8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə66/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   126
Professor Tofiq Hacıyev
ümumtəhsil məktəbləri
üçün proqram və dərslik ‑
lərin hazırlanmasında
təşkilatçı və müəllif kimi
iştirak edib
Gəncə şəhərində Mir Cəlal
Paşayev adına Elmi Tədqiqat
Mərkəzinin açılış mərasimi (2008)
Şəkildə (soldan). Birinci sıra: 2. Arif
Paşayev – akademik, 3. Ədibə Paşayeva –
dosent, 4. Nərgiz Paşayeva – professor, 
5. Tofiq Hacıyev – AMEA‑nın müxbir
üzvü, 6. Eldar Əzizov – Gəncə Şəhər 
İH‑nın başçısı, 7. Arif Mehdiyev –
akademik, 8. Akif Hacıyev – akademik,
10. Təhsin Mütəllimov – professor 
və başqaları



AZƏRBAYCAN 
DÖVLƏT 
TEXNİKİ 
PEŞƏ TƏHSİLİ 
KOMİTƏSİNİN 
SƏDRLƏRİ


ƏKBƏR ƏSGƏR OĞLU 
ƏNNAĞIYEV
(1911–1967)


Əkbər Əsgər oğlu Ənnağıyev 1911‑ci ildə Naxçıvanda
anadan olub.
Valideynləri muzdlu fəhlə işləyib. Onu 1924‑cü ilədək
valideynləri himayə edib. 1925‑ci ildən maddi çətinlikləri dəf
etmək üçün işləyib. Əmək fəaliyyətinə Azərbaycan Kom mu ‑
nist (bolşeviklər) Partiyasının Naxçıvan Vilayət Komitə sində
kuryer kimi başlayıb.
O, 1927–1930‑cu illərdə Zaqafqaziya Dəmiryolu Fabrik‑
Zavod Şagirdliyi Məktəbində təhsil alıb. 1930‑cu ildə ÜİK(b)P
sıralarına daxil olub, çilingər sexində təlimatçı işləyib. 1931‑ci
ildə Kiyev artilleriya məktəbinə qəbul olunub.
1932‑ci ildə Zaqafqaziya Fabrik‑Zavod Şagirdliyi Məktə ‑
binə rəis müavini vəzifəsinə təyin edilib. İstehsalatda çalışa‑
çalışa fəhlə fakültəsində təhsilini davam etdirib. 1932‑ci ilin
noyabrında Yol Nəqliyyatı Texnikumunda təhsil almaq məqsə ‑
dilə Bakıdan Tbilisiyə gedib.
Əkbər Ənnağıyev 1933‑cü ildən 1938‑ci ilə qədər Xalq
Daxili İşlər Komissarlığı orqanlarında işləyib. 1938‑ci ilin mar ‑
tında xəstəliklə əlaqədar Xalq Daxili İşlər Komissarlığı orqan ‑
larından xaric olunub.
1938‑ci ilin aprelindən dekabrına qədər Zaqafqaziya
Dəmiryolu Bakı sərnişin stansiyasının partiya bürosunun
katibi vəzifəsində çalışıb, sonrakı bir ildə isə Zaqafqaziya
Dəmiryolunun Bakı bölməsinin Siyasi şöbəsinin rəisi olub.
1939‑cu ilin dekabrından 1940‑cı ilin aprelinə qədər Azərbay ‑
can Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK)
Nəqliyyat şöbəsinin müdiri, 1940‑cı ilin aprelindən sentyabrına
qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə sinin
Təşkilat‑təlimat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1940‑cı
ildə Azərbaycan Kommunist Partiyası tərəfindən Moskva Ali
Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin