Misir Mərdanov fəal ictimai xadim kimi ölkənin ictimai‑
siyasi həyatında yaxından iştirak edir. Onun elm sahəsindəki
məhsuldar əməyi, ictimai fəaliyyəti Azərbaycan dövləti tərə ‑
fin dən yüksək qiymətləndirilib, 1999‑cu ildə «Əməkdar elm
xadimi» adına layiq görülüb, 2006‑cı ildə «Şöhrət» ordeni ilə
təltif olunub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və
İdarə Heyətinin üzvüdür.
O, dərin elmi axtarışların bəhrəsi olan 15‑dən artıq kitabın,
100‑dən çox elmi məqalənin müəllifidir. Məhz onun birbaşa
rəhbərliyi ilə ilk dəfə ölkənin təhsil tarixinə dair ciddi axtarışlar
aparılıb, «Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində (1918–
1920)» (2003), «Azərbaycanın təhsil siyasəti» (2 cilddə, 2005),
«Azərbaycan müəllimlərinin qurultayları. I–XII» (2008),
«Azərbaycan müəllimlərinin XIII qurultayı» (2009) və digər
kitablar işıq üzü görüb. Tarixi materiallar əsasında hazırlanmış
bu kitablarda ayrı‑ayrı dövrlərə aid materialların ilk dəfə toplu
halında cəmləşdirilməsi Azərbaycan təhsil tarixinin mühüm bir
hissəsinin əsaslı şəkildə öyrənilməsinə imkan verir.
Onun təhsil sahəsinin inkişafına və bu istiqamətdə
aparılan islahatlara həsr olunmuş «Heydər Əliyev və Bakı
Dövlət Universiteti» (1997–1998), «Azərbaycan təhsili islahat
illərində» (2001), «Təhsil millətin gələcəyidir» (2002), «Azər ‑
baycan Respublikasının dövlət rəmzləri» (2002), «Təhsil sis ‑
temində monitorinq və qiymətləndirmə» (2003), «Azərbaycan
təhsili müstəqillik illərində» (2003), «Azərbaycan təhsili dünən,
bugün, sabah» (2006), «Davamlı inkişaf və təhsil» (2007), «Pre ‑
zident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı, 2003–
2008» (2008), «Azərbaycan təhsili yeni inkişaf mərhələsində»
236
Dostları ilə paylaş: