8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə121/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   118   119   120   121   122   123   124   125   126
1989‑cu ilin iyununda
Kiyev şəhərində
Riyaziyyat İnstitutu nun
elmi şurasında doktorluq
dissertasi yasını
müvəffəqiyyətlə müdafiə
edib
Azərbaycanda təhsil
sahəsində genişmiqyaslı
islahatların həyata
keçirilməsi Misir
Mərdanovun təhsil naziri
kimi fəaliyyət göstərdiyi
dövrə təsadüf edir
Xalq şairi Bəxtiyar 
Vahabzadə ilə görüş (2003)


224
Avropa Şurasının Baş
katibi Valter Şvimmerlə
görüş (2003)
Azərbaycan
müəllimlərinin 
XII qurultayı (2003)


225
YUNESKO‑nun baş
direktoru Koişiro
Matsuura ilə təhsil
sahəsində əməkdaşlığa
dair memorandumun
imzalanma 
mərasimi (2005)
Avropa ölkələri təhsil nazirlərinin Norveçin Bergen şəhərində keçirilmiş konfransının 
iştirakçıları arasında (2005)


226
Ölkənin təhsil tarixində
ilk dəfə olaraq yeni
Milli Kurikulum –
Milli Təhsil
Konsepsiyası sənədi
hazırlanıb
Azərbaycanla Latviya arasında
təhsillə bağlı sənədin
imzalanma mərasimi (2006)
Heydər Əliyev Fondunda
görüş (2006)
Komissiyasının sədri kimi, Azərbaycanın təhsil tarixində ilk dəfə
olaraq «Azərbaycan Respublikasının təhsili sahəsində islahat
proqramı»nın hazırlanmasına bilavasitə rəhbərlik edib. Proqram
hazırlanarkən təhsil sahəsində bu günə qədər qazanılmış nailiy ‑
yətlər, mütərəqqi ənənələr əsas götürülüb, eyni zamanda dün ‑
yanın inkişaf etmiş ölkələrinin təhsil sahəsində təcrübə sindən –
ümumbəşəri dəyərlərdən istifadə olunub. Bununla da ölkədə
təhsilin inkişaf strategiyası müəyyənləşdirilib.
1999‑cu ildən etibarən Azərbaycanda təhsil islahatları
Dünya Bankının maliyyə dəstəyi ilə daha intensiv həyata
keçirilməyə başlanılıb.
Ölkənin təhsil tarixində ilk dəfə olaraq yeni Milli
Kurikulum – Milli Təhsil Konsepsiyası sənədi hazırlanıb. Na ‑
zir  lər Kabineti tərəfindən təsdiq olunmuş bu sənəd əsasında


ibti dai siniflər və ayrı‑ayrı fənlər üzrə kurikulumlar hazırla ‑
naraq, 2008–2009‑cu ildə dərs ilindən tətbiq edilməyə başla ‑
nılıb. Bu nunla yanaşı, bu dövrdə dünya təcrübəsinə uy ğun
olaraq, şa gird nailiyyətlərinin qiymətləndirilməsi üzrə  ümumi
təhsil sahəsində yeni sistem tətbiq edilib. Mövcud müəllim ha‑
zırlığı sistemində köklü dəyişikliklər olunub və yeni kuriku ‑
lumlar əsasında müəllim hazırlığına başlanılıb.
2005‑ci ildən etibarən təhsilin keyfiyyətinin yüksəlməsinə
xidmət edən  informasiya‑kommunikasiya texnologiyalarının
(İKT) tətbiqinə başlanılıb. Məhz bu dövrdə Azərbaycanın
bütün ümumtəhsil məktəbləri kompyuterləşdirilib, ilk dəfə
olaraq elektron tədris resurslarından istifadə edilib, təlim pro ‑
se sində və idarəetmədə İKT‑nin geniş tətbiq olunmasına
başlanılıb.
Misir Mərdanovun təhsil naziri kimi fəaliyyətində ən
əhəmiyyətli məqamlardan biri də yeni dərslik siyasətinin uğur ‑
la həyata keçirilməsidir. Ölkənin bütün ümumtəhsil mək təb lə ‑
rinin şagirdləri milli‑mənəvi və bəşəri dəyərlərə uyğun, yüksək
poliqrafik keyfiyyətlə hazırlanan və çap olunan dərs lik lərlə
pulsuz təmin olunurlar. Dərslik siyasətinə olduqca cid 
di
münasibətinin nəticəsidir ki, o, orta məktəblər üçün «Ri ya ziy ‑
yat», «Həndəsə», «Cəbr», «Cəbr və analizin baş lan ğıcı» dərs ‑
liklərinin həmmüəllifi kimi bu prosesdə yaxından iştirak edir.
Onun fəaliyyəti dövründə ölkənin təhsil müəssisələrinin
maddi‑texniki bazası hiss olunacaq dərəcədə möhkəmlənib,
son illərdə 2000‑dən çox müasir tipli məktəb binası tikilib və
əsaslı təmir edilib, məktəblərin maddi‑texniki təminatında
irəliyə doğru ciddi addımlar atılıb, ali təhsil müəs sisələrinin
Avropa ali təhsil sisteminə inteqrasiyası istiqamətin də bir sıra
uğurlar qazanılıb.
227

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin