.12.1919)
Rəşid xan Qaplanov, 5‑ci Hökumət Kabinetində isə (24.12.1919–01.04.1920) Həmid bəy Şahtaxtinski xalq
maarifi naziri olub. Həmid bəy Şahtax tinskinin istefa sından sonra qısa müddətdə (05.04.1920–
27.04.1920) nazir müavini Nurməhəmməd bəy Şahsuvarov xalq maarifi naziri vəzifəsini icra edib.
Azərbaycanın təhsil tarixinə şanlı səhifələr yazmış bu görkəmli siyasi, dövlət və maarif
xadimlərinin ömür yolu 1920‑ci ilin 28 aprel çevrilişindən sonra faciələrlə müşayiət olunub, onlar
sovet «qırmızı terror»unun təqiblərinə məruz qalıblar. Rus imperializminin yürütdüyü məkrli siyasət
yenidən xalqımızın azadlıq və istiqlal yoluna sədd çəkdi, Şərqdə ilk demokratik respublika olan
ADR süqut etdi.
Lakin milli azadlığın dadını duyub müqəddəs bayrağını yüksəklərə qaldırmış xalq, qəlbinin
dərinliklərində istiqlalının həsrətini yaşadaraq başladığı islahatları yeni siyasi durumda da həyata
keçirməyə özündə birlik, zəka, qüvvət və qüdrət tapdı, bu yolda dəhşətli repressiyalara məruz qalsa
da, geri çəkilmədi.
Azərbaycanda qurulan yeni hökumət – Xalq Komissarları Soveti bütün qurumların, o cüm ‑
lədən də Azərbaycan Xalq Maarifi və Dini Etiqad Nazirliyinin adını dəyişdi: ərəb mənşəli nazir
sözünü (mənası nəzarət edən, baxan, idarə edən deməkdir – 

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin