ÖN SÖZ
Zəngin təbii sərvətləri və əlverişli coğrafi mövqeyi olan, hələ qədim zamanlardan Böyük İpək
Yolunun üstündə yerləşən Azərbaycan üstün iqtisadi, mədəni və siyasi əlaqələr məkanı kimi tanınıb.
Müxtəlif zamanlarda Azərbaycanda olmuş əcnəbi səyyahların öz gündəliklərində təsvir və təsdiq
etdikləri kimi, azərbaycanlıların qədimdən yaşadıqları bu yerlər güclü iqtisadi‑ticarət
münasibət lərinin,
dövlətçilik ənənələrinin erkən təşəkkül tapdığı ərazilərdəndir.
Tarixi mənbələrdən məlumdur ki, Azərbaycan ərazisində şəhərsalma mədəniyyəti hələ eramızın
əvvəllərindən formalaşıb. Qədim və abad, incə memarlığı ilə seçilən şəhərlərdə kitabxanalar, çoxsaylı
məscidlər, bazar və dükanlar, əczaxanalar, milli oyunların keçirildiyi meydan və zorxanalar fəaliyyət
göstərib.
Xalqımızın müdrikliyi, elmə, yaradıcılığa sonsuz marağı və hər bir məsələyə haqq‑ədalət
prizmasından yanaşması, milli xüsusiyyətlərimizin təcəssümü olan şifahi xalq ədəbiyyatımızın
nümunələrində də aydın şəkildə əksini tapıb. Dünya xalqlarının mənəvi
sərvətlər xəzinəsinə daxil
olan, ulu əcdadlarımızdan bizə yadigar qalmış «Kitabi – Dədə Qorqud» dastanı 1300 il ərzində
xalqımızın mənəvi qidası olub, milli ruhun yaşamasına, millətimizin mübarizə aparmasına, öz milli
mənliyini hifz etməsinə daim yardım göstərib.
Təqdirəlayiq haldır ki, bütövlükdə qədim maarif və təhsil ölkəsi olan Azərbaycanda hər bir şəhər
və kənddə dini dəyərlərin təbliğ edildiyi məscidlərin yanında, yaxud da ayrılıqda mədrəsələr,
mollaxanalar fəaliyyət göstərib, uşaqlar dini təhsillə yanaşı, oxuyub‑yazmağı, dünyəvi elmləri də
öyrəniblər.
Hələ Nizami Gəncəvinin yaşadığı dövrdə mədrəsələrdə, qədim üslublu məktəblərdə 24 fənni
əhatə edib «ədəbi kompleks» adlandırılan elmlərin əsasları öyrədilib. Klassiklərin
bədii əsərlərindəki
təbiət, fəlsəfə, tarix, astronomiya və digər elmlərə dair məlumatlar – obrazlı informasiyalar, məhz
həmin dövrdə verilən təhsilin nəticələridir.
Azərbaycanda elmin, təhsilin inkişafına daim xüsusi önəm verilsə də, respublikamızda təhsil
sahəsinə mərkəzləşmiş rəhbərliyi həyata keçirən ilk dövlət qurumu ötən əsrin əvvəllərində,
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yaradılıb.
XX əsrin əvvəllərində parçalanan Rusiya imperiyasının ucqarlarından olan Zaqafqaziyada
Zaqafqaziya hökuməti – Zaqafqaziya Komissarlığı (1917‑ci ilin noyabrından 1918‑ci ilin martınadək)
fəaliyyətə başlayıb. Sonra isə Qafqazda yeni bir dövlət orqanı olan Zaqafqaziya Seymi (23.02.1918 –
26.05.1918) yaradılıb. 1918‑ci il aprelin 22‑də Zaqafqaziya Seymi Rusiyadan asılı olmayan Azər ‑
baycan, Gürcüstan və Ermənistanı birləşdirən Zaqafqaziya Demokratik Federativ Respub li ka sının
əsasını qoyub. Zaqafqaziya Demokratik Federativ Respublikası dərhal ayrı‑ayrı nazirliklər, o
cümlədən də Maarif Nazirliyi təsis edib. Müstəqil Zaqafqaziya Demokratik Federativ Respub li ka ‑
sının maarif naziri Nəsib bəy Yusifbəyli olub.
Müvəqqəti Zaqafqaziya hökuməti dağıldıqdan sonra elan edilən Azərbaycan Demokratik
Respublikasının fəaliyyətində mühüm istiqamətlər ölkənin
ərazi bütövlüyünü qorumaq, yeni əsasda,
tarixi dəyərlər zəminində xalq maarifini qurmaqdan və digər mühüm məsələlərdən ibarət idi.
12
Azərbaycan Demokratik Respublikası (ADR) hökumətinin 1918‑ci il 30 iyul tarixli qərarı ilə
respublikada xalq maarifini, təhsil sistemini qaydaya salmaq, milli ali, orta və ibtidai məktəb şəbəkəsi
yaratmaq, mövcud məktəbləri milliləşdirmək məsələlərini həll edəcək qurum kimi Xalq Maarifi və
Dini Etiqad Nazirliyi (kitabda əsasən maarif məsələləri şərh olunduğu üçün ADR dövründə Xalq
Maarifi Nazirliyi işlədilir) yaradılıb və Nəsib bəy Yusifbəyli nazir təyin edilib.
Həmin il avqust ayının 2‑də təsdiqlənmiş Əsasnaməyə görə
nazirliyin strukturuna nazir, nazir
şurası, nazir müavini, şöbə müdirləri, dəftərxana müdiri, elm nümayəndələri daxil idilər. Nazir şurası
aşağıdakı məsələlərə baxırdı:
•
qanunverici orqana təqdim olunacaq qanun layihələrinin hazırlanması;
•
respublikada tədris‑maarif işini və elmin inkişafını təmin edə biləcək tədbirlərin təşkili;
•
nazirliyin bütün müəssisələrinin illik pul smetasının tərtibi;
•
nazirliyin bütün idarə və tədris müəssisələrinin illik hesabatlarına baxılması;
•
nazirin şuranın müzakirəsinə təqdim etdiyi digər işlər və məsələlər.
Məktəbləri idarə edən ali və orta məktəblər, xalq məktəbləri və peşə məktəbləri şöbələrinin hər
birinə müdir rəhbərlik edirdi ki, onların da vəzifələrinə aşağıdakılar daxil idi:
•
məktəblərin
inzibati və pedaqoji təftişi;
•
məktəblərin yenidən təşkili, yeni məktəblərin açılması, köhnə məktəblərin ləğvi haqqında
planların və smetaların işlənib hazırlanması;
•
işə qəbul və azad olunanların nazirə təqdimi.
Dostları ilə paylaş: