8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə64/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   126
1988‑ci ildə respublikanın
Maarif, Ali və Orta İxtisas
Təhsili nazirlikləri,
Texniki Peşə Təhsili
Komitəsi vahid bir
qurumda birləşdirilərək,
Azərbaycan Respublikası
Xalq Təhsili Nazirliyi
yaradılır
Qazax Xalq Maarifi Şöbəsinə
Keçici Qırmızı Bayraq 
verilərkən (1984)
Şəkildə (soldan): 1. Şahin Səfərov –
«Azərbayca müəllimi» qəzetinin baş
redaktoru, 2. Kamran Rəhimov – xalq
maarifi naziri və başqaları


TOFİQ İSMAYIL OĞLU 
HACIYEV
(1936)


Tofiq İsmayıl oğlu Hacıyev 1936‑cı ildə Cəbrayıl rayo ‑
nunun Soltanlı kəndində anadan olub.
Soltanlı kənd orta məktəbini bitirib. 1953‑cü ildə
Azərbaycan Dövlət Universi tetinin filologiya fakültəsinə qəbul
olunub, 1958‑ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və
dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib.
1962‑ci ilin martında «Azərbaycan dilinin Cəbrayıl şivə ‑
si» mövzusunda namizədlik, 1969‑cu ildə «XX əsrin əv vəl lə ‑
rin də Azərbaycan ədəbi dili» mövzusunda doktorluq disser ‑
tasiyası müdafiə edib.
Onun «Sabir: qaynaqlar və sələflər» (1980), «Şeirimiz,
nəsrimiz, ədəbi dilimiz» (1990), «Dədə Qorqud: dilimiz, dü ‑
şün cəmiz» (1999) kitabları işıq üzü görüb. «Azərbaycan sovet
ədəbiyyatı» (1988) dərsliyinin ərsəyə gəlməsində həm müəllif
kimi iştirak edib. Eyni zamanda «Azərbaycan ədəbi dili tarixi»
(2‑ci hissə, 1987) dərsliyinin, «Azərbaycan ədəbi dili tarixi»
(1976), «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili ta rixi»
(1977), «Azərbaycan dili tarixi» (1983, Kamil Vəliyevlə birgə),
«Azərbaycan dili» (1993, Zərifə Budaqova ilə birgə) kimi mo ‑
noqra fiya və dərs vəsaitlərinin müəllifidir. Klassiklərimizin dili
və üslubu ilə bağlı onlarca məqaləsi işıq üzü görüb, «Satira
dili» (1975), «Yazıçı dili və ideya‑bədii təhlil» (1979), «Molla
Nəsrəddin»in dili və üslubu» (1983), «Füzuli: dil sənətkarlığı»
(1994) kitabları çap olunub. Orta məktəblər üçün «Türk dili»
(IX sinif, 1994, Əsgər Quliyev, Nizami Cəfərovla birgə), «Türk
dili» (X–XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri
də nəşr edilib.
123

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin