biy yat», «Azər baycan dili», «Xəlqilik və realizm cəbhəsin dən»,
«Aşıq ədəbiyyatında realizm» kimi tədqiqat əsərlərinin müəl ‑
lifidir. Vilyam Şekspirin «Kral Lir», «On ikinci gecə», Molyerin
«Don Juan», Anton Çexovun «Üç bacı» pyeslərini, Nikolay
Qavri loviç Çernışevskinin «Nə etməli» romanını
və digər
əsərləri Azərbaycan dilinə tərcümə edib.
Böyük Vətən müharibəsi illərində sovet ordusu sıraların ‑
da İranda olub, müşahidələr aparıb, «Vətən yolunda» qəzeti ‑
nin redaktoru kimi fəaliyyət göstərib. Topladığı fakt və apar ‑
dı ğı müşahidələr əsasında bir sıra dəyərli əsərlərini qələmə
alıb. Onun tarixi mövzuda yazdığı «Pərvanə» romanı ədəbiy ‑
yat şünaslıqda xüsusilə yüksək dəyərləndirilir.
1945‑ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının hə ‑
qiqi üzvü seçilib. O, dəyərli tədqiqat əsərləri ilə yanaşı, həm də
Xaqani Şirvani,
Səməd Vurğun, İsmayıl Şıxlı və başqa sə nət ‑
kar lar barədə sanballı məqalələrin müəllifidir.
Mirzə İbrahimov 1942–1946‑cı illərdə xalq maarifi komis ‑
sa rı vəzifəsində çalışıb.
Böyük Vətən müharibəsi illərində xüsusən humanitar və
ictimai fənlərin məzmunu səfərbərlik ruhunda, vətənpərvərlik
kontekstində dəyişdirilmişdi. Dərslik, dərs vəsaitləri çatış mırdı.
Bu problemlərin həlli istiqamətində əməyini əsir gəmə yən
Mirzə İbrahimov müharibədən bir il sonra Azər bay can müəl ‑
lim l ərinin VI qurultayında (26–28 avqust 1946‑cı il) res
pub lika
məktəb lərində təlim‑tərbiyənin keyfiy yətini yaxşı laş dırmaq
haqqında məruzə ilə çıxış etmişdi. Aka de mik Mirzə İbra hi mov
məruzəsində respublika mək təblə rində təlim‑tərbi yə nin keyfiy ‑
yətini yaxşılaşdırmaq haqqında fikirlə rini söyləyə rək, mü ‑
haribə nin od və alovları içərisində xalq müəl liminin fəda kar
əməyinin özünü göstərdiyini vurğulamış, ümu mi icbari təhsil
qanununun yerinə yetirilməsi sahəsində vəziyyəti fakt larla
90
Dostları ilə paylaş: