8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə36/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   126
Müseyib Əli oğlu
Şahbazov 1898‑ci ildə
Mahaçqala şəhərində
anadan olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1935–1936)
Müseyib Şahbazov (şəkildə
solda) Dərbənd realnı
məktəbində oxuyarkən (1912)


niya sında kənd inqilab komitələri və partiya özəklərinin fəa ‑
liyyətinin möhkəmləndirilməsində bilik və bacarığını əsir ‑
gəmə yib.
Həştərxana qayıtdıqdan sonra onu Bakıya göndəriblər.
XI ordunun tərkibində Azərbaycana gələn Müseyib Şahbazov,
sonradan RK(b)P Dağıstan Vilayət Komitəsinin sərəncamına
göndərilib, Cənubi Dağıstan üzrə məsul büro katibi kimi işə
başlayıb. 1920‑ci ilin noyabrında Qaytaq‑Tabasaran mahal ko ‑
mitəsinin məsul katibi vəzifəsində işə başlayıb.
Prinsipial və genişqəlbli xüsusiyyəti ilə fərqlənən Mü se ‑
yib Şahbazov 1921‑ci ilin aprel ayında Azərbaycan K(b)P MK‑
nın xahişi ilə Bakıya göndərilib, Gəncə Qəza İcraiyyə Komi ‑
təsinin sədri, Kirovabad dairə Komitəsinin məsul katibi, ADU‑
nun rektoru vəzifələrində çalışıb. Sonradan o, Azər baycan
K(b)P MK‑nın şöbə müdiri işləyib.
Moskvada Qırmızı Professura Ədəbiyyat İnstitutunu bi ‑
tirən Mü se yib Şahbazov hərtərəfli hazırlığa malik bir ziyalı
80
Müseyib Şahbazov həyat yoldaşı
Lyubov Şahbazova 
ilə birlikdə (1921)


olaraq ma a rif və mədəniyyət məsələlərinə aid bir sıra kitab və
məqalələr müəllifi kimi tanınıb.
O, «Yeni yol» qəzetinin redaktoru olarkən bu istiqamətdə
fəalyyətini daha da genişləndirib, tükənməz enerji ilə çalışıb.
AK(b)P MK üzvü, Azərbaycan MİK və Zaqafqaziya MİK‑in
üzvü seçilən Müseyib Şahbazov ÜİK(b)P XIV qurultayının
nümayəndəsi olub, Zaqafqaziya Həmkarlar İttifaqları Şurasına
və Maarif İşçiləri Həmkarlar İttifaqı MK‑ya üzv seçilib, 1936‑cı
ildə «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunub.
1935–1936‑cı illərdə Azərbaycanın xalq maarifi komissarı
işlə miş Müseyib  Şahbazov latın əlifbasına keçməyin əhəmiy ‑
yəti mövzusunda məqalələrlə çıxış edib, xalq maarifinin
inkişafı məsələlərinə geniş yer verib.
Dövrünün tanınmış publisistlərindən olan Müseyib Şah ‑
ba zov yeni insan tərbiyəsi məsələsinə xüsusi diqqət yetirib, bu
baxımdan maarif orqanlarının vəzifələrini açıqlayıb.
Xalq maarifi komissarı işlədiyi iki il ərzində sələfləri olan
xalq  ma a rifi komissarlarının başladıqları işləri davam etdirərək
ümum təhsil məktəb şəbəkəsinin genişlən dirilməsi,  tədris
müəs si sə lərinin pedaqoji kadrlarla təmin olun ması,  təhsilin
məz mu nu nun təkmilləşdirilməsi istiqa mətində xeyli iş gör ‑
məyə mü vəffəq olub.
Müseyib Şahbazov 1937‑ci ildə vəfat edib.  
81

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin