Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə63/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   59   60   61   62   63   64   65   66   ...   139
Mirzə  Məhəmmədəli 

Saib  Təbrizi 

(1601-1679).  Təbrizdə  anadan  olub.  Ancaq  o, 

ömrünün  müəyyən  hissəsini  II  Şah  Abbas 

sarayında 

İsfahanda 

keçirməli 

olmuşdur. 

Bununla 

belə 


S.Təbrizi 

saraydan 

tez 

uzaqlaşmışdır.  Əsasən  N.Gəncəvi  ənənələri  ilə 



yazan 

şairin 


yaradıcılığında 

dövrün 


haqsızlıqlarından  giley  və  şikayət  motivləri  ilə 

yanaşı,  hakim  dairələrin  humanizm  və  ədalət 

ruhunda  tərbiyələndirilməsi  meyli  də  özünü 

göstərir. 

Saib 

Təbrizi 


lirik 

şair 


kimi 

məşhurlaşmışdır.  Onun  yüksək  sənətkarlıq 

nümunəsi  olan  poeziyası  İran  və  Türkiyə 

şairlərinə  güclü  təsir  göstərmişdir.  Bununla 

yanaşı 

mütəxəssislər 

Saibin 

poeziyasında 

M.Füzuli təsiri olduğunu birmənalı şəkildə təsdiq 

edirlər[21]. 

Doğrudan  da,  əgər  S.Təbrizi  özünün 

fəlsəfi  görüşlərinə,  panteist  baxışlarına  görə  Fəzlullah  Nəimi,  Şeyx  Əttar,  Əvhədi 

Marağayı,  Şah  Qasım  Ənvar,  Mövləvi  və  Hafizlə  yaxınlaşırsa[22],  poeziyasındakı 

fikir  tutumu,  romantik  duyğu  və  qəlb  yanğısı  ilə  M.Füzuli  ənənələrini  davam  və 

inkişaf  etdirdiyini  təsdiq  və  nümayiş  etdirir.  Ancaq  dilinin  xəlqiliyi,  bədii  fikrin 

M.Füzulidəki mürəkkəb və təmtəraqlı məcazlar sistemindən[23] fərqli olaraq, sadə və 

aydın  şəkildə  ifadəsinə  görə  S.Təbrizi  İ.Nəsimiyə  daha  çox  yaxın  və  doğmadır.  Bu 



267 

 

cəhəti qeyd edən şair və tədqiqatçı alim Balaş Azəroğlu yazır: "Məlum olduğu kimi, 



Həsənoğlu  və  Qazi  Bürhanəddindən  sonra  Azərbaycan  dilində  ölməz  sənət 

nümunələri yaradan və bu dili poeziya aləmində bütün incəlikləri ilə nümayiş etdirən 

böyük şair İmadəddin Nəsimi olmuşdur. Saibin ana dilində yazılmış əsərlərində nəzəri 

ilk cəlb edən cəhət Nəsimi lirikasına dil və ifadə sadəliyi baxımından yaxın olmasıdır. 

Nəsiminin şeirləri bir tərəfdən dilin sadəliyi, səmimiliyi, oynaqlığı və ahəngdarlığı ilə, 

digər tərəfdən sözün məna çalarlarının açılması və fikir aydınlığı ilə oxucunu heyran 

edir...  Nəsimidən  təqribən  üç  əsr  sonra  yaşayıb-yaratmış  Saib  Təbrizinin  də  ana 

dilində yazdığı şeirlərində məna dərinliyi, ifadə gözəlliyi, dil sadəliyi diqqətimizi cəlb 

edir"[24]. 

Müşahidə  və  araşdırmalar  göstərir  ki,  Saib  Təbrizi  poeziyasının  dil,  üslub, 

fikrin  ifadə  sadəliyi  və  mübarizlik  baxımından  özünə  zaman  etibarilə  M.Füzulidən 

xeyli uzaq olan İ.Nəsimi poeziyasına yaxınlığı hər iki mütəfəkkir şairin - İ.Nəsimi və 

S.Təbrizinin  yaşayıb  fəaliyyət  göstərdiyi  dövrlərdə  təəssüb  və  qəhrəmanlıq  hissinin 

yüksəkliyi,  xalqın  ideal  və  arzuları,  xoşbəxt  və  firavan  həyat  sürmələri  uğrunda 

mübarizəsi  ilə  bağlı  olaraq  ədəbiyyatda  xalq  ruhunun  ideya-bədii  ifadəsi,  təxminən 

xəlqilik keyfiyyətinin aparıcı mövqeyə çıxmasından irəli gəlir... Bu halı dövrün digər 

görkəmli sənətkarı olan Əlican Qövsi Təbrizinin (XVII əsr) yaradıcılığında da aydın 

görmək olar. 

Klassik  Azərbaycan  ədəbiyyatının,  daha  çox  İ.Nəsimi,  M.Füzuli  poeziyasının 

və  xalq  şeri  ənənələrinin  müsbət  xüsusiyyətlərini  özündə  əks  etdirən  Qövsi  Təbrizi

 

Təbriz  şəhərində  doğulub  kamala  çatsa  da,  Səfəvilər  hakimiyyətinin  sonlarında 



paytaxtın  İsfahana  köçürülməsi  ilə  əlaqədar  orada  məskunlaşdırılmışdır.  O,  bədii 

sözün  dəyərini  yüksək  qiymətləndirmiş,  bu  əvəzsiz  sərvətdən  xalqın  dərd  və 

arzularını,  problem  və  etirazlarını,  lirik  qəhrəmanın  səmimi  və  alovlu  eşqinin  qəlb 

çırpıntılarını  onun  ruhuna,  duyğu  və  düşüncəsinə  uyğun  şəkildə  ifadə  etmək  üçün 

özünə  və  sənətinə  yüksək  tələbkarlıqla  yanaşıb,  incə  zövq  və  sənətkarlıq  nümayiş 

etdirmişdir. 

"Qövsi  də  öz  sələfləri  kimi  məhəbbət  məfhumu  altında  varlığı,  həyatı  görür,

 

xüsusən  Vətən  məhəbbəti  təranələrini  ədəbiyyatımızda  ilk  dəfə  olmasa  da,  hərarətlə 



canlandıran qüdrətli bir sənətkar kimi nəzər-diqqəti cəlb edir. Onun əsərlərində XVIII 

əsrdə  kütləvi bir  hal almış qəriblik iztirablarının  ümumi  ifadəsi vardır. Qövsi Vətən 

məhəbbəti,  qəriblik  iztirabları  ilə  yanaşı,  azadlıq  təranələrilə  daha  çox  nəzər-diqqəti 

cəlb edir"[25]. 

Qövsi Təbrizi həm klassik ədəbi ənənələri, həm də xalq şerini dərindən bilirdi. 

Şair bütün qəlbi, ruhu ilə duyur və bütün bunları dövrün sosial-psixoloji tələblərinə, 

tarixi-ictimai  hadisələrinə  uyğun  şəkildə  bədii  yaradıcılıq  təxəyyülünün  zərif  və 

həssas  qəlb  süzgəcindən  keçirərək  gözəl  sənət  nümunələri  yaradırdı.  Onun 

qəzəllərində  misralarla  beytlər  arasında  möhkəm  bir  bağlılıq,  şerin  ümumi  ruhunda 

özəl  bir  musiqilik,  səslərin  ahəngi  diqqəti  cəlb  edir.  Eyni  zamanda  onlar  forma 

əlvanlığı ilə yanaşı, bədii ümumiləşdirmə gücünə malikdir. Şair lirik qəhrəmanın saf 



268 

 

eşqini,  ülvi  məhəbbətini,  aşiqin  vüsal  həsrətinin  şirin  əzablarını,  habelə  təbiətin 



bənzərsiz  gözəlliklərini  orijinal  bir  dillə,  təşbih  və  sitarələrlə  təsvir  və  tərənnüm 

etmişdir. 

Sələfləri Xaqani, Nizami, Nəsimi, Füzuli kimi Qövsi Təbrizi də dövrün ictimai 

problemlərini  öz  əsərlərində  vətəndaşlıq  yanğısı  ilə  əks  etdirmişdir.  Lakin  onun 

poeziyasındakı  kədərin  dərin  və  mübariz  vətəndaşlıq  məzmunu  oxucunu  bədbinliyə 

deyil, həyata, fəaliyyətə, taleyin insana bəxş etdiyi ömrü şərəflə, ağıl və etiqadla, eşq 

və gözəllikdən kam almaqla yaşamağa səsləyir. Şairin şeir dili canlı xalq dilinin, xalq 

ruhunun  poetik  zəriflik  və  musiqiliyini  yüksək  sənətkarlıqla,  bədii-estetik  ifadə 

gözəlliyi ilə nümayiş etdirir. 

"Qövsinin  dili  son  dərəcə  canlı,  ifadələri  ahəngdar,  təşbihləri  təbii  və 

səmimidir. O, klassik şeir dilimizin ərəb-fars tərkiblərindən istifadə edən sənətkarların 

işlətmiş  olduğu  kəlmələrə  o  qədər  də  bağlı  deyildir.  Bəlkə  canlı  xalq  dilinin  şerə 

gətirilməmiş,  yazılı  ədəbiyyatda  işlənilməmiş  bir  sıra  orijinal,  sadə  və  təbii 

ifadələrindən daha çox istifadə edir. Onun qafiyələri də yeni və orijinaldır"[26]. 

Dil  materialının  bədii  ifadə  imkanlarından  məharətlə  istifadə  edən  Q.Təbrizi 

M.Füzuli ədəbi ənənələrinin layiqli davamçılarından olmaqla, dövrün sosial-psixoloji, 

mənəvi-əxlaqi  düşüncə  tərzini,  problem  və  qayğılarını  həm  xalq  düşüncəsi,  həm  də 

klassik Şərq fəlsəfi təfəkkürünün sintezindən yaranan bir ifadə tərzi ilə aydın anlaşıqlı 

şəkildə  ifadə  etmişdir.  Q.Təbrizi  ruhuna  həm  ictimai-fəlsəfi  düşüncə,  həm  mənəvi-

əxlaqi  dünyabaxışı,  həm  də  bədii-estetik  ifadə   

tərzi  baxımından      yaxın      olan      görkəmli 

şairimiz  isə  Molla  Vəli  Vidadidir  (1709-



1809). 

Qazax  mahalının  Şıxlı  kəndində  anadan 

olan  M.V.Vidadi  qısa  bir  müddət  Qarabağın 

Gülüstan  kəndində  köçkün  həyatı  sürsə  də, 

ömrünün 

sonunadək 

Şıxlıda 

yaşayıb-


yaratmışdır.  M.V.Vidadinin  qəbri  də  Qazaxın 

Birinci Şıxlı kənd qəbiristanlığındadır. Bu fakt, 

yəni  Vidadinin  Qazaxın  Şıxlı  kəndində 

doğulması şairin yaxın müasirləri tərəfindən və 

tarixən  qədim  mənbələrdə  birmənalı  şəkildə 

təsdiq  edildiyi  halda,  1956-cı  ildən  başlayaraq 

bəzi  müəlliflər  elə  bir  əsaslı  dəlil  gətirmədən 

M.V.Vidadinin  guya  Şəmkirdə  doğulduğunu 

yazmışlar.  Bu,  doğru  deyil.  Ancaq  şairin 

poeziyasının 

ideya 

və 


mövzu 

tutumu 


məhəlləçilikdən  tamamilə  uzaq  olub,  sözün  həqiqi  mənasında,  ümumxalq 

düşüncəsini,  onun  ruhi  mənəvi  aləmini,  sosial-tarixi  problemlərini  əhatə  etmişdir. 

Vidadinin  həm  klassik  yazılı  ədəbiyyatımızın ənənələri,  həm də  xalq şeri üslubunda 



269 

 

yazdığı  əsərlər  el  dərdinin  poetik  tərcümanıdır.  Onun  poeziyasında  məhəbbət  və 



insanpərvərlik  motivləri,  insanın  mənəvi-əxlaqi  zənginliyindən,  təəssübkeşlik, 

vətənpərvərlik  və  həssaslığından  irəli  gələn  ictimai  kədər  motivləri  aparıcıdır. 

Vidadinin  lirik  qəhrəmanının  "sınıq  könlü"  vətən,  ulus,  oymaq,  dost,  həmdəm,  yar 

həsrətli,  vüsal  təşnəlidir.  Bu  qismət  təkcə  onun  yox,  yüz  minlərin,  milyonların 

nəsibidir. Ona görə lirik "mən" ictimai "mən"lə birləşir. Bu kədər və sevgi həsrətində 

panteizm  elementləri  olsa  da,  M.V.Vidadinin  kədəri  tamamilə  yer  övladının  rast 

gəldiyi tarixi-ictimai  hadisə  və proseslərdən doğan bəşəri kədərdir. Çünki onun lirik 

qəhrəmanı üzünü göylərə, ilahi varlığa tutmaqdan  daha çox ətrafına, insanlara, bəşər 

övladına,  onun  daxili  aləminin  hiss  və  düşüncəsinin  saflığına,  zənginlik  və 

kamilliyinə  çevirir.  Bütün  dərdlərin  və  problemlərin  bəşər  övladının  məruz  qaldığı 

naqisliklərdən törədiyi qənaətilə məsələnin həllini həmin naqisliklərin islahında görür. 

Ona  görə  də  M.V.Vidadinin  yaradıcılığı həyata bağlılığı,  real həyatdan doğub bəşər 

övladının  problemlərini,  düşüncə  və  arzularını  şairin  bədii-estetik  təxəyyülündən, 

fəlsəfi  düşüncələrindən  doğan  poetik  pafosla  ifadəsi  baxımından  diqqəti  cəlb  edir. 

Özü  də  şairin  həm  qəzəlləri,  həm  də  xalq  şeri  üslubunda  yazdığı  qoşma,  gəraylı, 

bayatı və müxəmməsləri yüksək bədii-estetik sənətkarlıq nümunələri olmaqdan əlavə, 

Azərbaycan  ümumxalq  dilinin  şirəsi  ilə  mayalanmışdır.  Bu  hal  M.V.Vidadiyə 

Azərbaycan ədəbi dilini ümumxalq təfəkkürü və üslubu ilə zənginləşdirib onu xalqın 

ortaq düşüncə və ünsiyyət sərvətinə çevirmək imkanı vermişdir. 

M.V.Vidadinin  yaxın  dostu  və  qohumu  olan  görkəmli  şair  və  dövlət  xadimi 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin