Müseyib Əli oğlu Şahbazov 1898‑ci ildə Mahaçqala
şəhərində anadan olub.
İlk təhsilini kənd məktəbində alan Müseyib atası ilə Həş ‑
tər xana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə
təhsilini davam etdirib. Həmin dövrdə burada təhsil alan
Məzahir Rzayev, İsay Yakimoviç,
Kərim Məmmədbəyov və
baş qa ları ilə tanışlıq onda ictimai işlərə maraq yaradıb.
«İşıq» dərnəyində inqilabi fəaliyyətlə maraqlanıb, Marks
və Engelsin nəzəri fikirləri ilə tanış olub, 1917‑ci il Fevral in ‑
qilabından sonra «Hümmət» təşkilatı ilə sıx əlaqə saxlayıb,
kəndlilər, ordudan tərxis olunan əsgərlər arasında təbliğat apa ‑
rıb. Dərbənddə realnı məktəbini bitirərək Həştərxana qayıdıb,
Ru siya Kommunist (bolşevik) Partiyası sıralarına daxil olub.
Siyasi işçilər hazırlayan kursu bitirən Müseyib
Şahbazov
xü susi tapşırıqlarla XIII orduya göndərilib. O, Xarkov quber ‑
79
Dostları ilə paylaş: