Məmmədsadıq Əhməd oğlu Əfəndiyev 1902‑ci ildə
Türkmənistanın Aşqabad şəhərində anadan olub.
İlk təhsilini Nuxada (indiki Şəki) alan Məmmədsadıq
Əfən diyev 12 yaşında anasını, 5 il sonra isə atasını itirib. 1913‑cü
ildə Nuxa klassik kişi qimnaziyasına daxil olub. Maddi çə tin lik ‑
lər ucbatından 1919‑cu ildən təhsilini davam etdir mək lə ya naşı,
həm də mətbəədə çalışıb və Nuxa Bolşevik Təşkila tı na üzv yazı ‑
lıb. Ordu sıralarında olarkən Bakıda hərbi mək təbdə oxuyub.
Sovet hərbi məktəbinin ilk məzunlarından olan Məm məd sadıq
Əfəndiyev 1920‑ci ildən hərbi sahədə çalış mağa başlayıb.
1920‑ci ilin ortalarından 1925‑ci ilə qədər Ümumittifaq
Fövqəladə Komissiyası orqanlarında çalışıb.
Xüsusi xidmət
orqanlarının təcrübəli işçisi kimi Azərbaycanda və İranda
mühüm tapşırıqlar yerinə yetirib. Peşəkarlığına və nümunəvi
fəaliyyətinə görə Dövlət Təhlükəsizlik
Komitəsinin Kollegiya
üzvü seçilib, qızıl silahla təltif edilib.
Səhhətindəki problemlərlə bağlı 1925‑ci ildə istefaya çıx ‑
dıq dan sonra Bakı Türk Fəhlə Teatrının direktoru, Dövlət Ope ‑
ra və Balet Teatrının
direktor müavini, Teatr Texniku munun
direktoru, Azərbaycan Tamaşa Müəssisələri İdarəsinin direk ‑
to ru və direktor müavini vəzifələrində uğurla fəaliyyət göstə ‑
rib, Moskva Dövlət Kinematoqrafiya İnstitutunda,
Çay kovski
adına Moskva Dövlət Konservatoriyasında və Pokrov ski adına
Kommunist Universitetində işləyib.
1931‑ci ildə Moskva Qırmızı Professura Ədəbiyyat İnsti ‑
tu tuna qəbul olub. Elmi tədqiqat mövzusu üzərində işə başlasa
da, Mərkəzi Komitə tərəfindən yeni
vəzifəyə təyin olunduğuna
görə dissertasiyasını müdafiə edə bilməyib.
1935–1937‑ci illərdə Azərbaycan SSR Baş Siyasi İdarəsinin
rəisi, Azərbaycan KP MK‑nın təbliğat və təşviqat,
mətbuat və
nəşriyyat şöbələrinin müdiri vəzifələrində çalışıb.
1937‑ci ildə xalq maarifi komissarı təyin edilib. Bir ilə
yaxın Azərbaycan təhsilinə uğurla rəhbərlik edib.
1938‑ci ildə haqsız olaraq həbs edilib. Uzun sürən araş ‑
dırmalardan sonra 1940‑cı ildə həbsdən azad olunub.
Sonralar Azərbaycan SSR Xalq Komissarları Sovetinin so ‑
sial‑mədəni
qrupunun rəhbəri, Karl Marks adına Azər bay can
Xalq Təsərrüfatı İnstitutunun direktoru və Müslüm Maqoma yev
adına Azərbaycan Dövlət Filarmo niyasının di rektoru işləyib.
Məmmədsadıq Əfəndiyev 1942‑ci ildə cəbhəyə göndə ‑
rilib və həmin il həlak olub.
83
Dostları ilə paylaş: