Məhsəti Gəncəvi XII əsr islam Şərqi
intibahının tanınmış Azərbaycan təmsilçilərindəndir.
Onun rübailərində insana, insan ləyaqətinə və əxlaqi
məziyyətlərinin gözəllik və bənzərsizliyinə sonsuz
hörmət və məhəbbətin ideya-estetik təzahürü
qabarıqdır. Bu hal Məhsətinin insana bəslədiyi saf və
ali duyğulardan qüvvət alır. Həmin duyğular poetik
təsvir obyektinin - insan gözəlliklərinin həyatiliyi və
etnik koloriti ilə də seçilir:
Yolda tutdum onu and-amanla mən,
Tərlədi gül üzü həya-şərmdən
Solğun bənizimə güldü lütf edib,
Əks oldu bənizim dişində, əhsən.
Bu rübaidəki aşiqlə məşuqun etnopsixoloji
davranışları və mənəvi-əxlaqi aləmləri yüksək poetik
sənətkarlıqla təsvir olunmaqla, insanın gözü önündə
klassik bir azərbaycanlı obrazını canlandırır. Həmin
sevgililər özlərində Azərbaycan xalqına məxsus etnik-mənəvi əxlaq və davranış
normalarını çox gözəl cəmləşdirmişlər. Bu eşq əsiri olan gənclərin əsil insani
keyfiyyətləri, onların saflıqla, həyat eşqi və zərifliklə yoğrulmuş mənəvi-əxlaqi
xüsusiyyətləri şair tərəfindən məhəbbət və vurğunluqla, hörmət və ehtiramla təsvir və
250
tərənnüm edilmişdir.
M.Gəncəvinin poeziyası insanın daxili mənəvi dünyasına nüfuz etməklə, həm
də "...həyata faciəli
münasibət bəsləmir, onun gözəlliyini, sevincini tərənnüm edir.
İnsanda nikbinlik yaradır, həyatdan nəşələnmək, zövq almaq meyli oyadır. ...
İnsanın... duyğularını tərənnüm edir"[5].
Ümumiyyətlə, Məhsəti yaradıcılığı humanizm və insana məhəbbət üstə
köklənən Azərbaycan intibah ədəbi-ictimai fikrinin parlaq, estetik cəhətdən zərif və
daxili məzmun baxımından zəngin səhifələrindən biridir.
Dostları ilə paylaş: |