Abbas
Səhhət
(1874-1918)
milli
romantizmin nəzəri-estetik prinsiplərini hazırlayıb
elan etdi və öz yaradıcılığı
ərzində bu prinsiplərə
sadiq qalaraq, onu nə türkçülüklə, nə füyuzatçılıqla,
nə də digər ideya-ədəbi meyillə qarışdırmadı. Şairin
romantik poeziyası özünün bənzərsizliyi və saflığı ilə
Vətənin, xalqın işıqlı gələcəyi haqda onlara sonsuz
vurğunluqla lirik-romantik nəğmələr qoşdu. Şairin "Fəryadi-intibah, yaxud amali-
vətənpərvəranə", "Vətən", "Dilbəri-hürriyyətə", "Tərəqqi və təbiətin qanunu", "Yaz",
"Yay səhəri", "Tərcümeyi-halım, yaxud hululu", "Oğlum üçün", "Cücələr", "İt və
kölgəsi", "Tənbəl" və s. şeirləri milli poeziyamızın və uşaq ədəbiyyatımızın klassik
bədii nümunələri kimi ürəklərə və zehinlərə hakim kəsildi. Bu əsərlər özünün sənət
dəyərini əbədi hifz edərək dillər əzbərinə çevrilmişdir. A.Səhhət Qərb ədəbiyyatından
etdiyi poetik tərcümələr və bütövlükdə "Məğrib günəşləri" poetik toplusu ilə XIX
əsrdən əsasən "Kəşkül" jurnalı səhifələrində yaranmağa başlayan Azərbaycan bədii
tərcümə sənətini sistemləşdirərək onun nəzəri və təcrübi prinsiplərini
formalaşdırdı[36].
Dostları ilə paylaş: |