Kamran Nəbi oğlu Rəhimov 1928‑ci ildə Naxçıvan
Muxtar Respublikası Şərur rayonunun Qarabağlar kəndində
dünyaya göz açıb.
Qeyri‑adi qabiliyyəti, elmə, biliyə marağı sayəsində Nax ‑
çı van ikiillik Müəllimlər İnstitutunun tarix, dil‑ədəbiyyat fa ‑
kültəsinə qəbul edilib. 1945‑ci ildə
institutu fərqlənmə diplomu
ilə bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix
fa
kültəsinə daxil olub, ali təhsilini başa vurduqdan sonra uni ‑
versitetin yeni tarix kafedrasında baş müəllim kimi saxlanılıb.
1954‑cü ildə Kamran Rəhimov Partiya Tarixi İnstitu tunun
aspiranturasına qəbul olunub, Azərbaycan KP MK‑nın nəzəri‑
siyasi jurnalı olan «Azərbaycan kommunisti»nə şöbə müdiri
vəzifəsinə göndərilib. 1959–1962‑ci illərdə Baş redak torun
müavini, 1962‑ci ildən 1975‑ci ilə qədər Baş redaktor vəzi ‑
fəsində çalışıb.
Jurnalda işləyə‑işləyə elmi və müəllimlik fəaliyyətini
davam etdirib, universitetdə saathesabı mühazirələr oxuyub.
1958‑ci ildə namizədlik, 1966‑cı ildə Azərbaycan Dövlət Uni ‑
ver sitetinin böyük elmi şurasında, 1967‑ci ildə isə SSRİ Ali
Attestasiya Komissiyasının plenumunda doktorluq disserta ‑
siyası müdafiə edib.
Kamran Rəhimov bir sıra monoqrafiya, dərslik, çoxsaylı
elmi‑nəzəri və publisistik məqalələrin müəllifidir.
117
Dostları ilə paylaş: