ləri»nin (dil və ədəbiyyat seriyası) 1976‑cı il 4‑cü nömrəsində
çap olunub (İkinci seminarın materialları isə həmin jurnalın
müxtəlif nömrələrində dərc edilib). Bu təd qiqat onun «Dədə
Qorqud»la bağlı gələcək axtarışlarında ilk ad dımı idi. «Azər ‑
bay can ədəbi dili tarixi» (1976) kitabında «Ki tabi – Dədə Qor ‑
qud»dakı hadisələrin, obrazların tarixi, abi dənin dili, poeti kası,
etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil verib.
Professor Tofiq Hacıyev ümumtəhsil məktəbləri üçün
proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif
kimi iştirak edib.
1993‑cü ilin yayından payızına qədər Azərbaycan Res pub ‑
li kasının xalq maarifi naziri işləyib. Bu dövrdə orta ümum təhsil
məktəbləri üçün Azərbaycan dili dərsliklərinin tərtibi və redak ‑
təsində səmərəli əmək sərf edib, müstəqil Azərbaycan ma a ri ‑
finin inkişafı naminə bir sıra layihələrin ideyasını irəli sürüb.
Lakin nazirliklərin yenidən birləşdirilməsi ilə əlaqədar
olaraq BDU‑nun türkologiya kafedrasına rəhbərliyə qayıdıb. Ata ‑
türk adına Dil Qurumunun həqiqi üzvü seçilən gör kəm li pro ‑
fessor Türkiyə Respublikasının «Ləyaqət» ordeni ilə təltif olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
əməkdar elm xadimi Tofiq Hacıyev elmi‑pedaqoji yaradı cı ‑
lığını bu gün də uğurla davam etdirir.
125
Dostları ilə paylaş: