Partiya Məktəbinə oxumağa göndərilib.
İkinci Dünya müharibəsində iştirak edib, 1941‑ci ilin
iyununda ordu sıralarına çağırılıb. 1941‑ci ilin oktyabrına qə ‑
dər Xalq Daxili İşlər Komissarlığının Qərb Hərbi Dairəsində,
sonra isə Zaqafqaziya cəbhəsindəki Xüsusi şöbənin rəisi və zi ‑
fələrində çalışıb. Ordudan tərxis edildikdən sonra – 1941‑ci ilin
oktyabrından 1942‑ci ilin yanvarına qədər AKP MK‑nın Nəq ‑
liy yat şöbəsinin müdiri, 1942‑ci ilin yanvarından 1943‑cü ilin
yanvarına qədər isə Zaqafqaziya Dəmiryolunun Bakı bölmə ‑
sinin Siyasi şöbəsinin rəisi olub.
1943‑cü ilin yanvarında Təbrizə işə göndərilən Əkbər
Ənnağıyev Siyasi şöbə rəisi kimi çalışıb. İrandan qayıtdıqdan
sonra, 1943‑cü ilin oktyabrından 1944‑cü ilin mayına qədər
Kirovabad (indiki Gəncə) şəhərində Azərbaycan Kommunist