O, qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə də
müsbət yanaşırdı.
Həmin illərdə Sabirabad, Balakən, Yevlax,
Səbail, Nərimanov, Xaçmaz, Naftalan
və başqa rayonlarda xalq
maarifi şöbələrinə qadınlar müdir təyin olunmuşdu.
1983‑cü ildə Azərbaycanın xarici işlər naziri təyin edilən
Elmira Qafarova 4 ilə yaxın bu vəzifədə çalışıb. 1987‑ci ildə
Azərbaycan Respublikası Nazirlər Sovetinin sədr müavini
vəzifəsinə təyin edilib.
SSRİ Ali Sovetinin və bir neçə çağırış Azərbaycan
SSR Ali
Sovetinin deputatı olub.
Dağlıq Qarabağ hadisələrinin regionda ciddi ziddiyyətlər
doğurduğu bir zamanda Elmira Qafarova Azərbaycan
Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. Bu
qurumun adı dəyişdiriləndən sonra isə 1991‑ci ilə qədər
Respublika Ali Sovetinin sədri vəzifəsində çalışıb.
Elmira Qafarova 1993‑cü ildə vəfat edib.
115
Dostları ilə paylaş: