Qısa müddətdə bir
çox ümumtəhsil
məktəblərində
Yaponiyadan və
Moskvadan gətirilmiş
kompyuterlər
quraşdırılır
məktəblərində kompyuter siniflərinin yaradılmasına xüsusi
diqqət yetirib. Maarif Nazirliyinin tikinti tresti yanında mü va ‑
fiq mütəxəssis lərdən ibarət qrup yaradılır və həmin qrup la ‑
zımi avadanlıq larla təchiz olunur, müəllimlər üçün kurslar
təşkil edilir.
Qısa müddətdə bir çox ümumtəhsil məktəblərində Yapo ‑
ni yadan və Moskvadan gətirilmiş kompyuterlər quraşdı rı lır.
Təhsilin kütləvi kom pyuterləşməsinin aktuallığını nəzərə ala ‑
raq, Bakı Radio Zavodunun orta məktəblər üçün kompyu ter
isteh salı üzrə ixtisaslaşdırılması məsələsi qaldırılır. Bu təşəb ‑
120
Qazax
rayon Xalq Maarifi
Şöbəsində (1984)
Xalq maarifi naziri Kamran
Rahimov Qazaxda (1984)
Şəkildə (soldan): 1. Rüstəm Rüstəmov –
Qazax
rayon xalq maarifi şöbəsinin
müdiri, 3. Kamran Rəhimov – xalq maarifi
naziri və başqaları
büs bəyənilərək müvafiq qərar qəbul edilir, Bakı kom pyu ‑
terinin ilk nümunəsi hazırlanır.
1988‑ci ildə respublikanın Maarif, Ali və Orta İxtisas
Təhsili nazirlikləri, Texniki Peşə Təhsili Komitəsi vahid bir
qurumda birləşdirilərək, Azərbaycan Respublikası Xalq Təhsili
Nazirliyi yaradılır. Yeni nazirliyin strukturu müəyyənləşdiri ‑
lərkən professor Kamran Rə himov xalq təhsili nazirinin birinci
müavini təyin olunur.
Kamran Rəhimov Milli Məclisin
üzvü kimi Azərbaycan
nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə
səfərlərdə olub.
Əməkdar elm xadimi,
tarix elmləri doktoru, professor
Kamran Rəhimov 2007‑ci ildə vəfat edib.
121
Dostları ilə paylaş: