8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə6/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   126
Təhsil Nazirliyinin strukturu (2010)
Müstəqillik illərində təhsil xərclərinin ilbəil artması təhsilin dövlət siyasətinin əsas
prioritetlərindən biri olması ilə birbaşa bağlıdır. Təhsil sisteminin qarşısında duran əsas vəzifələri
müəyyənləşdirərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin inkişaf
strategiyası ilə bağlı bu fikirləri əsas götürülür: «Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı
insan kapitalına çevirməliyik», «Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və
məharətlə istifadə edirik. Amma gec‑tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə
ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir,
elmi‑texniki tərəqqidir, yeni texnologiyalardır». Bu mənada yüksək intellektə malik insan kapitalının
formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt «təhsil əsri» elan edilən XXI
əsrdə olduğu qədər aktual olmayıb. Ümumi təhsil xərclərinin artmasının əsasında da həmin
konseptual müddəalar dayanır. Təhsilə ayrılan büdcə 2003‑cü illə müqayisədə 6 dəfədən çox artaraq
2010‑cu ildə 1,2 milyard manata çatıb. 
Son illər təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü Dövlət Proqramı təsdiq olunub
və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı‑ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili
əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində tədris müəs ‑
NAZİR
Kənd rayonları
üzrə ümumi 
təhsil şöbəsi
Beynəlxalq 
əlaqələr şöbəsi
Xüsusi şöbə
Elm şöbəsi
Təhsil sisteminin
informasiyalaşdırılması
idarəsi
Texniki‑peşə
təhsili şöbəsi
Xaricdə təhsil və
əcnəbi tələbələrlə 
iş sektoru
İctimaiyyətlə 
əlaqə şöbəsi
Təhsilin idarə
olunmasının məlumat
sistemləri şöbəsi
Dərslik və
nəşriyyat şöbəsi
Tərbiyə və
məktəbdənkənar
müəssisələr şöbəsi
Ali və orta ixtisas
təhsili şöbəsi
Təhsil sənədlərinin
tanınması işi üzrə
sektor
Mətəbəqədər 
təhsil sektoru
Hüquq sektoru
Ümumi şöbə
Strateji təhlil,
planlaşdırma və
kadrlarin
idərəolunması şöbəsi
Əlavə təhsil 
sektoru
İnzibati işlər üzrə
sektor
Akkreditasiya 
şöbəsi
İqtisadiyyat
şöbəsi
Plan‑maliyyə
sektoru
Mühasibat uçotu
və hesabat sektoru
Monitorinq və
qiymətləndirmə
şöbəsi
De‑institutlaşma və
uşaqların
müdafiəsi idarəsi
Əsaslı tikinti
idarəsi
Bakı şəhəri üzrə
təhsil idarəsi
Nazir müavini
Nazir müavini
Nazir müavini
Aparat
25


sisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması,
təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının
tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya‑
kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin infor ma siyalaşdırılması,
məktəbəqədər, texniki‑peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsilinin təşkili, de‑institutlaşdırma və digər istiqamətlərdə əhəmiyyətli
nailiyyətlər əldə olunub.
Azərbaycan təhsilinin inkişafına yüksək dövlət qayğısının təzahürü olan aşağıdakı dövlət
proqramlarını göstərmək olar:
– «Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud mək təb ‑
lə rin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət
Proqramı (2003–2007‑ci illər)»;
– «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunmasına
dair İnkişaf Proqramı (2005–2009‑cu illər)»;
– «Dərsliklə təminat Proqramı (2003–2005; 2006–2015‑ci illər)»;
– «Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud)
uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005–2009‑cu illər)»;
– «2005–2009‑cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə
İnkişaf Proqramı»;
– «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə 
Proq ram (2006–2010‑cu  illər)»;
– «Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(de‑institutlaşma) və alternativ qayğı Dövlət Proqramı (2006–2015‑ci illər)»;
– «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı (2005–2007‑ci illər)»;
– «Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı 
(2007–2010‑cu illər)»;
– «2007–2015‑ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı»;
– «Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı 
(2007–2012‑ci illər)»;
– «2008–2012‑ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaş dırıl ‑
ması üzrə Dövlət Proqramı»;
– «2009–2012‑ci illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar
üzrə Dövlət Proqramı»;
– «2009–2013‑cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı»;
– «2009–2014‑cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı»;
– «Azərbaycan Respublikasında 2009–2015‑ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın
həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı».
Ayrı‑ayrı təhsil pillələri və səviyyələrində də ciddi inkişaf meyilləri özünü büruzə ver mək də ‑
dir. Məktəbəqədər təhsilin uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin
formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olması tədricən cəmiyyət
tərəfindən qəbul edilməyə başlanıb. Respublikamızda 20 il ərzində heç bir məktəbəqədər təhsil
müəssisəsi tikilmədiyi halda, 2008‑2010‑cu illərdə ilk dəfə olaraq ölkə üzrə 40 yeni uşaq bağçası
tikilib istifadəyə verilib, 44 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib, müasir avadanlıqlarla
26


təchiz olunub. Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunmuş
uşaqların sayı 8,6 min nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb. Müstəqillik
tariximizdə ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 151 adda təlim vəsaitləri
hazırlanıb müəssisələrə çatdırılıb.
Azərbaycanda 2000‑dən çox yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir ava daq ‑
lıqlarla, o cümlədən kimya və fizika laboratoriyaları ilə təmin edilməsi təhsil tariximizdə ən əla mət ‑
dar hadisələrdəndir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fon ‑
dunun müstəsna xidmətlərini xüsusilə qeyd etməliyik. Fondun təşəbbüsü ilə 2005‑2010‑cu illərdə
300‑dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib,
əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. Fondun təşəbbüsü ilə 2010‑cu ildə
Gürcüstanda azərbaycanlı soydaşlarımızın yaşadığı bölgələrdə 3 məktəb əsaslı təmir və bərpa edilib,
müasir avadanlıqlarla təchiz olunub.
Təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi üçün investisiya xərcləri birbaşa
Təhsil Nazirliyinə ayrılır. Bu məqsədlə Təhsil Nazirliyi nəzdində Əsaslı tikinti idarəsi yaradılıb. İn ‑
 vestisiya qoyuluşlarının ilbəil artırılması sayəsində 2008‑ci ildə bu xərclər 220 milyon manata
yüksəlib. Eyni zamanda, məktəblərin avadanlıqlarla təminatı da Təhsil Nazirliyinə ayrılmış vəsaitlər
hesabına mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.
Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası,
onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası
nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim
şəraiti yaxşılaşdırılıb. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli
məktəblər 73 faizdən 44‑ə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21‑ə enib.
Müstəqillik illərində aparılan genişmiqyaslı işlər yalnız təhsil infrastrukturunun yeni ləş ‑
dirilməsi ilə bağlı deyil. Bu sahədə əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə
uyğun şəraitin yaradılması məzmun islahatları üçün də əlverişli zəmin yaradıb. Dünya Bankının
maliyyə yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin böyük əksəriyyəti ümumi təhsilin
məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlib.
Bütün bu tədbirlərin əsas məqsədi şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud
«yaddaş məktəbi»ndən «təfəkkür və düşüncə məktəbi»nə keçmək və bu əsasda ümumi təhsilin
müasir modelini qurmaqdan ibarətdir.
2006‑cı ildə Nazirlər Kabineti tərəfindən «Ümumi təhsilin Konsepsiyası (Milli kurikulum)» təsdiq
edilib. 2008‑2009‑cu tədris ilindən ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni fənn
kurikulumları və müasir dərsliklərlə başlanılıb, bu proses 2010‑2011‑ci dərs ilindən I, II və III sinif ləri
əhatə edib. Yeni kurikulumların tətbiqi ilə əlaqədar I siniflərdə işləyən 27 minədək müəllim xüsusi
proqram əsasında öyrədici təlim kurslarından keçirilib və nümunəvi tədris materialları ilə təmin edilib.
Yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zərurətə çevirib. 2003‑2010‑cu illərdə milli‑
mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 45 milyon nüsxə dərslik
çap edilib. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I – III siniflər üçün dərslik
komplektləri (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait) hazırlanıb, Dərslikləri Qiy ‑
mətləndirmə Şurası tərəfindən qiymətləndirilib və müsbət rəy alındıqdan sonra çap edilib.
Məktəb kitabxanaları uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri
ilə təmin edilib. Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı‑ayrı fənlər üzrə 140 adda 1,4
milyon nüsxə tədris‑əyani vəsait hazırlanaraq məktəblərə verilib. Məktəblər 19 adda 351 min nüsxə
xəritə ilə təmin edilib. 
Dünya təcrübəsinə uyğun olaraq ölkəmizdə məktəbdaxili, milli və beynəlxalq qiymətləndir mə ‑
ni əhatə edən yeni qiymətləndirmə sisteminə keçilib. Təhsil tariximizdə ilk dəfə olaraq məktəbdaxili
qiymətləndirmənin diaqnostik (konkret bir mərhələdə təhsilalanın nailiyyətlərinin səviyyəsinin
müəyyən edilməsi), formativ (təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr
27


əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiy mət ləndirilməsi) və summativ
(təhsilin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri
nailiyyətlərin qiymətləndirilməsi) qiymətləndirmə növlərinin tətbiqinə başlanılıb.
2009‑2010‑cu dərs ilindən respublikanın bütün ümumtəhsil məktəblərində IX və XI siniflərdə
buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilir. Həyata keçirilmiş tədbirlər nəticəsində
təhsilin keyfiyyəti hissolunacaq dərəcədə yüksəlib, orta məktəb məzunlarının ali məktəblərə qəbul
imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşıb, 600‑dən çox bal toplayanların sayı ötən ilə
nisbətən 300 nəfərdən çox artaraq 1365 nəfərə çatıb, 7 nəfər məzunumuz 700 bal toplayıb. 300‑dən
çox bal toplayanlar ötən ildəki 20 faizdən 31 faizə, 500‑700 bal toplayanlar 6 faizdən 8.5 faizə, orta
bal göstəriciləri 211‑dən 231‑ə yüksəlib.
Azərbaycan təhsilində ilk dəfə olaraq milli (ölkə səviyyəsində təhsilalanların nailiyyətlərinin
səviyyəsinin qiymətləndirilməsi) və beynəlxalq qiymətləndirmə (ölkədə təhsil səviyyəsinin digər
ölkələrlə müqayisəli təhlilini aparmağa yönəlmiş qiymətləndirmə) tədbirləri həyata keçirilib və bu
proses davam etdirilməkdədir.
Dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 33 gümüş, 66
bürünc olmaqla ümumilikdə 99 medal qazanıblar. Əhalisinin sayının az olmasına baxmayaraq,
medalların sayına görə Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub saxlayır.
Məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri də müxtəlif səviyyəli yarışlarda əhəmiy yət li
nailiyyətlər əldə edib. Yalnız 2009‑cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq‑gənclər
idman məktəblərinin yetirmələri respublika birinciliyi, çempionat və digər yarışlarda 287 qızıl, 194
gümüş, 1181 bürünc olmaqla, ümumilikdə 1662 medal, Avropa, dünya birinciliyi və çem pionatlarında
və digər beynəlxalq yarışlarda 57 qızıl, 51 gümüş, 60 bürünc olmaqla, ümumilikdə 168 medal qazanıb.
Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Ölkənin
ümumtəhsil məktəbləri İKT ilə təmin edilib, hər 20 şagirdə bir kompyuter nisbəti təmin olunub.
Halbuki 2004‑cü ildə hər 1063 şagirdə bir kompyuter düşürdü. İnzibati, pedaqoji və texniki heyət
əhatə olunmaqla 54 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnib. Təhsil
tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilib, 20
ümumi təhsil müəssisəsində «elektron məktəb» layihəsi həyata keçirilməyə başlanılıb. I‑XI siniflər
üçün «İnformatika» dərslikləri hazırlanıb, bütün siniflərdə informatikanın tədrisinə başlanılıb. 1000
məktəb genişzolaqlı sürətli internetlə təmin olunub. İnternetə qoşulmuş məktəblərin nisbəti 2004‑cü
ildəki 1,5 faizdən 2010‑cu ildə 22 faizə yüksəlib. Yaradılmış DATA mərkəz, elektron tədris resursları
bazası, vahid təhsil portalı səmərəli idarəetməni təmin edir.
Bir şagirdə bir kompyuter konsepsiyasının reallaşdırılması məqsədilə İntel şirkəti ilə birlikdə 400 şa ‑
girdə noutbuklar verilib. «Xalq kompyuteri» layihəsi çərçivəsində 9000 müəllim kompyuterlə təmin olunub.
«2005–2009‑cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə
İnkişaf Proqramı» başa çatdırılıb, ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə
respublikanın ucqar kənd məktəblərinə göndərilib, ucqar kənd məktəblərində kadra olan kəskin
ehtiyac ödənilib. Respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni
mexanizmlərin tətbiqinə başlanılıb. Ölkə üzrə müəllimlərin işə qəbulu elektron vasitələr əsasında,
ikimərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010‑cu il tarixli, 163 nömrəli qərarı ilə
“Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı bir istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq
sənədin verilməsi qaydası” təsdiq edilib. Həmin sənəddə ilk dəfə olaraq əlavə təhsilin bütün istiqamətləri
üzrə məzmununun çərçivəsi, təhsilin təşkili, təhsilə cəlb olunanlar, monitorinq və qiymətləndirmə, verilən
təhsil sənədi, maliyyə mənbəyi və digər məsələlər qaydalar şəklində müəyyən olunub.
Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə‑ixtisas təhsilinin
hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq
imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı
28


səviyyəsinin yüksəldilməsi, оnların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması,
yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi
vəzifəsini daşıyır. İxtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə, kadrların təkmilləş ‑
dirilməsi məsələlərini əhatə edən əlavə təhsil təkrar ali və orta ixtisas təhsili, dərəcələrin yüksəl dilməsi
və yaşlıların təhsili istiqamətlərini də özündə birləşdirir.
Yeni qaydalarda modul‑kredit sisteminə əsaslanan ixtisasartırma təhsilinin tətbiqi nəzərdə
tutulub. Modul‑kredit sistemi ixtisasartırma təhsilinin 3 modul üzrə (təhsilin əsasları, ixtisas sahələri,
təhsildə innovasiyalar və yeni tendensiyalar) təşkilini nəzərdə tutur. Təsadüfi deyil ki, 2010‑2011‑ci
tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin cəlb olunduğu fənn kurikulu munun
tətbiqi üzrə təlimlər yeni ixtisasartırma modelinə uyğun təşkil edilmişdir.
Modul‑kredit sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasını, proqramların akkredita ‑
siya sını, stimullaşdırıcı vasitələrin tətbiqini, karyera inkişafını nəzərdə tutan yeni ixtisasartırma təhsili
modeli hazırlanıb və ibtidai sinif müəllimlərinin yeni kurikulum üzrə hazırlığı sahəsində tətbiq edilib.
De‑institutlaşma Proqramına əsasən Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş
Plan hazırlanıb və 2009‑cu ilin aprelində təsdiq edilib. Plana əsasən 9 ümumtəhsil internat məktəb
ümumtəhsil məktəbinə çevrilib və dövlət uşaq müəssisələrinin sayı 55‑dən 46‑ya enib. Təhsil
tariximizdə ilk dəfə olaraq Bərdə, Mingəçevir, Bakı şəhərinin Suraxanı, Xəzər və Sabunçu ra ‑
yonlarında günərzi qayğı və reabilitasiya‑inkişaf mərkəzləri yaradılıb. Mərkəzlərin binaları əsaslı
təmir edilib, inkişafetdirici təlim materialları, reabilitasiya yönümlü avadanlıqlarla təmin olunub.
YUNİSEF‑in Bişkek şəhərində keçirilən konfransında Azərbaycanda de‑institutlaşdrma sahəsində
həyata keçirilən Transformasiya Planı digər ölkələr üçün nümunə kimi qəbul edilib.
Təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə yanaşı, müstəqillik illərində dövlət
səviyyəsində təhsil işçilərinin fəaliyyətinin maddi və mənəvi stimullaşdırılması sahəsində əhə miy ‑
yət li addımlar atılıb. Təhsil tariximizdə ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidenti tərəfin ‑
dən «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında»
4 sentyabr 2007‑ci il tarixli sərəncam imzalanıb, 2008, 2009 və 2010‑cu illərdə «Ən yaxşı ümumtəhsil
məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələri keçirilib. Həmin illərdə «Ən yaxşı ümumtəhsil mək ‑
tə bi» müsabiqəsinin qalibi olmuş 150 təhsil müəssisəsinin hər birinə 10000 manat, «Ən yaxşı müəl ‑
lim» müsabiqəsinin qalibi olmuş 300 müəllimin hər birinə 5000 manat məbləğində birdəfəlik pul
mükafatı verilib. Bu müsabiqə məktəb və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəa liyyəti
gücləndirməklə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
Azərbaycanda təhsilə, təhsil işçilərinə diqqət və qayğının parlaq təzahürüdür ki, 2003‑2010‑cu
illərdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə 1000‑dən çox təhsil işçisi yüksək dövlət
təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülüb.
Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramına əsasən regionlarda 2 Peşə Tədris
Mərkəzi yaradılıb, 2008–2010‑cu illərdə 11 texniki peşə təhsili müəssisəsi əsaslı təmir edilib və müasir
avadanlıqla təmin olunub. Son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 8 adda dərslik hazırlanıb.
YUNESKO, Avropa Komissiyası, Cənubi Koreyanın DAEWOO şirkəti, Heydər Əliyev Fondu və
yerli qeyri‑hökumət təşkilatları ilə birgə layihələrin icrasına başlanılıb.
Ali təhsilin inkişafı sahəsində mühüm nailiyyətlər əldə olunub, 2005‑ci ildə Azərbaycan
Boloniya prosesinə qoşulub, Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar
atılıb. YUNESKO və digər beynəlxalq qurumların sənədlərinə, habelə beynəlxalq təsnifat
strukturuna uyğun olaraq ali təhsilin bakalavr səviyyəsi ixtisaslarının (proqramlarının) yeni siyahısı
hazırlanıb və təsdiq edilib. 23 ali təhsil müəssisəsi akkreditasiyadan keçib, Təhsil Nazirliyi siste ‑
mindəki bütün ali təhsil müəssisələrində kredit sistemi tətbiq edilib. Yeni konsepsiya və strategiya
əsasında ibtidai sinif müəllimlərinin hazırlığına başlanılıb.
Ölkənin 7 aparıcı ali təhsil müəssisəsinə (Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Univer ‑
siteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət
29


30
İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti) muxta ‑
riyyət hüququ verilib. Ali təhsil müəssisələrinin infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli
işlər görülüb, bütün universitetlərin maddi‑texniki bazası əsaslı şəkildə yeniləşdirilib.
«2009–2013‑cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramı»nın icrası istiqamətində ölkə Prezidenti tərəfindən 10 fevral 2010‑cu il tarixli «Ali təhsil
müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» fərman imzalanıb.
Fərmanda qeyd edildiyi kimi, sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial‑
iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin
yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu vardır. Qloballaşmanın geniş
vüsət aldığı müasir dövrdə hər bir ölkənin dinamik inkişafı, uğurlu gələcəyi, inkişaf etmiş ölkələr
sırasına daxil olması təhsilin səviyyəsi ilə müəyyən olunur. Bu baxımdan ölkənin malik olduğu təbii
sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsilin qarşısında
duran əsas vəzifədir. Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətinin
dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müyyənləşdirilməsi zərurətini qarşıya qoyur.
Həmin amillər nəzərə alınaraq 2010–2011‑ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası
ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində büdcə vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata keçirilir, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil
müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi tətbiq edilir.
Neft gəlirlərinin insan kapitalının inkişafına yönəldilməsi baxımından «2007–2015‑ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilən
tədbirlər xüsusilə diqqəti cəlb edir. 2007–2010‑cu illərdə 700‑dən artıq istedadlı azərbaycanlı gənc
dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Onlar Azərbaycan
üçün zəruri olan tibb, təbabət elmləri – genetika, mikrobiologiya, mühəndislik, kompyuter elmləri
kimi ixtisaslar üzrə təhsil alırlar.
Dünyanın aparıcı universitetlərində müxtəlif mənbələr hesabına 10000‑dən çox azərbaycanlı
gənc təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı isə 7000‑i ötüb.
Dünya Bankı ilə son 10 ildə təhsil sahəsində səmərəli əməkdaşlıq və həyata keçirilən uğurlu
isla hatlar nəzərə alınaraq Azərbaycan pilot ölkə kimi müəyənləşdirilib. Digər ölkələrə Azərbaycan
təcrübəsinin öyrənilməsi tövsiyə olunub. Əgər əvvəllər təhsil islahatları sahəsində təcrübə qazan maq
üçün xarici ölkələrə təlim səfərləri edilirdisə, 2010‑cu ildən başlayaraq Dünya Bankının tövsi yəsinə
əsasən xarici ölkələrdən Azərbaycana təlim səfərlərinə gəlirlər.
Son illər ali məktəb elmi sahəsində bir sıra uğurlar əldə edilib. Ali məktəb əməkdaşları tərə ‑
findən 2009‑cu ildə 33 doktorluq, 145 namizədlik dissertasiyası müdafiə olunub. Ali məktəblərdə
ça lışan alimlər tərəfindən 323 monoqrafiya, 308 dərslik, 522 dərs vəsaiti, 1285 adda proqram və
metodik ədəbiyyat nəşr etdirilib. Ötən il xarici jurnallarda alimlərin 1736 məqaləsi, beynəlxalq kon ‑
frans ların materiallarında 1279 məruzə tezisi çap olunub. Elmi İnformasiya İnstitutu (Institute for
Scientific Information) tərəfindən tərtib edilmiş, təsir əmsalı (impakt faktoru) olan jurnallarda
ölkəmizin ali məktəb alimləri tərəfindən 200‑dək elmi məqalə dərc edilib.
Ən mühüm hadisələrdən biri – 2009‑cu ildə «Təhsil haqqında» Azərbaycan Respublikası Qanu ‑
nunun qəbul edilməsi oldu. Qanunun qəbul edilməsi zərurəti, ilk növbədə, ölkədə və dünyada dinamik
inkişaf tendensiyaları, o cümlədən təhsil sahəsində əsaslı dəyişikliklərin olması, Azərbaycanın keyfiyyətcə
yeni inkişaf mərhələsinə qədəm qoyması, Avropa və dünya təhsil məkanına inteqrasiya istiqamətində
mühüm addımlar atması ilə bağ lı dır. Təbiidir ki, bütün bu proseslər təhsil qanunveri ciliyində, ən vacibi
isə «Təhsil haqqında» yeni Qa nunda öz əksini tapmalı idi. Bu səbəbdən, qəbul edilmiş Qanun, ölkəmizdə
təhsil siyasəti və strate gi ya sının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə, xalqımıza,
Azərbaycanda təhsilin inkişafına xidmət edəcək, milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə
inteqrasiyasını təmin edəcək.
Qanunda 5 yaşlıların məktəbəqədər təhsilə cəlbinin zəruriliyi, hər təhsil pilləsinə qəbul zamanı


31
məzunların əvvəlki təhsil pilləsindəki nəticələrinin nəzərə alınması, ixtisasartırma təhsilinin nəticələrinin
stimullaşdırılması, təhsil sistemində çalışanların yaş senzinin müəyyənləşdirilməsi, təhsil müəssisələrinin
maliyyələşdirilməsinin hər təhsilalana düşən xərc normaları nəzərə alınmaqla həyata keçirilməsi, ali
təhsilin üçpilləli strukturu və digər yeni məsələlər öz əksini tapıb. Qanunun icrası istiqamətində Təhsil
Nazirliyində hazırlanmış 40 adda normativ sənəd Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Sosial‑iqtisadi tərəqqisinə görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dinamik
inkişaf göstəriciləri BMT‑nin və digər beynəlxalq qurumların müvafiq hesabatlarında da əksini tapır.
Belə ki, BMT‑nin 2010‑cu il üzrə «İnsan inkişafı hesabatı»nda göstərilir ki, 2005–2010‑cu illər ərzində
Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olub. Belə ki, 2005‑ci ildə 101‑ci yerdə
olan Azərbaycan İnsan İnkişafı İndeksinin 1,77 orta illik artım tempi ilə keçmiş sovetlər məkanında
öncül mövqeyə çıxıb. Müqayisə üçün qeyd edək ki, Çin və Hindistan kimi ölkələrin İnsan İnkişafı
İndeksinin orta illik artım tempi müvafiq olaraq 1,57 və 1,66‑ya bərabər olub. BMT‑nin 2010‑cu il
üzrə «İnsan inkişafı hesabatı»nda 34 pillə irəliləyərək 169 ölkə arasında 67‑ci pilləyə yüksələn
Azərbaycanda əhalinin savadlılıq səviyyəsi isə 99,5 faiz təşkil edir. Bütün bunlar ölkəmizdə həyata
keçirilən hərtərəfli islahatların və uğurlu təhsil siyasətinin parlaq təzahürüdür.
Göründüyü kimi, müstəqil Azərbaycanın dövlət siyasətində təhsil ən prioritet istiqamətlərdən
biridir. Odur ki, məqsədyönlü dövlət siyasəti sayəsində təhsil sisteminin inkişaf tempinin günbəgün
daha intensiv xarakter alması göz önündədir.
Təhsil sahəsindəki çoxillik fəaliyyətim zamanı onu da yəqin etdim ki, milli təhsil quruculu ğun ‑
da tarixilik, varislik, müasirlik prinsipinə əsaslanmaqla, yəni ötən əsrlərdə xalqımızın təhsil sahə ‑
sindəki malik olduğu zəngin irsi, maarifçi ziyalıların və görkəmli şəxsiyyətlərin mütərəqqi ideya və
fikirlərini öyrənməklə, onlardan müasir dövrün tələblərinə uyğun bəhrələnməklə böyük nailiyyətlər
qazanmaq mümkündür. Çünki milli‑ənənəvi təcrübə ümumbəşəri təcrübə ilə inteqrasiyada
müasirlik mahiyyəti daşıyır. Ona görə də biz ilkin olaraq təhsil tariximizi, təlim və tərbiyə təcrübəsini
mükəmməl öyrənməli, milli qaynaqları üzə çıxarmalıyıq. Bu da səbəbsiz deyil. Belə ki, təhsil
sahəsində apardığımız yeniləşmə və təkmilləşmə, ilk növbədə, milli zəmin üzərində qurulmalıdır.
Bununla yanaşı, təhsildə köklü məzmun islahatları apararkən yalnız öz bilik və təcrübəmizə deyil,
həm də bəşəriyyətin yaratdığı təcrübəyə, dünyagörüşünə və həyat fəlsəfəsinə söykənməliyik.
Bəşəriyyətin bu sahədəki təcrübəsi zəngin mənəviyyat xəzinəsidir. Həmin xəzinənin mənəvi
sərvətlərinin qiymətli bir hissəsini xalqımızın ta qədimdən bu günə qədər təhsil və tərbiyə ilə bağlı
yaratdığı nəzəriyyə və konsepsiyalar, eləcə də onların əməli fəaliyyətləri təşkil edir.
Əlbəttə, danılmaz faktdır ki, sələflərimiz şərəfli bir tarix yaradıblar. Biz onların millətin tə ‑
kamülündəki xidmətlərini araşdırıb indiki və gələcək nəsillərə çatdırmaq və bu şərəfli yolu davam
etdirməyə çalışmaqla öz mənəvi borcumuzu yerinə yetirmiş oluruq.
Beləliklə, oxuculara təqdim olunan bu kitabda ümumi və yığcam şəkildə maarif və təhsilimizin
təxminən son bir əsrdəki inkişafında və təkmilləşdirilməsində, ümumi təhsil, texniki peşə, ali və
orta ixtisas məktəbləri şəbəkələrinin yaranmasında dövlət qurumu olaraq nazirlik, komissarlıq və
komitələrin rolu açıqlanır. 
Kitabda Azərbaycan təhsilinin hazırkı səviyyəyə yüksəlməsində bu sahəyə müxtəlif vaxtlarda
rəhbərlik etmiş şəxslərin rolunu nəzərə alaraq xalqın maariflənməsi yolunda atılan addımlardan
söhbət açılır.
Ümummilli inkişafımızın təməli olan, milli dəyərlərimizin qorunmasında mühüm əhəmiyyət
kəsb edən təhsilimizdən, təhsil tariximizdən, təhsil sahəsinə rəhbərlik edən şəxslərin həyat yolundan,
fəaliyyətindən bəhs edən bu kitabın hazırlanıb ərsəyə gətirilməsi xüsusi tarixi‑pedaqoji, ictimai‑
mədəni əhəmiyyətə malikdir.

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin