8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə40/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   126
Mirzə Məmmədov xalq
maarifi komissarı
vəzifəsində çalış dığı 
4 il ərzində də yüksək
vətənpərvərlik
nümunəsi göstərib,
milli ideallara
bağlılığını çəkinmədən
nümayiş etdirib, 
idarə çilikdə yerli
kadrlara üstünlük verib
Mirzə Məmmədov respublika
elmi‑praktik konfransında (1965)
Səkildə (soldan): 2. Rəfiqə Hüseynova –
Ali məktəb, elmi idarə və maarif işçiləri
Respublika Həmkarlar Komitəsinin
sədri; 3. Mirzə Məmmədov – Azərbaycan
Elmi Tədqiqat Pedaqoji İnstitutunun
direktoru; 4. Mehdi Mehdizadə – xalq
maarifi naziri; 5. Məmmədəli Zeynalov –
xalq maarifi nazirinin birinci müavini 
və başqaları 


rına olan ehtiyacların ödənilməsi istiqamətlərində mövcud
prob lemlərin həlli üçün əsl fədakarlıq göstərib.
1959‑cu ildə xalq maarifi komissarı olarkən icbari ümumi
təhsil sahəsində gördüyü işləri, elmi araşdırmalarını nəzəri
cəhətdən ümumiləşdirərək «Azərbaycan SSR‑də icbari təhsilin
inkişafı» adlı namizədlik dissertasiyasını müdafiə edərək pe ‑
da qoji elmlər namizədi alimlik dərəcəsi alır.  Elə həmin ildə
Mirzə Məmmədov  pedaqoq, psixoloq və müxtəlif fənlər üzrə
metodist alimlərin pərvazlandıqları Azərbaycan Elmi Tədqi ‑
qat Pedaqogika İnstitutuna (indiki Təhsil Problemləri İnsti tutu)
direktor göndərilir.
İnstituta rəhbərlik etdiyi illər ərzində hər biri 15 çap
vərəqi həcmində olan «Azərbaycan dilinin metodikası», habelə
ikicildlik «Ədəbiyyatın tədrisi metodikası» hazırlanaraq nəşr
olunur. Yaradıcılıq diapazonu geniş olan Mirzə Məmmədov
pedaqogikanın tarixi və nəzəriyyəsinin aktual problemlərinə
cəsarətlə müdaxilə edib, orijinal fikir və ideyaları sayəsində
elmi ictimaiyyət arasında böyük nüfuz qazanıb.
Pedaqoji elmlərin bir çox sirlərinə dərindən bələd olan
geniş erudisiyalı alim kimi Mirzə Məmmədovun dəyərli məs ‑
lə hət və tövsiyələri elm yolunda olan gənc tədqiqatçılar üçün
böyük əhəmiyyət daşıyıb, bir növ mayak rolunu oynayıb.
Azər baycanda pedaqoji və elmi‑pedaqoji kadr hazır lığında
müstəsna xidmətləri olan görkəmli alimin ürəyinin hərarətin ‑
dən, gözünün nurundan, yüksək intellektindən onlarca təd ‑
qiqatçıya pay düşüb. Aktuallığı, miqyası ilə seçilən bu tədqi ‑
qat lardan əldə olunan nəticələr və elmi yeniliklər pedaqogi ka ‑
nın nəzəri‑təcrübi inkişafı baxımından mühüm əhəmiyyət da ‑
şıyır. Mirzə Məmmədov Moskva, Daşkənd və Tbilisidə milli
kadr ların doktorluq dissertasiyalarının müdafiə sini təşkil edib.
Ömrünün sonunadək Azərbaycan Elmi Tədqi qat Pedaqogika
İnstitutuna rəhbərlik etmiş Mirzə Məmmədov bu elm ocağının
davamlı inkişafı, yüksəlişi üçün əlindən gələni əsirgəməyib.
«Qırmızı Əmək Bayrağı», «Şərəf nişanı» ordenləri və
medallarla təltif olunub, SSRİ və Azərbaycan SSR Ali Sovet inə
deputat seçilib.
Mirzə Məmmədov 1973‑cü il mayın 5‑də dünyasını
dəyişib, İkinci Fəxri xiyabanda dəfn olun ub.
87

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin